Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tələbənin dekan müavinini güllələdiyi olayın ŞOK DETALLARI - FOTOLAR
Türkiyənin Konya şəhərində ali təhsil müəssisəsində dekan müavini silahla vurulub. Səlcuq Universitetinin Sağlamlıq Elmləri Fakültəsinin tələbəsi, 23 yaşlı Bestami Serdar E. adlı tələbə dekan müavini, 34 yaşlı Müjdat Yeşildalı tapança ilə vuraraq intihara cəhd edib.
GUNDEMXEBER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı təfərrüatlar ortaya çıxıb.
Məlumata görə, Konya Səlcuq Universiteti Sağlamlıq Elmləri Fakültəsinin sosial iş bölümünü bitirən Bestami Serdar E. yenidən imtahan verib və Səhiyyə İdarəetmə bölümünə qəbul olub. O, daha əvvəl məzun olduğu bölümdə tədrsi edilən bəzi ümumi dərslərdən azad olmaq istədiyi barədə dekanlığa məlumat verib, lakin tələbi qəbul edilməyib. Daha sonra fakültə dekanı Nur Feyzal Kesen ilə görüşmək istəyib və bu, alınmayanda qışqıraraq problem yaradıb.
Bestami Serdar E. koridorda qışqırıb söyüş söyərkən səs-küyü eşidən dekan müavini Müjdat Yeşildal nə baş verdiyini soruşmaq və onu sakitləşdirmək üçün onu otağına dəvət edib. Otağa daxil olan tələbə yanında gətirdiyi 2 silahdan biri ilə Yeşildalı vuraraq sinəsindən yaralayıb, daha sonra isə eyni silahla intihara cəhd edib.
Türkiyə mediası yazır ki, Səhiyyə Elmləri Fakültəsinin girişində heç bir “X-ray” cihazı yoxdur, yalnız turniket var və bu səbəbdən təhlükəsizlik təmin edilməyib. Hadisə ilə bağlı istintaq davam edir.
GUNDEMXEBER.AZ
29-01-2014, 12:22
4-08-2016, 17:51
6-04-2014, 13:53
29-05-2016, 15:07
25-11-2020, 12:29
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?