Azərbaycanda tanınmış hüquq müdafiəçisi, Repressiya və İşgəncələrə Qarşı Komitənin koordinatoru Oqtay Gülalıyeva əlilliyə görə müavinət verilməklə əlillik statusunun verilməsindən imtina ediblər.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumatı "Turan"a təsdiqləyiblər. Buna baxmayaraq, indiyə qədər Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ailəyə imtina ilə bağlı məlumat verilməyib. Yalnız Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva özü Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdikdən sonra cavab alıb ki, əlillik statusunun verilməsindən imtina edilib. Mayın 7-də DOST vasitəsilə xəstənin yaşadığı ərazi üzrə xidmət göstərən Bakı şəhər 36 saylı poliklinikanın həkim-məsləhət komissiyasının rəyi bu agentliyə göndərilib. Rəyi nəzərdən keçirdikdən sonra Agentliyi maraqlandıran suallara cavab tapmaq əvəzinə, əlilliyin verilməsindən imtina edilib. Agentliyin əməkdaşı bildirib ki, imtina tibbi rəydə zəruri informasiyanın, o cümlədən xəstəliyin əsas simptomları barədə bilginin olmamasına görə avtomatik daxil olub: "Poliklinikada tərtib edilən arayış "natamam və səthi" olub. İmtina barədə məlumat verən şəxs Oqtay Gülalıyevin ailəsinə məsləhət görüb ki, poliklinikaya bir daha müraciət etsinlər". Agentlikdən "Turan"a onu da bildiriblər ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi düzgün tərtib edilmiş sənədləri aldıqdan sonra Gülalıyevin əlilliyi rəsmiləşdiriləcək: "O, müavinətini əlillik statusu rəsmi təsdiq olunduğu gündən alacaq". Firuzə Gülalıyevanın sözlərinə görə, ötən ilin sonunda Azərbaycana qayıtdıqdan sonra əlilliyin rəsmiləşdirilməsi üçün poliklinikaya müraciət edib, ancaq 36 saylı poliklinika həkim-məsləhət komissiyasının rəyini mayın 7-də göndərib. Firuzə Gülalıyeva iyunun 4-də həkimlərin səhlənkarlığı ilə əlaqədar Səhiyyə Nazirliyinə şikayət göndərib. Oqtay Gülalıyev 29 oktyabr 2019-cu il axşam saatlarında piyada keçidində gedərkən onu taksi vurub. O, xəstəxanaya çatdırılıb. Həkimlər Oqtay Gülalıyevə kəllə sümüyünün sınığı və beyin zədələnməsi diaqnozunu qoyublar. Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Sonra Heydər Əliyev Fondunun köməyilə xəstəni İstanbula göndəriblər, orada ağır müalicədən sonra vəziyyəti tədricən yaxşılaşmağa başlayıb. Xəstə uzunmüddətli komadan çıxmağa başlayıb. Hazırda Gülalıyev müalicəsini evdə davam etdirir. O hərəkətsizdir, yataq rejimindədir, tərpənə bilmir. Firuzə Gülalıyeva deyir ki, Oqtay danışılanları anlayır və zəif hərəkətlərlə öz istəyini bildirə bilir: "Buna baxmayaraq, ağır vəziyyətin bütün əlamətləri göz önündədir, əlillik ona görə verilməyib ki, 36 saylı poliklinikanın həkimləri onun vəziyyəti barədə rəy tərtib edə bilməyiblər. Rəy tərtib olunsa, bunun əsasında Oqtay Gülalıyev əlillik, müalicə və dərman preparatları üçün lazımi pul vəsaitini ala bilər".
Sorğu
Yeni dizaynımız necədir?