GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gürcüstan ombudsmanının nümayəndələri həbsxanada 147 gündür aclıq edən azərbaycanlı jurnalistə baş çəkib

Gürcüstan ombudsmanının nümayəndələri həbsxanada 147 gündür aclıq edən azərbaycanlı jurnalistə baş çəkib

Tarix: 13-02-2025, 23:28 Bölmə :Cəmiyyət Baxış: 335

Gürcüstan Xalq Müdafiəçisi (Ombudsman) Aparatının məlumatına görə, fevralın 12-də Ombudsmanın nümayəndələri, o cümlədən Ombudsman Aparatında çalışan həkim cəzaçəkmə müəssisəsində aclıq edən azərbaycanlı jurnalist Əfqan Sadıqova baş çəkib.

Bir neçə gün əvvəl Gürcüstanın Sosial Ədalət Mərkəzi Əfqan Sadıqovun səhhətinin son dərəcə ağırlaşdığı və bir neçə saat huşsuz vəziyyətdə olduğu barədə məlumat yayıb. Həkimlərin müdaxiləsi nəticəsində o, ağır vəziyyətdən çıxarılıb. Fevralın 2-də uzun sürən aclıq aksiyasından sonra Əfqan Sadıqov quru aclığa keçib və su içməkdən imtina edib. “Jurnalistin radikal qərarına Avropa İnsan Haqları Məhkəməsinin onun Azərbaycana ekstradisiyasını qadağan edən müvəqqəti tədbir görməsinə baxmayaraq, məhkəmənin onun barəsində seçilmiş həbs-qətimkan tədbirini 3 ay uzatması səbəb olub”, məlumatda deyilir.

Ombudsman Aparatının yaydığı məlumata görə, Sadıqova baş çəkdikdən sonra “tibbi qeydlərə əsasən, xeyli çəki itirməsi müşahidə olunub”.

Həkinin sözlərinə görə, bu mərhələdə qalan göstəricilər təhlükə yaratmır, lakin qəfil fəsadları istisna etmək olmaz.

Həkim bildirib ki, məhbusun səhhəti pisləşdiyi üçün onun razılığı ilə bir neçə gündür ona müvafiq tibbi xidmət göstərilir. Lakin o, hələ də mülki klinikaya köçürülməkdən imtina edir.

“Aclıq aksiyasının gözlənilən nəticələri barədə Əfqan Sadıqova Ombudsman Aparatının həkimi məlumat verib. Bundan əlavə, ona Ombudsman Aparatının verdiyi açıqlamalara münasibət və digər hüquqi məsələlər barədə də məlumat verilib.

Ombudsamn Apapatı əlavə olaraq məhbusun tam tibbi sənədlərini tələb edib. Ombudsman Əfqan Sadıqova göstərilən tibbi yardıma nəzarəti davam etdirir”, Ombudsman Aparatının açıqlamasında bildirilir.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov 147 gündür həbsxanada aclıq aksiyası keçirir. Vəkillərinin fikrincə, Sadıqovun aclıq aksiyası iki hökumətin (Azərbaycan və Gürcüstan) ədalətsizliyinə cavabdır.

Jurnalist ötən il avqustun 3-də Tbilisidə həbs edilib. Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilib.

Ailəsi, hüquq müdafiə təşkilatları və müstəqil media onun həbsini siyasi təqibi ilə əlaqələndirir.

Əfqan Sadıqov aclıq aksiyasına 2024-cü il sentyabrın 21-də başlayıb. Aclıq aksiyasının 17-ci günündə jurnalistin səhhəti pisləşib və o, 18 saylı tibb müəssisəsinə köçürülüb və bu günə kimi oradadır.

Fevralın 10-da Əfqan Sadıqovun maraqlarını müdafiə edən Sosial Ədalət Mərkəzi jurnalistin aclıq aksiyası keçirməsi ilə bağlı məlumat yayıb.

"Əfqan Sadıqov əlil arabasında danışmaqda və hərəkət etməkdə çətinlik çəkir və o, vaxtaşırı huşunu itirmə epizodları yaşayır", Sosial Ədalət Mərkəzinin bəyanatında deyilir.

Sosial Ədalət Mərkəzi “Gürcü Arzusu”nun ictimai müdafiəçisi və ədliyyə naziri Anri Oxanaşviliyə müraciət edib.

Sosial Ədalət Mərkəzi Gürcüstanın ombudsmanını Əfqan Sadıqovun vəziyyətini mütəmadi olaraq izləməyə, habelə dövlət vasitəçiliyi və məhbusun psixososial dəstəyi prosesini gücləndirəcək xüsusi komissiya yaratmağa çağırıb.

Mərkəz, həmçinin Anri Oxanaşvilini Əfqan Sadıqovun son dərəcə ağır vəziyyətinə, eləcə də Avropa Məhkəməsinin qərarının məzmununa və ruhuna əsaslanaraq, onun Azərbaycana ekstradisiyasından imtina ilə bağlı qərar qəbul etməyə çağırıb.

Sosial Ədalət Mərkəzi bildirir ki, “Cinayət mühakiməsi sahəsində beynəlxalq əməkdaşlıq haqqında” qanun Anri Oxanaşviliyə belə bir imkan verir.

Sosial Ədalət Mərkəzinin məlumatına görə, Əfqan Sadıqovun səhhəti son dərəcə narahatlıq doğurur. Hazırda 56 kiloqram çəkisi olan jurnalist həbs olunduqdan sonra 40 kiloqramdan çox arıqlayıb. İstintaq təcridxanasının həkimlərinin fikrincə, onun uzun sürən aclıq aksiyasından sonra sağlamlığına dəyən ziyan bərpa olunmaz ola bilər


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tbilisi Şəhər Məhkəməsi 45 gündür aclıq edən azərbaycanlı jurnalistin həbs müddətini daha üç ay uzadıb

    Tbilisi Şəhər Məhkəməsi 45 gündür aclıq edən ...

    5-11-2024, 23:48

  • 
  • “Ombudsman istintaq orqanının xeyrinə məlumat verib”

    “Ombudsman istintaq orqanının xeyrinə məlumat ...

    26-11-2013, 17:09

  • 
  • Sevinc Sadıqva: Əfqan ədalət bərpa olunmasa buradan meyidim çıxacaq dedi

    Sevinc Sadıqva: Əfqan ədalət bərpa olunmasa ...

    26-11-2020, 11:38

  • 
  • Oqtay Gülalıyev : Artıq 11- ci gündür ki, Taleh Bağırzadə, 8- ci gündür ki, Abbas Hüseyn Qobustanda aclıq aksiyası keçirir

    Oqtay Gülalıyev : Artıq 11- ci gündür ki, Taleh ...

    11-02-2019, 20:42

  • 
  • Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər

    Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər ...

    18-10-2019, 14:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu