Bu gün, fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Hüseyn Abdullayev məhkəmə öncəsi Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. O, müraciətində azadlığa çıxmaq üçün dövlət başçısından humanistlik göstərməsini xahiş edib.
Müraciətdə deyilir: “Hörmətli cənab Prezident İlham Əliyev, Cənab Prezident, yazaraq Sizdən xahiş edirəm ki, anamın və özümün sağlamlığımda yaranmış ciddi problemlərə görə azadlığa çıxmağım üçün humanistliyinizi göstərərək öz göstərişinizi verəsiniz. Hörmətlə, Hüseyn Abdullayev 12.02.2025, Azərbaycan".
Qeyd edək ki, aylardır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Hüseyn Abdullayevin cinayət işi üzrə proses davam edir. Hüseyn Abdullayev sağlıq problümləri ilə əlaqədar prosesə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsi ilə qatılır. Ötən prosesdə məhkəməyə də Hüseyn Abdullayevin Prezident İlham Əliyevə müraciəti təqdim olunub. Məhkəmə istintaqı yeniləndiyi üçün müraciət məhkəmədə elan olunub. Hüseyn Abdullayev müraciətində səhhətindəki problemlər, həbsxana divarlarında çəkdiyi əziyyət və yaşlı anasının düşdüyü durumdan bəhs edib.
“Əminəm ki, mənim bu neçə ili dörd divar arasında keçirməyim, özümün və ailəmin yaşadığı əzablardan xəbəriniz var. Təəssüflər olsun ki, mənim barəmdə sizə doğru olmayan, yanlış məlumatlar verilməsi nəticəsində mən və ailəm bu zülmü yaşadıq. Bildirmək istəyirəm ki, yaşadığım mühacir həyatı belə həyatımın ən ağrılı-acılı illəri olub. Sonradan Türkiyədə həbs olunaraq Azərbaycana gətirilməyim və 6 il 4 divar arasında yaşamağım həyatımın ən ağır dönəmlərindən olub. Ötən müddət ərzində anam düşdüyüm bu duruma görə ağır xəstəliklərə düçar oldu. Özümün sağlamlığım demək olar ki, tam əldən gedib. Mən həyatımı şüurlu şəkildə Ulu Öndər Heydər Əliyevə xidmətə həsr etmişəm. Ondan sonrakı dönəmlərdə də mən fəaliyyətinizə kölgə salan şəxslərə qarşı mübarizə aparmaqla hesab edirdim ki, sizə xidmət etmiş olmuşam. Lakin bəzi insanların fitnəkarlığı nəticəsində mənim düşmən obrazım yaradıldı və bu acı tale ilə yaşamağa məcbur oldum. Sizə müraciətimdə məqsədim səhhətimdə yaranmış qarşısıalınmaz problemləri və yaşlı anamın düşdüyü durumdan xilas edilməsini sizə çatdırmaqdır. Mənim sağlamlığımı, bu günə qədər çəkdiyim əzabları, həbsxana divarlarında çəkdiyim illəri nəzərə alaraq anama qovuşmağıma kömək etməyinizi sizdən xahiş edirəm” - müraciətdə deyilir.
Hüseyn Abdullayev həbsdən azad olunmasını xahiş edib.
Bu gün, fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Musavat.com xəbər verir ki, Hüseyn Abdullayev məhkəmə öncəsi Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. O, müraciətində azadlığa çıxmaq üçün dövlət başçısından humanistlik göstərməsini xahiş edib.
Müraciətdə deyilir:
“Hörmətli cənab Prezident İlham Əliyev, Cənab Prezident, yazaraq Sizdən xahiş edirəm ki, anamın və özümün sağlamlığımda yaranmış ciddi problemlərə görə azadlığa çıxmağım üçün humanistliyinizi göstərərək öz göstərişinizi verəsiniz. Hörmətlə, Hüseyn Abdullayev 12.02.2025, Azərbaycan".
Qeyd edək ki, aylardır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Hüseyn Abdullayevin cinayət işi üzrə proses davam edir. Hüseyn Abdullayev sağlıq problümləri ilə əlaqədar prosesə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsi ilə qatılır. Ötən prosesdə məhkəməyə də Hüseyn Abdullayevin Prezident İlham Əliyevə müraciəti təqdim olunub. Məhkəmə istintaqı yeniləndiyi üçün müraciət məhkəmədə elan olunub. Hüseyn Abdullayev müraciətində səhhətindəki problemlər, həbsxana divarlarında çəkdiyi əziyyət və yaşlı anasının düşdüyü durumdan bəhs edib.
“Əminəm ki, mənim bu neçə ili dörd divar arasında keçirməyim, özümün və ailəmin yaşadığı əzablardan xəbəriniz var. Təəssüflər olsun ki, mənim barəmdə sizə doğru olmayan, yanlış məlumatlar verilməsi nəticəsində mən və ailəm bu zülmü yaşadıq. Bildirmək istəyirəm ki, yaşadığım mühacir həyatı belə həyatımın ən ağrılı-acılı illəri olub. Sonradan Türkiyədə həbs olunaraq Azərbaycana gətirilməyim və 6 il 4 divar arasında yaşamağım həyatımın ən ağır dönəmlərindən olub. Ötən müddət ərzində anam düşdüyüm bu duruma görə ağır xəstəliklərə düçar oldu. Özümün sağlamlığım demək olar ki, tam əldən gedib. Mən həyatımı şüurlu şəkildə Ulu Öndər Heydər Əliyevə xidmətə həsr etmişəm. Ondan sonrakı dönəmlərdə də mən fəaliyyətinizə kölgə salan şəxslərə qarşı mübarizə aparmaqla hesab edirdim ki, sizə xidmət etmiş olmuşam. Lakin bəzi insanların fitnəkarlığı nəticəsində mənim düşmən obrazım yaradıldı və bu acı tale ilə yaşamağa məcbur oldum. Sizə müraciətimdə məqsədim səhhətimdə yaranmış qarşısıalınmaz problemləri və yaşlı anamın düşdüyü durumdan xilas edilməsini sizə çatdırmaqdır. Mənim sağlamlığımı, bu günə qədər çəkdiyim əzabları, həbsxana divarlarında çəkdiyim illəri nəzərə alaraq anama qovuşmağıma kömək etməyinizi sizdən xahiş edirəm” - müraciətdə deyilir.
Hüseyn Abdullayev həbsdən azad olunmasını xahiş edib./musavat.com/
Sorğu
Yeni dizaynımız necədir?