GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nizami məhkəməsi “Kapitalbank”ın vəkil bürosudur?

Nizami məhkəməsi “Kapitalbank”ın vəkil bürosudur?

Tarix: 27-12-2024, 18:20 Bölmə :Cəmiyyət Baxış: 989


Bir aydır icraatda olan iş bankın sifarişilə geri qaytarılıb 


Konstitusiya Məhkəməsi məhkəmə təminatı hüququnu nöqsan sayır (?)


“Kapitalbank”a, eləcə də Beynəlxalq Banka əhalinin  məcburən pensiyaçı, təqaüdçü, müavinətçi kimi müştəri edilməsi xidmətin keyfiyyətini özbaşlnalıq səviyyəsinə endirib. Faktiki bu banklar bazarda monopolist kimi çıxış edirlər. Axı pensiyaçı əlilin, şəhid ailəsinin, təqaüdçünün... başqa seçimi yoxdur, zorla bu banklara müştəri ediliblər. Banklar da inhisarçı mövqeyindən yararlanıb kefi istədiyi komissiya faizini diqtə edir, kefi istəyəndə pensiyaya, təqaüdə,..., əmanətə xəyanət edib, bloklayır. Məhkəmələr isə faktiki olaraq bankların vəkili rolunda çıxış edirlər. Axı banklardan yaxşı, sərfəli sifarişlər alırlar! Baxın, banka borcun olanda  məhkəmə borc məbləğinə günlük gecikmə faizi hesablayır, bank cüzi müavinəti, təqaüdü, pensiyanı gecikdirəndə nəinki gecikmə faizi, heç borcun özü də kəsirlə ödənilir. Heç demə, “it ilində” pensiyaçının banka, dövlət (sosial müdafiə) fonduna, ŞƏHİDİN DÖVLƏTƏ (CƏNNƏTDƏN)  borcu qalıbmış. “Əjdaha ili”ndə də durumun dəyişməyəcəyini gerçək faktlar ortaya qoyur.

“Kapitalbank”ın sovet dönəminin əmanət bankının varisi kimi özbaşınalıqlarda özəl çəkisi, şişirtmə komissiya faizi var. “Komisyon” dələduzluğa baxın, “Birbank” müştərisinin iki kartı arasında köçürməyə görə 1 faiz, ən azı 1 manat “komissiyasız” “mədaxil faizi” tutulur. (?) Fırıldağa məhkəmə qiymət vermir, özünüz fikir verin, köçürmənin komissiyasız olduğu bildirilərək müştəri aldadılır, kartına köçürülən 1 manatın hamısı “mədaxil faizi” dələduzluğu ilə yeyilir. Pensiya kartlarını yenisi ilə əvəz etmədən istifadə müddətinin on illik uzadılması da bankın daha bir fırıldağıdır. Axı müddəti uzadılan kartlarla “online” alış-veriş etmək olmur, anında istifadə müddətinin bitdiyi bildirilir. Yeni kart almaq isə 5 manata başa gəlir. On, yüz minlərlə pensiyaçının,  müavinətçinin 5 manatı ilə bankın pulsuz verməli olduğu kartlara görə nə qədər qanunsuz gəlir götürdüyünü bağlantılı maliyyə, bank, hesablama qurumları hesablamaqda çətinlik çəkməz. Elə prokurorluq, məhkəmə də. Di gəl, nəzarətedici qurumların haqq- hesabları elə bankdan çıxır deyəsən.

Nizami məhkəməsində “Kapitalbank” ASC və onun Nizami filialına qarşı 1-ci dərəcəli Qarabağ qazisinin Prezident təqaüdünü 6 ay bloklayıb “ac qoymasından”, əmlakını ələ keçirməsindən, qanunsuz faiz tutmasından iddianın “bəxtinə” bu yol 1 aydan sonra “geri qaytarılmaq üzüqaralığı” yazılıbmış. Üzdəniraq məhkəmə qərardadına baxın, 26.11.2024-cü ildə məhkəməyə elektron kabinetdən daxil olan iddia ərizəsi PA, Ali Məhkəmə, Məhkəmə Hüquq Şurasına 20 günlük şikayətlərdən sonra 17.12.2024-cü ildə “tapılıb” qeydiyyata alınıb. Və 23.12.2024-cü ildə hakim Starə Əliyeva kabinetdə məlumat yerləşdirib ki, ərizə MPM-in 149-cu maddəsinin tələbinə uyğun olmadığı əsası ilə “geribəxtli” sayılır. Axı MPM-in 151.3 maddəsi bu geri qaytarma müddətini 5 gün hesablayır, 27 gündən sonra iddia geri qaytarıla bilməz; başqa “əsaslı bəhanə” tapmaq olmazdı? Di gəl, hakim kimdir ki, belə işlərdə sifariş məhkəmə sədrinə edilir.

Yeri gəlmişkən, 3 ildir Nizami məhkəməsinin hakimi Ülkər Yusifova “Kapitalbank”a qarşı iddianı elə itirib ki, heç PA, Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası da tapa bilmir. Hətta Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Ü. Yusifovanın qərardadını ləğv edib, işi baxmağa Nizami məhkəməsinə qaytarıb, işə baxmaq əvəzinə, qərardadı ləğv edilən Ülkər Yusifova yenidən işə hakim edilib və iş tamam yoxa çıxarılıb. İndi bu hakim Beynəlxalq Banka qarşı işə sədrlik edəcəyindən iddiaçı Qarabağ əlilinin hakimə 1 aylıq etirazına da baxılmır. Çox şikayətlərdən sonra, axırı , Nizami məhkəməsinin sədri İlham Kərimli etirazı əsassız sayıb. Onu da vurğulayaq ki, sədrin əsassız saydığı etirazın bir əsası da Ülkər Yusifovanın “Bravo” və digərlərinə qarşı iş üzrə geriqaytarma qərardadından şikayəti 1,5 ildir Bakı Apellyasiya Məhkəməsinə göndərməməsi özbaşınalığıdır. Özbaşınalığa baxın, məhkəmə qərardaddan şikayəti apellyasiya instansiyasına 1,5 ildir göndərmir ki, MPM-də nəzərdə tutulmayıb!(??) Belə məhkəmədən, belə hakimdən obyektivlik, ədalət, qərəzsizlik gözləməyə dəyər? Əlbəttə, ritorik sualdır.

Bəs Məhkəmə Hüquq Şurası nədən ötrüdür? Niyə məhkəmə təminatı hüququna qadağaya, məhkəməyə, dövlətə, Konstitusiyaya hörmətsizliyə qiymət vermir? Konstitusiyadan söz düşmüşkən, Konstitusiya Məhkəməsi də Konstitusiyaya sayğısızlıq göstərirsə, hansı hüquqa sayğıdan danışmaq olar?

Məğrur Bədəlsoy

P.S. Nizami məhkəməsinin hakimi Ülkər Yusifovanın 1,5 ildir “Bravo” və digərlərinə qarşı qərardaddan şikayəti apellyasiya instansiyasına göndərməməsi ilə məhkəmə təminatı hüququna qadağanı Konstitusiya Məhkəməsinin Palatası ( Rövşən İsmayılov (sədrlik edən və məruzəçi hakim), Fikrət Məmmədov, Sona Salmanova, Kamran Şəfiyev) qanuni sayıb. (??) “Qanuni əsas” bu olub ki, hələ şikayətvermə müddəti tükənməyib, nöqsanları (hansını?-M. B.) aradan qaldırdıqdan sonra aidiyyatı məhkəməyə müraciət edilə bilər. (?) Konstitusiya Məhkəməsi məhkəmə təminatı hüququna qadağa qoyulmasını məhkəmənin yox,  müraciət edənin NÖQSANI sayırsa, Konstitusiya hüquq və azadıqlara təminat verir, yoxsa NÖQSANLARA?


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Kapitalbank” məhkəməyə verilib, növbədə “Beynəlxalq bank”dır

    "Kapitalbank” məhkəməyə verilib, növbədə ...

    5-05-2021, 15:40

  • 
  • Beynəlxalq Bank da qazilərə kələkdə ”Kapitalbank”dan geri qalmır

    Beynəlxalq Bank da qazilərə kələkdə ...

    15-02-2022, 15:28

  • 
  • Azərbaycan Beynəlxalq Bankı hansı “dövlət “qoçusu”nundur?

    Azərbaycan Beynəlxalq Bankı hansı “dövlət ...

    11-08-2022, 15:39

  • 
  • Şəhid və qazilərin qanpulundan banklar bir milyondan çox qazanıblar

    Şəhid və qazilərin qanpulundan banklar bir ...

    18-10-2021, 15:30

  • 
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu