Adı müştəriləri ilə qalmaqalda hallanan kosmetoloq Elnarə Rzayeva barəsində məhkəmə qərar verib
Nizami rayon Məhkəməsinin hakimi Elnur Nuriyev E.Rzayevanın iddiaçılara külli miqdarda təzminat ödəməsi barədə qərar çıxarıb. İddiaya görə, E.Rzayeva bir müddət öncə gözəllik mərkəzlərindən birinin sahibəsi Nigar Məmmədova və onun bacısı Rəna Sultanova barədə sosial şəbəkələrdə təhqiramiz sözlər yazıb, onlara qarşı böhtan xarakterli müxtəlif ifadələr işlədib.
Buna görə də bacılar Nizami rayon Məhkəməsində E.Rzayevaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkləyən məlumatların təkzib edilməsi və 50 min manat təzminat ödənilməsi ilə bağlı iddia qaldırıb.
İddiaçılar məhkəmədə bildirib ki, E.Rzayeva onların əl işlərini öz səhifəsində paylaşıb. Ondan tələb edilib ki, həmin şəkilləri oradan götürsün. Bundan sonra E.Rzayeva bacıların şəkillərini sosial şəbəkələrdə paylaşıb, təhqirlər yazıb. Hətta canlı yayım vasitəsilə bacıların sahibi olduğu gözəllik mərkəzinin işçilərinə böhtan atıb, müştərilərə tətbiq edilən preparatların keyfiyyətsiz olduğunu iddia edib.
Məhkəmə iddianı qismən təmin edib. Qərara əsasən, E.Rzayeva sosial şəbəkələrdə iddiaçılardan üzr istəməli və on min manat təzminat ödəməlidir.
Xatırladaq ki, son günlər Elnarə Rzayevanın prosedurları nəticəsində ziyan görmüş insanların sayı artmaqdadır.
E.Rzayevanın prosedurlarından zərər görmüş Validə Rzayeva, Aygün Məmmədova, G.O-ova, Xatirə Fərzullayeanın şikayətləri əsasında hüquq mühafizə orqanlarında araşdırma gedir./criminal.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?