AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi
Dünən səhər saatlarında “Pantsir-1C” raketinin bir hissəsi Vladiqafqaz istiqamətində düşüb. GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya hökumətyönlü kanalları görüntülər paylaşıb. Bəzi məlumatlara görə, eynilə belə bir raket bloku Qroznının Şali rayonuna düşüb. Lakin Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğraması fonunda yayılan məlumatlardan sonra görüntülər silinib. Qeyd edək ki, dünən Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə Qroznı üzərində “Pantsir” raketinin hədəfinə tuş gəlib.
Sorğu
Yeni dizaynımız necədir?