Gundemxeber.az » Ölkə » Cəmiyyət » Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar
Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyir ki, kosmetoloq kimi yalnız baza və ali tibb təhsili olan şəxslər çalışa bilərlər. Yəni hər yerindən duran özünə kosmetoloq deyə bilməz:
"Avropada həkim olmayan şəxs xəstənin üzünə iynə vura, mezoterapiya edə və digər prosedurları apara bilməz. Yəni bu sahədə çalışan şəxs ən azı anatomiya, fiziologiya və bədəndə gedən prosesləri bilməlidir. Kosmetoloq adını yalnız həmin sahənin lisenziyasını almış şəxs daşıya bilər. Lisenziya isə müvafiq sənədlər əsasında verilməlidir".
Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla konservativ və korreksiya üsulları daxildir:
"Bu üsullar kosmetoloji işə aid olduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibb təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər". Həmçinin qeyd edilib ki, gözəllik salonları tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.
Ətraflı süjetdə:
Gundemxeber.az
22-02-2016, 13:16
26-05-2018, 19:25
2-06-2018, 21:17
26-05-2018, 14:20
16-01-2025, 17:51
Sorğu
Yeni dizaynımız necədir?