“Crocus City Hall”da törədilən terror aktı ilə bağlı istintaq başa çatıb.
Gundemxeber.az xəbər verir ki, zərərçəkmişlər iş materialları ilə tanış olmağa başlayıb. Bu barədə TASS təqsirləndirilənlərdən birinin vəkili Oleq Vlasovun sözlərinə istinadən məlumat yayıb.
“İş üzrə istintaq hərəkətləri başa çatıb, tərəflər onun materialları ilə tanış olmağa başlayıblar”, - deyə vəkil bildirib.
Vlasov aydınlaşdırıb ki, qanuna görə, işdə min nəfərə yaxın olan zərərçəkmişlər əvvəlcə bütün materiallarla tanış olmalıdırlar. Vəkil aydınlıq gətirib ki, məhz buna görə işin məhkəməyə tez çatması mümkün deyil.
Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də Crocus konsert zalında baş verib. Bir qrup silahlı terrorçu binaya soxularaq insanlara atəş açmağa başlayıb. Daha sonra onlar binanı yandırıb qaçmağa cəhd ediblər, lakin cinayəti törədənlərdən dördü tutulub. Faciə 145 nəfərin ölümü ilə nəticələnib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?