GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » TƏBİB tibbi xidmətdən və verdiyi imtinanın qərarını verməkdən yayınır - SƏBƏB?

TƏBİB tibbi xidmətdən və verdiyi imtinanın qərarını verməkdən yayınır - SƏBƏB?

Tarix: 24-12-2024, 14:02 Bölmə :Cəmiyyət Baxış: 162


10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilməməsindən məhkəməyə müraciətə də qadağa qoyulub


Ağsu rayonu, Pirhəsənli kənd sakini, 62 yaşlı Xasayev Samir Alxan oğlunun 10 ildən çoxdur ağır ürək, şəkər, yüksək qan təzyiqindən, Parkinson xəstəliyindən yatağa düşməsinə TƏBİB heç bir reaksiya vermir, faktiki olaraq tibbi xidmətdən imtina edir. Hətta xidmətdən imtina barədə qərarı da verilmir ki, yuxarı orqana, yaxud məhkəməyə müraciət edilsin. Xəstə sonuncu dəfə 11.10.2024-cü ildə Ağsu RMX-nın göndərişi ilə xərəkdə Şamaxı Həkim Məsləhət Komissiyasının (HMK) yoxlamasına aparılıb, amma komissiya, ümumiyyətlə xəstəyə baxmaqdan imtina edib. (?) Komissiya xəstəyə baxıb forma-88 arayışını ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) göndərmək yerinə, xəstəni gətirən ailə üzvləri ilə “sənəd çatışmazlığı” davası edib və qərəzlə xəstənin durumuna göz yumub. Halbuki həmin gün Ağsudan 2 həkimin gətirdiyi sənədlər yoxlamadan keçmədən ƏƏSMN altsisteminə vurulub.

Xəstənin ailə üzvlərinin son bir aylıq şikayətlərinə isə TƏBİB cavab verməkdən belə imtina edir . Halbuki tibb xidmətinin xəstənin ağır durumuna görə onun ailə üzvlərinə qərəz göstərməsi yolverilməzdir. TƏBİB-in əsas işi xəstələrə tibbi xidmət göstərməkdir. Çoxsaylı şikayətlərdən sonra TƏBİB-in müraciətlərlə iş şöbəsi xəstənin oğluna cavab verib ki, Şamaxı HMK NK-nın qərarı ilə əlillik meyarlarının xəstəyə əlillik təyinatına yol vermədiyi əsası ilə imtina edilib. Birincisi, əlillik təyinatını ƏƏSMN tabeliyində DTSERA həyata keçirir. DTSERA isə rəsmi məktubla bildirib ki, f-88 göndəriləcəyi halda, əlillik qiymətləndiriləcək. 2-cisi, NK-nın qərarında təkcə yüksək qan təzyiqinə görə 1-ci dərəcəli əlillik təyinatı aparılması təsbit olunub. TƏBİB hansı meyarlara istinad edib, şəkərdən gözü tutulan, 2-3 -cü tip ürək çatmazlığı, 180-200 hipertonik təzyiqi, diabetik angiopatiya, diabetik retinopatiya, diabetik polinevropatiya, sabit gərginlik  stenokardiyası II-III f/s , Parkinson xəstəsinə əlillik düşmədiyini qərara alıb? 3-cüsü və ən başlıcası, hanı bu 11.10.2024-cü il tarixli imtina qərarı? Xəstəni yoxlamadan,  heç üzünə belə baxmadan hansı vicdan(sızlıq)la belə imtina qərarı verilib və niyə xəstəyə təqdim olunmur ki, ondan inzibati icraat qaydasında, yuxarı orqana,  məhkəməyə şikayət verilə bilsin?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS DA) sədri Zaur Əliyevə, TƏBİB sədri Vüsal Qurbanova çoxsaylı şikayətlərə, hələ ki, müraciətlərlə iş şöbəsinin şablon cavabı verilir. Bəyəm müraciətlərlə iş şöbəsi xəstəyə tibbi yardımdan imtinaya cavabdehdir? Ailəsi xəstəyə tibbi yardımdan , sənədinin ƏƏSMN-ə göndərilməməsindən, xəstənin həyatını təhlükəyə atılmasından şikayət edir, müraciətlərlə iş şöbəsi Şamaxı HMK-nın xidmətdən imtina etməsini təkrarlayır? Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür. Onda kim cavab verəcək? 

Ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana şikayətlər İTS DA-ya, oradan TƏBİB-ə göndərilir, yardımsız cavabı isə müraciətlərlə iş şöbəsi təkrarlayır. Fikrimizcə, xəstənin həyatını təhlükəyə atdığına görə TƏBİB-in, Şamaxı HMK-nın məsul şəxslərinin məsuliyyəti məsələsinə baxılmalıdır. Bu məsələyə baxmaq isə prokurorluğun boynundadır. 

3 aya yaxındır yataq xəstəsinin ailə üzvləri xidmətdən imtina qərarını tələb edirlər, təqdim olunmur. Ailənin başçısı tibbi xidmətdən də məhrum edilib, hüquqi xidmətdən -məhkəmə müdafiəsindən də.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir

    TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən ...

    17-11-2024, 10:47

  • 
  • Şamaxı və Ağsu Həkim Məsləhət Komissiyası yataq xəstəsini feldşerə yoxlatdırıb

    Şamaxı və Ağsu Həkim Məsləhət Komissiyası yataq ...

    11-09-2024, 22:30

  • 
  • 7 SAYLI POLİKLİNİKANIN ÖZBAŞINALIĞI

    7 SAYLI POLİKLİNİKANIN ÖZBAŞINALIĞI ...

    29-12-2018, 14:55

  • 
  • TƏBİB tibbi yardım təşkil edir, yoxsa sağlamlığa qadağa qoyur?

    TƏBİB tibbi yardım təşkil edir, yoxsa sağlamlığa ...

    26-09-2022, 14:25

  • 
  • Oqtay Gülalıyevə əlillik statusu verməkdən imtina ediblər

    Oqtay Gülalıyevə əlillik statusu verməkdən imtina ...

    4-06-2021, 21:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu