GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Vüqar Həşimovun ruhu rahat ola bilər...”

“Vüqar Həşimovun ruhu rahat ola bilər...”

Tarix: 16-01-2014, 16:22 Bölmə :Ölkə Baxış: 8 435
 “Vüqar Həşimovun ruhu rahat ola bilər...”
Eldar Namazov dünyasını vaxtsız dəyişən şahmatçı ilə bağlı xatirələrini bölüşdü
İstedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu, Avropa çempionu Vüqar Həşimovun yanvarın 16-da üç mərasimi keçirilib. 28 yaşında dünyasını dəyişən istedadlı şahmatçımızın dəfnində və hüzr mərasimində Azərbaycan siyasi kəsiminin tanınmış simalarından olan EL Hərəkatının sədri Eldar Namazov da iştirak edib. Sosial şəbəkədə Eldar Namazovun paylaşdığı bir şəkil isə onun Vüqar Həşimovla bağlı xatirələrinin olduğuna əminlik yaratdı. Ona görə də Eldar Namazovla əlaqə saxlayıb mərhum şahmatçı ilə bağlı xatirələrini bölüşməsini istədik.
Müsahibimiz öncə gördüyünüz bu şəkilin tarixçəsindən danışdı: “Bu şəkil 1995-ci ildə çəkilib. Şəkildəki yeniyetmələr bu gün Azərbaycanın adını dünyada ucaldan şahmatçılardır. Sağdan birinci Teymur Rəcəbov, Vüqar Həşimov, Nicat Məmmədov və Rauf Məmmədovdur. Mən Azərbaycan Şahmat Federasiyasının prezidenti olaraq o dövrdə bu uşaqların dünya səviyyəli şahmatçı olacağını və ölkəmizi adını ucaldacağını görürdüm və deyirdim. Bu şəkil çəkilən zaman onların 11-12 yaşı var idi. Onlar Avropa və dünya çempionatlarında uğur qazanıb Bakıya qayıdandan sonra biz həmişə görüşürdük. Görüşlərdən birində çəkilmiş şəkildir. Mən Vüqardan nə isə soruşmuşdum və hamı onun cavabını gözləyirdi, şəkil də həmin məqamda çəkiblər”.
E.Namazov Azərbaycan Şahmat Federasiyasının prezidenti olduğu dövrdə Vüqar Həşimov da daxil gənc şahmatçıların uğurlarından söz açdı: “1995-ci ildə mənə Azərbaycan Şahmat Federasiyasından müraciət olundu. Mən o dövrdə Azərbaycan prezidentinin köməkçisi vəzifəsində işləyirdim. Mənə müraciətdə Şahmat Federasiyasının prezidenti vəzifəsinə gəlməyim təklif olundu. Bu müraciət təsadüfi deyildi, mən vaxtilə şahmatla çox ciddi məşğul idim. Hətta 1971-ci ildə yeniyetmələr arasında mənim iştirak etdiyim komanda birinci yerə çıxıb Azərbaycan çempionu olmuşdu. O vaxtdan bəri professional şahmatla məşğul olmurdum, tarix elmini özüm üçün peşə seçmişdim. Amma o vaxtdan bəri məni həm şahmatçılar, həm də məşqçilər tanıyırdılar. Ona görə də 1995-ci ildə Şahmat Federasiyasından mənə müraciət olunmuşdu. Açığı, mən birinci dəfə razılıq vermədim və mövqeyimi onunla əsaslandırdım ki, işim həddən artıq çoxdur, demək olar istirahət günüm yoxdur. Ona görə də dedim ki, federasiyada formal rəhbər olmağı məqbul saymıram. Bir müddətdən sonra “Ayna” qəzetində Azərbaycanın nüfuzlu şahmatçısı Firuzə Vəlixanlının müsahibəsi dərc olundu. Müsahibədə Firuzə xanım Azərbaycanda şahmata diqqət olmadığından, şahmatçıların ciddi əziyyət çəkdiklərindən danışırdı. Mən o müsahibəni oxuyandan sonra narahat oldum və qərar gəldim ki, Şahmat Federasiyasına rəhbərliyi qəbul edib mümkün dəstəyimi verim. 1995-ci ildən başlayaraq 6 il Şahmat Federasiyasının prezidenti oldum. Bəri başdan deyim ki, şahmatın Azərbaycanda son dövrlərdə böyük inkişafına səbəb ilk növbədə federasiyada çalışanlardır. Yəni prezidentlər dəyişir, biri gedir, o biri gəlir, ancaq Şahmat Federasiyasında hörmətli Faiq Həsənov başda olmaqla, Fikrət müəllim, Namiq müəllim və digərləri şahmata o qədər fanatik dərəcədə vurğundurlar və gecə-gündüz əmək sərf edirlər. Məhz bu insanların əməyi nəticəsində Azərbaycanda çox güclü şahmat məktəbi yarandı. Federasiyaya rəhbər gələndə bu insanların fədakarlığını görəndə artıq əmin oldum ki, yaxşı işlər görə biləcəyik.
Şahmatın inkişafı ilə bağlı müəyyən proqramlar tutuldu, Neft Şirkətinin dəstəyi təmin olundu, Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyini təmin etdik. İlk növbədə bizim işimizin prioritet istiqaməti gənc və yeniyetmə şahmatçılar oldu. Biz onlarla işləməyə üstünlük verirdik. İndi Azərbaycanın yığma komandasını təşkil edən uşaqlar o dövrdə parlamağa başladılar, Avropa birinciliklərinə, dünya birinciliyinə çıxdılar. Onların içərisində o zaman ən məşhuru Teymur Rəcəbov idi. Onunla yanaşı yeni gənc dalğa gəlirdi ki, onların sırasında Vüqar Həşimov, Sərxan Həşimov, Şəhriyar Məmmədyarov, Nicat Məmmədov, Rauf Məmmədov və digərləri var idi. Onların hamısı istedadlı idi, ancaq Vüqar Həşimov xüsusilə istedadı ilə fərqlənirdi. Hələ o dövrdə biz bilirdik ki, Vüqar müəyyən xəstəlikdən əziyyət çəkir. Buna baxmayaraq, Vüqar şahmatdan bir an belə ayrılmırdı, həkimlərin bütün qadağalarına baxmayaraq bütün vaxtını şahmatla keçirirdi. Onun atası Qasım müəllim də şahmatla çox maraqlanırdı. Qardaşı Sərxan da istedadlı şahmatçı idi”.
E.Namazov qeyd etdi ki, Şahmat Federasiyasının prezidenti vəzifəsindən gedəndən sonra da həmin gənclərin, o cümlədən Vüqar Həşimovun fəaliyyətini ardıcıl izləyib, qələbələrindən qürur duyub: “Bu günün özündə də dünya və Avropa çempionatları olanda mənim üçün çox maraqlıdır ki, bu uşaqlar necə oynayırlar. Dünyada qəbul olunmuş Azərbaycanda bir lider üçlük var idi-Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov. İndi bunların ardınca yeni bir dalğa gəlir-Rauf Məmmədov, Nicat Məmmədov, Eltac Səfərli, Vasif Turaybəyli və digərləri. Mən bir neçə ay əvvəl Rauf Məmmədovun reytinq üzrə ikinci olan erməni şahmatçı Levon Aranyanı necə pis duruma saldığını gördüm. Yəni Azərbaycanda çox güclü bir şahmat məktəbi formalaşıb və Vüqar Həşimovun ruhu rahat ola bilər ki, qələbələr davam edəcək. Əminəm ki, gec-tez biz şahmat tacını Bakıya qaytaracağıq. Çox yaxşı olardı ki, tacı məhz Vüqar Həşimov qaytaraydı. Təəssüf ki, ömür vəfa etmədi. Vüqar Həşimovun dünyasını dəyişməsi təkcə Azərbaycan şahmatına yox, dünya şahmatına böyük zərbə oldu. Allah Vüqara rəhmət eləsin”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Namazov ABŞ-a getdi

    Eldar Namazov ABŞ-a getdi ...

    15-07-2013, 10:25

  • 
  • "Eldar Namazov 4 saatdır istintaqdadır, hələ çıxmayıb..."

    "Eldar Namazov 4 saatdır istintaqdadır, hələ ...

    29-08-2013, 19:36

  • 
  • Teymur Rəcəbov dünya üçüncüsü oldu

    Teymur Rəcəbov dünya üçüncüsü oldu ...

    13-10-2015, 18:19

  • 
  • Gənc şahmatçımız dünya çempionu oldu

    Gənc şahmatçımız dünya çempionu oldu ...

    14-05-2015, 21:39

  • 
  • Eldar Namazov Mahmud Məmməd-Quliyevlə görüşündən danışdı

    Eldar Namazov Mahmud Məmməd-Quliyevlə görüşündən ...

    5-07-2013, 02:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu