GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həcc ziyarətinin qiymətləri niyə bahalaşır?

Həcc ziyarətinin qiymətləri niyə bahalaşır?

Tarix: 22-01-2025, 23:54 Bölmə :Cəmiyyət Baxış: 236


2025-ci ildə Həcc ziyarətinin qiymətləri bahalaşıb.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bu il Azərbaycan zəvvarlarının həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 950 dollar təşkil edir. Ziyarət hava nəqliyyatı ilə ilə həyata keçiriləcək. Otən il isə Həcc ziyarətinin qiyməti 5 850 dollar olub.

Araşdırmaçı yazar Rəsul Mirhəşimli qaynarinfo-ya bildirib ki, Həcc ziyarəti İslamın beş əsas şərtindən biridir:

“Bu ziyarət dünyadakı milyonlarla müsəlman üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Həcc ziyarəti maddi imkanları bu ibadəti gerçəkləşdirməyə yetən müsəlmanlar üçün vacib sayılır, o zaman məsələni anlamaq mümkün ola bilər.  Lakin qeyd etmək lazımdır ki, bu məsələ təkcə obyektiv səbəblər üzündən qiymət artımı ilə müşahidə olunmur, problemin yaranmasının həm də subyektiv cəhətləri mövcuddur. Bu da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) özünün tətbiq etdiyi qiymət siyasətindən irəli gəlir”.

R. Mirhəşimli onu da qeyd edib ki, Səudiyyə Ərəbistanı hər ölkədə orada yaşayan müsəlmanların sayına uyğun həcc kvotası müəyyən edir:

“Bu da təxminən hər milyon nəfər üçün min nəfər zəvvarın gedişinə şərait yaradır. Bu kvotanı əsas götürməklə QMİ-də Həccə gedəcək zəvvarların sayını artıra bilər. Çünki əvvəlki illərdə Azərbaycan zəvvarları 5 min nəfərlə Həccə getdiyi vaxtlar olub. Zəvvarların sayının çox olması xidmət səviyyəsindən asılı olaraq, qiymətlərə də təsir edə bilər, bu zaman ortaya fərqli qiymətlər çıxaracaq. Azərbaycan zəvvarları əvvəlki illərdə bu cür fərqli qiymətlərə uyğun öz büdcəsinə görə seçim edirdi. Lakin  neçə ildir bu fərq aradan qaldırılıb, QMİ Həcc ziyarəti ilə bağlı yalnız bir qiymət təklif edir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Həcc ziyarətinin qiymətlərinin artması çoxsaylı müsəlmanların bu müqəddəs və vacib ibadəti yerinə yetirmələrinə mane olur. Məsələyə dünyadakı iqtisadi böhranlar, inflyasiya və qlobal münaqişələr prizmasından yanaşanda bu hadisələrin Həcc ziyarətinin qiymətinə birbaşa təsir göstərdiyini görürük. Dünyanın müxtəlif yerlərində baş verən münaqişələr, daşımaların çətinləşməsi, yanacaq qiymətlərinin artması, logistika və infrastruktura xərclərin yüksəlməsi ümumilikdə ziyarət xərclərinin  artmasına səbəb olur. Bu səbəbdən,  Səudiyyə Ərəbistanı zəvvarları qarşılayan ölkələr və əlaqəli şirkətlər əlavə xərc və risklərlə üzləşirlər ki, bu da ziyarət qiymətlərinin yüksəlməsinə yol açır”.

Ekspert vurğulayıb ki, Azərbaycandan Həcc ziyarətinə gedənlər yalnız təyyarə ilə Səudiyyə Ərəbistanına uçurlar:

“Təyyarə biletlərinin qiymətləri də digər bir mühüm faktordur. Təyyarə biletlərinin qiymətinin yüksəlməsi, xüsusilə yüksək mövsüm və tələbin artması dövründə ziyarət xərclərinə əhəmiyyətli dərəcədə təsir edir. Bundan əlavə, Səudiyyə  Ərəbistanı daxilində zəvvarların gediş-gəlişi və Həcc mərasimlərinin təşkili üçün ayrılmış avtobusların sayının azlığı və avtonəqliyyat xərclərinin artması da qiymətləri yüksəldən başqa faktordur. Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda QMİ-nin təklif etdiyi qiymət həm ölkədaxili, həm də beynəlxalq bazarda baş verən dəyişiklikləri tam əks etdirməyə bilər. Bununla yanaşı, müxtəlif amillərdən qaynaqlanan qiymət artımları QMİ-nin təklif etdiyi qiymətlərə əlavə edildikdə, ziyarət xərcləri daha da yüksəlir”.

Rəsul Mirhəşimli təklif edir ki, QMİ-in bu vəziyyətin aradan qaldırılması üçün həm beynəlxalq, həm də yerli səviyyədə daha effektiv tədbirlər görməlidir:

“Lakin bu narazılığın əksinə olaraq, QMİ hər il qiymətləri artırmaqda davam edir. Azərbaycan vətəndaşları bu qiymətləri 110 min zəvvarına Diyanət İşləri Başqanlığının 30 min personalı ilə tibbi və s. xidmətləri göstərən qardaş Türkiyə ilə müqayisə edə bilər. O zaman ortaya qiymətlərlə zəvvarlara göstərilən xidmətlərin keyfiyyəti arasında mütənasibliyin şahidi olacaqlar. Qafqaz Müsəlmanları İdarəsi azərbaycanlı zəvvarlara İndoneziya, Malaziya və Türkiyə səviyyəsində yüksək xidmət göstərə bilirsə, buyursun, hər il artırdığı qiymətə haqq qazandırsın”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir

    Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin ...

    12-02-2018, 12:50

  • 
  • Həcc ziyarəti ləğv edildi - Azərbaycanda ziyarətə görə ödənişlərin geri qaytarılmasına başlanıldı

    Həcc ziyarəti ləğv edildi - Azərbaycanda ziyarətə ...

    23-06-2020, 12:57

  • 
  • Həcc ziyarətinin vaxtı açıqlandı

    Həcc ziyarətinin vaxtı açıqlandı ...

    18-09-2014, 16:13

  • 
  • ​Azərbaycan üçün Həcc kvotası 600-dən 2000-ə qaldırıldı

    ​Azərbaycan üçün Həcc kvotası 600-dən 2000-ə ...

    15-02-2018, 23:37

  • 
  • Həcc ziyarəti bahalaşdı

    Həcc ziyarəti bahalaşdı ...

    11-01-2016, 13:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu