Azərbaycan sərhədçiləri İrandan Azərbaycana gətirilən 25 kiloqram narkotiki götürüb.
Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, ölkənin İranla sərhədində, Astara rayonunun Sim kəndi (Bakıdan 317 kilometr cənub) yaxınlığında içərisində müxtəlif narkotik maddələr olan çanta aşkar edilib.
“Çantadan 13 kiloqram heroin, 1,5 kiloqramdan çox metamfetamin, 10 kiloqrama yaxın tiryək və 1500 ədəd “Metadon-40” həbi götürülüb. İran vətəndaşı Əzimi Əhməd Amanulla saxlanılıb. Narkotik maddəni Azərbaycana o gətirib,” məlumatda qeyd edilir.
Rəsmi məlumatların təhlili göstərir ki, Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin əksəriyyəti İran ərazisi vasitəsi ilə daşınır. Hüquq- mühafizə və gömrük orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən və Avropa ölkələrinə daşınması nəzərdə tutulan tonlarla narkotik tutub, onlarla insanı saxlayıb.
İki ölkə sərhəd təhlükəsizliyi məslələrini dəfələlrə müzakirə etsə də, demək olar ki, rəsmi mənbələr hər həftə İrandan gətirilən narkotik vasitələrin tutulması barədə məlumatlar yayır. Bununla yanaşı, son illərİranla sərhəddə silahlı insident zamanı bir neçə nəfər ölüb və ya yaralanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?