GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Zakir Fərəcovun əli ilə Sumqayıtı “yaşıllaşdıran” ata-bala kimlərdir?

Zakir Fərəcovun əli ilə Sumqayıtı “yaşıllaşdıran” ata-bala kimlərdir?

Tarix: 30-06-2022, 13:23 Bölmə :Cəmiyyət Baxış: 393

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən əkin materiallarının satın alınması üzrə 25.05.2022-ci il tarixdə müsabiqə yolu ilə başlanılmış açıq tenderə yekun vurulub və 29.06.2022-ci il tarixdə “SANDORA22” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 140 960 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirılib.

“SANDORA22” MMC 2022-ci il ərzində Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi dekorativ ağaclar, gül kolları, qazon və bir sıra əkin materialları ilə təchiz edəcək. Maraqlıdır bu MMC sözügedən işlər üçün ixtisaslaşıbmı? Xeyir, sadəcə bu tenderdə iştirak üçün sahibkarlıq subyekti kimi müvafiq lisenziya alaraq bu sahədə fəaliyyətə başlayıb. Həm də cəmi bir aydı. Nə maddi-texniki bazası var, nə də analoji işlərdə təcrübəsi.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SANDORA22” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.04.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, XƏZƏR RAYONU, A.QARAYEV, ev 19, qanuni təmsilçisi kimi isə Əmrahov İntiqam Qamboy oğlu qeyd olunub.

Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “SANDORA22”  MMC Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin tenderə başlamasından cəmi 40 gün əvvəl dövlət qeydiyyatına alınıb. Bəs qanun bu kimi hallara yol verirmi? Əlbəttə vermir. Amma İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti icazə verir. Kimlərə? Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov kimi adamlara.

Zakir Fərəcov kimi adamlar nə edir? Özünə yaxın adamların vasitəsi ilə dövlət vəsaitlərini istədiyi tərəfə yönəldir. Zakir Fərəcova yaxın adamlar kimlərdir? Elə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi də, ona tabeli Yaşıllaşdırma İdarəsinin rəisi də. Bunlarda öz növbəsində özlərinə yaxın adamlar tapırlar. Hansı ki, 2020-2022-ci illərdə yaşıllıqların salınması işlərinin satın alınmasına həmin yaxın adamlarının adına yaradılmış MMC-lərə yüz minlərlə dövlət vəsaiti köçürüblər. Bu barədə bir az sonra…

Gundemxeber.az aktualinfo.org-a istinadla bildirir ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 2022-ci ilin fevral və aprel aylarında yaşıllıqların salınması işlərinin satın alınması daha iki tenderin qalibini elan edib ki, bu da “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yaşıllaşdırma İdarəsi sözügedən MMC ilə ümumi olaraq 390 580 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu MMC-nin dövlət qeydiyyatına alındığı tarix uzaq olsa da, maraqlı məqamları çoxdu.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cəbrayıl Rayon Vergilər Şöbəsində 06.03.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏLİSULTANLI, , ev 170 (Qaçqın və köçkün şəhərciyi), qanuni təmsilçisinin isə Hüseynov Sehran İmran oğlu olduğu göstərilir.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 2021-ci ildə yaşıllıqların salınması işlərinin, əkin materiallarının, su şiləyicilər üçün mal-materialların satın alınmasına ümüumi olaraq 1 361 802 manat dövlət vəsaiti xərcləyib. Bu tenderlərin böyük hissəsində, 1 040 488 manat məbləğində 4 satınalma müqaviləsi “ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb. İndi gəlin görək “ARSENAL-M” MMC kimə məxsusdu.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cəbrayıl Rayon Vergilər Şöbəsində 03.10.2012-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BİLƏSUVAR RAYONU, BİLƏSUVAR, 10-CU QƏSƏBƏ, ev 336, qanuni təmsilçisinin isə Hüseynova Yüsalə Sehran qızı olduğu göstərilir.

Hüseynova Yüsalə Sehran qızı kimdir? Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin fevral-aprel aylarında 390 580 manat məbləğində satınalma müqaviləsi bağladığı “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Hüseynov Sehran İmran oğlunun qızı.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin qanuni təmsilçisi Hüseynova Yüsalə Sehran qızı olan “ARSENAL-M” MMC ilə bağladığı müqavilələr bununla bitmir. Yaşıllaşdırma İdarəsi 2020-ci ildə “ARSENAL-M” MMC ilə yaşıllıqların salınması işləri üzrə 5 açıq tenderdə ümumi olaraq 1 484 440 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında “ARSENAL-M” MMC-nin başqa hansısa bir tenderin qalibi olması barədə məlumat yoxdu. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi ilə bağladığı müqavilələrdən MMC-nin hazırki günə 44 802.33 manat vergi borcu var. Elə buna görə də MMC-nin qanuni təmsilçisi Yüsalə Hüseynova 2022-ci ildə estafeti atasına məxsus “ASTROİT” MMC-yə verməli olub. Hazırki günə 224.82 manat da “ASTROİT” MMC-nin vergi borcu var və güman ki, 40-50 min vergi borcu yarandıqdan sonra bu MMC də aradan çıxarılacaq.

İndi də keçək Zakir Fərəcovun adamlarına. Sumqayıtda İcra başçısının adamları çoxdu. Əsasən də ən gəlirli yerlərdə otururlar. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi də ona tabeli Yaşıllaşdırma İdarəsi də bu gəlirli yerlərdən sayılırlar. Yeri gəlmişkən, Birlik iyunun 24-də Sumqayıtda küçə, prospekt və parklarda abadlıq işlərinin görülməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda tenderin qalibi “Azərenerji Təchizat” MMC ilə 1,006 milyon manatlıq satınalma müqaviləsi bağlanıldığı göstərilir. Bu MMC-də çox güman ki, İcra başçısına yaxın olan şəxslərdən birinindir.

Qeyd edək ki, hər il milyonların dövr etdiyi Sumqayıt Mənzil Kommunal Təsərrüfatı Birliyinə vaxtı ilə hazırda İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcov da rəhbərlik edib. İndi də bu idarəyə Zakir Fərəcovun bacısı oğlu Hüseyin Həsənov rəhbərlik edir. Yaşıllaşdırma İdarəsinə isə uzun illər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşı, ixtisasca ingilis dili müəllimi olan 70-dən yuxarı yaşı olan İlyas Həsənov rəhbərlik edir. Bu həmin İlyas Həsənovdur ki, Zakir Fərəcov hələ Sumqayıt şəhər Bələdiyyəsinin sədri olandan sözügedən vəzifəni tutmuşdu. Ən azı 20 ildir. Əvvəllər bu şəxslər arasıında çox yaxşı münasibətlər olmasına baxmayaraq Zakir Fərəcov Sumqayıta İcra başçısı gəldikdən dərhal sonra onu tutduğu vəzifədən kənarlaşdırmaq üçün çox yollara əl atdığı bildirilir. Amma görünür Əli Həsənovun hələ də ölməyən nüfuzu 70 yaşlı İlyas Həsənovu köhnə dostun, yeni başçının istəyini yerinə yetirməyə imkan verməyib. Lakin Zakir Fərəcov da inadından əl çəkməyərək orada çalışan yerlisi Mübariz adlı şəxsi İlyas Həsənova müavin təyin etməklə idarədə maliyyəyə nəzarəti demək olar ki, tam əlinə almış olub.

O ki, qaldı son iki ildə Sumqayıtda yaşıllıqların salınması işlərinin satın alınmasının qalibi olan ata-bala Hüseynov Sehran İmran oğlu və Hüseynova Yüsalə Sehran qızına. Onlar da çox güman ki, Zakir Fərəcova yaxın adamlardı. Belə olmasaydı 2 milyon 500 min manatdan çox dövlət sifarişini Zakir Fərəcov heç kimə verməzdi.


 Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mingəçeviri həm yaşıllaşdıran,həm də işıqlandıran Şəfayət Kərimova kimdir - İLGİNC FAKTLAR

    Mingəçeviri həm yaşıllaşdıran,həm də işıqlandıran ...

    13-07-2021, 12:12

  • 
  • “Azergold” QSC ilə “LAB TEST” QSC-nin işbirliyindən şübhələnməmək olmur

    “Azergold” QSC ilə “LAB TEST” QSC-nin ...

    14-06-2022, 13:30

  • 
  • Dendrologiya İnstitutundan 5 gündə 88 min manat “udan” Samir Məmmədov kimdir?

    Dendrologiya İnstitutundan 5 gündə 88 min manat ...

    15-04-2022, 15:33

  • 
  • Niyazi Bayramovun geridə qoyduğu şübhəli izlər - Hüquqi araşdırma TƏLƏB EDİR

    Niyazi Bayramovun geridə qoyduğu şübhəli izlər - ...

    11-07-2020, 13:45

  • 
  • Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi satınalma müqaviləsi bağlayanda hara baxır

    Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi ...

    20-05-2022, 17:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu