GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » DÖVRİYYƏSİ 10 MANAT OLAN ŞİRKƏTƏ 24 MİLYON DOLLAR NECƏ AYRILIB? - “Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir”

DÖVRİYYƏSİ 10 MANAT OLAN ŞİRKƏTƏ 24 MİLYON DOLLAR NECƏ AYRILIB? - “Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir”

Tarix: 17-01-2025, 23:32 Bölmə :Cəmiyyət Baxış: 359

Müdafiə Nazirliyinin 42 milyon 234 min manatlıq mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) məhkəmə prosesi keçirilib. Vəsait “AtaBank”dan kredit kimi götürülərək mənimsənilib.

42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İclasda “AtaBank”ın daha iki işçisi şahid ifadəsi verib.

Dindirilən Solmaz Əliyeva bankda baş mütəxəssis və şöbə müdiri kimi çalışıb. O, Zahid Niftəliyevi bankın müştərisi kimi tanıyıb: “Zahid müəllim kreditin ayrılması üçün bizə yaxınlaşıb. Biz də sənədləri yoxlamışıq. Çekdə pulun nə qədər olduğunu xatırlamıram. Ümumilikdə onu bankda iki-üç dəfə görmüşəm”.

Zahid Niftəliyev şahid Solmaz Əliyevanı tanımadığını bildirib. Onun sözlərinə görə, bankda cəmi bir dəfə olub və bir neçə sənədə imza atıb.

Solmaz Əliyevanın məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadəsində ziddiyyət olduğu üçün onun istintaqdakı ifadəsi prosesdə elan olunub.

S.Əliyeva o vaxt deyib ki, “Şahin CO” şirkəti Zahid Niftəliyevin adına olub. O, 7 milyon 350 min dolları nağd çıxarıb, 16 milyon 847 min dollar isə digər şirkətin hesabına köçürülüb.

"Report”un məlumatına görə, Zahid Niftəliyev isə bankda cəmi bir dəfə olduğunu iddia edir: “Mənə deyiblər ki, çeki, müqaviləni imzala, mən də həmin sənədləri imzalamışam. Vəssalam”.

Hakim Novruz Kərimov vurğulayıb ki, məhkəmədə sübutlar əsasında bankın milyonlarla vəsaiti Zahid Niftəliyevin şirkətinə deyil, digər şirkətlərə ayırdığı məlum olub.

Həmçinin şahid ibtidai istintaqa verdiyi ifadəsində Zahid Niftəliyevin banka ayrı-ayrılıqda 683 min və 625 min dollar vəsait ödədiyini bildirib.

Zahid Niftəliyev isə məhkəmədə deyib ki, o banka hər hansı bir vəsait ödəməyib.
"Qqafqazinfo”-nın verdiyi məlumata görə,“Şlyapa Zahid” bu cinayətə görə, Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovu təqsirli bilir. Hesab edir ki, krediti məhz Sadıkov üçün götürüb. Bu məsələyə aydınlıq gətirilməsi üçün o, sabiq baş qərargah rəisini məhkəməyə çağırıb. Məhkəmə hələ ki, bu məsələyə baxmayıb.

Daha sonra prosesdə şahid qismində "Atabank ASC"nin Bank Olmayan Kredit Təşkilatının əməkdaşı olmuş Rüfət Daşdəmirov ifadə verib. O, bildirib ki, "Şahin-Co" şirkətindən kredit ayrılması ilə bağlı banka sifariş daxil olub. Şahidin sözlərinə görə, Zahid Niftəliyev şirkətin dövriyyə vəsaitinin artırılması əsası ilə banka kredit ayrılması üçün müraciət edib.


Şahid deyib ki, kreditin ayrılması vaxtı müştərilərlə münasibətdə olmayıb: “Kredit ayrılması üçün müraciət edən şirkətlərin hesabları, nizamnaməsi yoxlanılıb, bundan sonra kreditin ayrılması təmin olunub”.

Hakim deyib ki, şirkətin aylıq dövriyyəsi 10 manat olub: "Bank dövriyyəsi 10 manat olan şirkətə milyonlarla vəsait ayıra bilərmi?"

Şahid vurğulayıb ki, kreditin ayrılması üçün şirkətin aylıq dövriyyəsinin miqdarı vacib deyil. Onun sözlərinə görə, müştəri biznes qurmaq üçün də banka müraciət edə bilirmiş.

Rüfət Daşdəmirovun sözlərinə görə, Zahid Niftəliyevə məxsus "Şahin-Co" şirkətinə 20 milyon dollar kredit ayrılıb: "Kreditin niyə ayrıldığını bilmirəm. Müştəri bizə müraciət etdikdən sonra yoxlamaya çağırmışdıq. Kredit də yoxlamadan sonra müəyyən olunan meyarlar əsasında ayrılmışdı. Müştərinin ödəmə qabiliyyətinin olub-olmadığını bankın filialı analiz etmişdi. Şirkət kredit ayrılması üçün banka hər hansı bir girov qoymayıb".

Dövlət ittihamçısı şahidə onların girov qoymayan şirkətə milyonlarla vəsaitin necə ayrılması ilə bağlı sual verib.

Rüfət Daşdəmirov cavabında bildirib ki, bu barədə qərarı kredit komitəsinin iclasında bankın idarə heyətinin sədri verib.

Daha sonra onun ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu üçün ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O, sözügedən ifadəsində bildirib ki, "Şahin-Co" şirkətinə kreditin ayrılması qanunvericiliyə uyğun olmayıb: "Şirkət kredit üçün müraciət etdiyi gün təsis edilmişdi. Həmçinin heç bir girovu yox idi. Qərar qəbul etdik ki, kredit verilməsin. Sonra bankın idarə heyətinin sədri Dəyanət Quliyev dedi ki, məsələni kredit komitəsində müzakirə çıxaraq, qalanı onlarlıqdır. Biz "Şahin-Co" şirkətinə kredit verilməsi ilə bağlı hər hansı bir sənədə imza atmamışıq. Kreditlə bağlı məruzəni kredit komitəsində Atabankın filialı edib".

İclas üçün nəzərdə tutulmuş müddət bitdiyi üçün şahidin sorğu-sualı yarımçıq qalıb. Proses fevralın 5-i davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Z.Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən, Z.Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Z.Niftəliyev 2023-cü ildə başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Həmin hökm bütün instansiyalarda təsdiqlənib.
Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı isə DTX-də cinayət işi ayrılıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Şlyapa Zahid” yenidən həbs olundu - 42 milyon ziyan vurub

    “Şlyapa Zahid” yenidən həbs olundu - 42 milyon ...

    19-07-2023, 11:53

  • 
  • Nəcməddin Sadıkov və Dəyanət Quliyevə ittiham - 24 milyonluq mənimsəmə...

    Nəcməddin Sadıkov və Dəyanət Quliyevə ittiham - ...

    2-08-2024, 13:20

  • 
  • “Şlyapa Zahid” Nəcməddin Sadıkovu məhkəməyə çağırdı - “Gəlib danışsın”

    “Şlyapa Zahid” Nəcməddin Sadıkovu məhkəməyə ...

    17-10-2024, 23:00

  • 
  • “Şlyapa Zahid” bəraət istəyir - TƏFƏRRÜAT

    “Şlyapa Zahid” bəraət istəyir - TƏFƏRRÜAT ...

    3-12-2024, 11:10

  • 
  • “Şlyapa Zahid”in həbsi ilə bağlı - YENİ DETALLAR

    “Şlyapa Zahid”in həbsi ilə bağlı - YENİ DETALLAR ...

    31-05-2022, 11:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu