GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır?! -İLGİNC FAKTLAR

Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır?! -İLGİNC FAKTLAR

Tarix: 20-12-2024, 23:19 Bölmə :Cəmiyyət Baxış: 565

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi ”SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işbirliyini davam etdirir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar əsasında hazırlanan bu məqalədə qeyd edilən faktların aidiyyıti orqanlar tərəfindən təxirəsalınmaz araşdırlamsı zəruriyyəti yaranmışdır. Redaksiya olaraq   bu istiqamətdə apardığımız araşdırmanı saytımız vasitəsilə də təkrar ictimailəşdiririk.  


Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi daimi işbirliyində olduğu bir MMC var. “SAFFİRA PLUS”  adlanır. Dövlət Verği Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin MMC ilə bağlı sorğu məktubuna aldığımız cavabda deyilir:

“”SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus məlumatların təqdim edilməsi barədə sorğunuza 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 6701559471) 26.01.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan Zeynalova Nurlana Şahin qızı qeyd olunmuşdur. Dövlət reyestrində “SAFFİRA PLUS” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Əlisoltanlı kəndi qeyd olunmuşdur. Sözügedən hüquqi şəxsin sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətdədir. “SAFFİRA PLUS” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərir. Dövlət reyestrində cəmiyyətin öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etməməsi, müflis elan olunması, təsisçilərinin nizamnamə kapitalındakı paylarının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması barədə heç bir məlumat aşkar edilməmişdir.

Cəmiyyətin şəxsi hesab vərəqəsinin 11.10.2024-cü il tarixə olan göstəricilərinə əsasən vergilər üzrə borcu yoxdur. Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 1,36 manat, icbari tibbi sığorta haqqı üzrə 0,12 manat borcu mövcuddur. “SAFFİRA PLUS” MMC-nin 11.10.2024-cü il tarixə aktiv əmək müqavilələri üzrə işçilərinin sayı 2 nəfər təşkil edir.”

5 saylı Ərazi Vergilər İdarəsinin məlumatlarından da göründüyü kimi “SAFFİRA PLUS” MMC  Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərir. Həmin bölgüdə kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr aid edilirlər.

Amma Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi cəmi iki nəfər işçisi olan “SAFFİRA PLUS” MMC ilə son bir ildə 8 satınalma müqaviləsi bağlanılıb. İkisi 2023-cü ildə, altısı sə 2024-cü ildə.

“Yaşıllıqların salınması işləri”nin satın alınması üzrə “Saffira Plus” MMC ilə 290.870 manat məbləğində satınalma müqaviləsi 13.12.2024-cü ildə bağlanılıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 292.994 manat məbləğində satınalma müqaviləsi 18.11.2024-cü ildə bağlanılıb.

yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 289.690 manat məbləğində satınalma müqaviləsi 21.10.2024-cü ildə bağlanılıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 294.292 manat məbləğində satınalma müqaviləsi 22.08.2024-cü ildə bağlanılıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 293.230 manat məbləğində satınalma müqaviləsi 13.08.2024-cü ildə bağlanılıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 283.672 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Başlanma tarixi 09.10.2023-cü il, bitmə tarixi 28.02.2024-cü ilə müəyyən edilmiş tenderin nəticəsi 18.07.2024-cü ildə açıqlanıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 279.660 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Başlanma tarixi 13.06.2023-cü il, bitmə tarixi 31.08.2023-cü ilə müəyyən edilmiş tenderin nəticəsi 14.12.2023-cü ildə açıqlanıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 292.050 manat məbləğində satınalma müqaviləsi 14.12.2023-cü ildə bağlanılıb.

Qeyd edək ki, cəmi iki nəfər işçisi olan “Saffira Plus” MMC ilə son 4 ayda ümumi dəyəri  1 744 748 manat olan altı  satınalma müqaviləsi bağlayıb. Ötən il isə onların arasında bağlanan müqavilənin dəyəri 571 710 manat olub. Bu isə ötən ilin dekabrından cari ilin dekabr ayına qədər MMC ilə 2 316 458  manat dəyəri olan 8 satınalma müqaviləsinin bağlanıması deməkdir. Maraqlıdır, cəmi iki nəfər işçisi olan MMC bu sifarişləri necə yerinə yetirir.

Burada tenderlərin keçirilməsində pərdəarxası, görünməyən məqamlar var. Belə ki, Sumqayıtın Yaşıllaşdırma İdarəsi “Saffira Plus” MMC ilə satınalma müqaviləsi bağlayıb sifarişlərin yerinə yetirilməsi üçün vəsaitləri köçürür. İşləri isə ya Yaşıllaşdırma İdarəsinin işçiləri görür, ya da “Saffira Plus” MMC işi başqa bir subpodratçı şirkətə verir. Ortada isə hər iki halda da dövlətin milyonları talanır.

Daha əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, bu satınalmalarda Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə ümumiyyətlə məhəl qoymur. Burada hər il eyni qanunsuzluqlar təkrar olunur. Həm də açıq-aşkar. Media orqanlarında, sosial şəbəkələrdə bu kimi hallarla bağlı çoxsaylı yazılanlara baxmayaraq.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur.  O, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdı. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi isə Hüseyn Həsənovdur. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğludur.(aktualinfo.org)

P.S: Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinə yaşıllıqların salınması işlərini görən “Saffira Plus” MMC Neftçala rayon İcra Hakimiyyəti ilə bir sıra malların satınalınması üzrə 61.820 manat, Neftçala rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər İnzibati Ərazi Nümayəndəliyinə isə mal- materialların satınalınması üzrə 55.219,87 manat məbləğində satınalma müqavilələri bağlayıb. Bu barədə növbəti yazımızda.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Fərəcovun əli ilə Sumqayıtı “yaşıllaşdıran” ata-bala kimlərdir?

    Zakir Fərəcovun əli ilə Sumqayıtı “yaşıllaşdıran” ...

    30-06-2022, 13:23

  • 
  • Niyazi Bayramovun geridə qoyduğu şübhəli izlər - Hüquqi araşdırma TƏLƏB EDİR

    Niyazi Bayramovun geridə qoyduğu şübhəli izlər - ...

    11-07-2020, 13:45

  • 
  • Xan həzrətlərinin VAR-DÖVLƏTİNİN BİR QİSMİ... - İLGİNC

    Xan həzrətlərinin VAR-DÖVLƏTİNİN BİR QİSMİ... - ...

    17-10-2022, 14:03

  • 
  • Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

    Bəzi meyarlara uyğun olmayan “Unidez Center” ...

    19-09-2024, 14:58

  • 
  • Mingəçeviri həm yaşıllaşdıran,həm də işıqlandıran Şəfayət Kərimova kimdir - İLGİNC FAKTLAR

    Mingəçeviri həm yaşıllaşdıran,həm də işıqlandıran ...

    13-07-2021, 12:12


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu