Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vüqar Həşimovun atası vəfat etdi
TƏBİB mərhum şahmatçı Vüqar Həşimovun atasının ölümü ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
"Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan Həşimov Qasım Murtuz oğlunun 08.01.2025-ci il tarixində saat 12:55-də ölüm faktı qeydə alınıb.
Pasiyentin ölümünün ilkin səbəbi kimi poliorqan çatışmazlığı qeyd olunur.
Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, Q.Həşimov 3 dekabr 2024-cü il tarixində bədən səthinin 55%-ni əhatə edən II və III dərəcəli yanıq xəsarətləri ilə ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.
***
Mərhum şahmatçı Vüqar Həşimovun partlayışda xəsarət alan atası Qasım Həşimov bu gün xəstəxanada vəfat edib.
Bu barədə şahmatçının yaxınları bildirib.
Qeyd edək ki, ötən ilin dekabrın 3-də yaşadıqları evdə səhər saatlarında baş verən partlayışda mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb./musavat.com
11-01-2019, 13:05
16-01-2014, 16:22
29-08-2018, 14:52
21-07-2020, 11:49
27-01-2018, 13:28
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?