GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Halal narkotranzit”?– İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür”

“Halal narkotranzit”?– İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür”

Tarix: 17-01-2025, 12:33 Bölmə :Cəmiyyət Baxış: 132


Ötən illərdə İranla aramız durduq yerdə, heç nə üstündə (əslində 44 günlük müharibədəki zəfərə görə) pozulan vaxtlarda ölkəmizlə cənub qonşumuzun arasındakı bir məsələyə dair də mövzu qabarmışdı, amma ümumi “söz atışması” fonunda görünməz oldu.

Bu, İran sərhədindən Azərbaycana keçirilən narkotik maddələrin görünməmiş həcmi, tranzitin intensivliyi, qanunsuz dövriyyənin fantastik ölçüləri məsələsi idi.

Həmin vaxt xalqımızın qısaca “patı” adı qoyduğu süni metamfetamin adlı narkotik maddənin satışı o qədər kütləviləşmişdi ki, bunun alverini edənlər 30-30 tutulurdu. Hər gün DİN-in mətbuat xidmətindən verilən müvafiq məlumatları ali məktəb məzunlarının vinyetkası kimi dizayn edilmiş şəkil topluluqları müşayiət edirdi.

6d622986-e743-4ba2-81e4-b90bfbc7ca38.jpg (344 KB)

Bir neçə ayın içində “patı partlaması” işinə görə həbsə alınanların sayı 2 mini keçmişdi. Saxlanılanların əksəriyyətinin kuryer və istifadəçi olduqları aydın olurdu və onlar narkotik maddələri Əli, Reza, Hüseyn, Mehdi adlı iranlılardan aldıqlarını deyirdilər. İranda yüz minlərlə bu adda adamlar olduğundan “patı”nın izi İran sərhədinə qədər gedir, sonra itirdi.

Başqa vaxt İranda narkotik maddə satanları tutan kimi çox ləngitmədən qaldırıcı kranın qarmaqlı trosunun altına aparıb asan hökumət adamları beynəlxalq narkotrafikin qarşısını almaqda, izini tapmaqda aciz idilər. Hər halda belə görünürdülər.

Bu günlərdə Azərbaycanda keçirilən məhkəmə prosesində açılan faktlar o zaman yazdığımız bir ehtimalı - narkotik tranzitinə İran hökutmətinin nəzarət etdiyi barədə deyilənləri təsdiqləmiş oldu.

Həmin məhkəmə işinin qısa məzmunu belədir: Dağıstanlı sürücü Maqomednabi Aleskenderovun (Məhəmmədnəbi Əlisgəndərov) yük maşınına İranda kahı əvəzinə narkotik yüklənib, İran gömrüyündən sərbəst şəkildə ölkəmizə keçən “yük” bizim gömrükdə ilişib, məlum olub ki, kahıların içində 69 970 qram qurudulmuş marixuana və 20 kq 870 qram həşiş var. Yük maşını İranın Astara şəhərində yüklənib və Rusiyaya gedirmiş.

Sürücü Məhəmmədnəbi maşındakı kahıların Mehdi adlı iranlı tərəfindən yükləndiyini, özünün kahıların içində gizlədilmiş narkotik maddələrdən xəbəri olmadığını bildirib, bunu sübut edən səs yazıları təqdim edərək canını qurtarıb.

İşin burdan beləsini İran və Rusiyanın hüquq-mühafizə orqanları araşdırmalı, “yük göndərən”i və “yükü qəbul edəcək şəxs”i tapmalıdırlar. Tapacaqlarmı? Xeyr. Çünki buna qədər yüzlərlə belə iş olub, heç birində “mehdi”ləri tapan və ya tapmaq istəyən olmayıb.

Tutaq ki, Mehdi qeybə çəkilib, gömrük postu yerindədir axı. Məhəmmədnəbinin maşınına yüklənmiş kahının içindəki narkotik maddələr məhz o postdakı rentgendən keçib və yükün “təmiz” olduğu bildirilib. Necə ola bilər ki, iki Astaranın birindəki gömrük rentgeni narkotik maddəni aşkarlamır, amma o biri aşkarlayır. Bu, heç cür mümkün deyil. Yeganə güman ora gedir ki, iranlı Mehdinin gömrük işçiləri ilə sıx əlaqəsi var, onlar mütəşəkkil bir qrupdur və yuxarı instansiyaların nəzarəti altında qonşu ölkələrə narkotik maddələr nəql edirlər.

Son illərdə ölkəmizdə tutulan tonlarla narkotik maddənin İrandan keçirildiyi məlumdur və bütün bu faktlar onu göstərir ki, İranda bu işi konveyer üsulu ilə təşkil edirlər.

mrtk.jpg (17 KB)

Heç cür mümkün deyil ki, İran kimi alkoqollu içkilər və narkotik maddələr istehsalçı və itehlakçıları ilə amansız davranılan hərbi-polis rejimli ölkədə bu qədər narkotacir əlini-qolunu sallaya-sallaya “biznes”lə məşğul olsun.

Demək, hər şey nəzarətdədir. Bunun bir siyasi xətt olduğuna dair də ciddi şübhələr var. Belə anlaşılır ki, İranı idarə edənlər narkotik maddələrin ölkə daxilində istifadəsini haram buyurur, qadağan edir və cəzalandırırlarsa, xaricə, “kafir ölkələr”ə tranzitini və satışını halal sayır, bundan həm pul qazanırlar, həm də “düşmən ölkələrin” cavanlarını bədbəxt edir, sıradan çıxarırlar.

Bir ölkədən başqa ölkələrə bu qədər aşırı intensivlikə narkotik maddə ixrac edilməsinin binlardan (pul qazanmaq və bilə-bilə pislik etmək) başqa izahı yoxdur. Yoxsa indiyə qədər “qeybə çəkilən” mehdilər, rezalar yaxalanar və narkotik maddələrin nəqli yolları bağlanardı./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-da narkotik maddələrin satışı ilə məşğul olan erməni tutulub

    ABŞ-da narkotik maddələrin satışı ilə məşğul olan ...

    24-12-2015, 23:43

  • 
  • Lənkəranda “patı” satan daha 4 nəfər saxlanıldı

    Lənkəranda “patı” satan daha 4 nəfər saxlanıldı ...

    19-07-2021, 12:07

  • 
  • Azərbaycanda 1,2 milyon dollarlıq narkotik vasitə dövriyyədən çıxarıldı

    Azərbaycanda 1,2 milyon dollarlıq narkotik vasitə ...

    18-03-2020, 13:11

  • 
  • Polisdən genişmiqyaslı “patı” əməliyyatı: Biri qadın olmaqla 16 nəfər tutuldu - FOTO

    Polisdən genişmiqyaslı “patı” əməliyyatı: Biri ...

    23-07-2021, 10:40

  • 
  • İran vətəndaşından 25 kiloqram narkotik götürülüb

    İran vətəndaşından 25 kiloqram narkotik götürülüb ...

    14-11-2019, 21:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu