Dekan Fazil Həsənov Texniki Universitetdə rüşvət terroru əsdirir-Azərbaycan Texniki Universitetində Nəqliyyat fakültəsində ilginc vəziyyət yaranıb. Belə ki, universitetin tələbələri müraciət edib bildiriblər ki, dekan Fazil Həsənov bütün fakültə tələbələrindən hər imtahana görə 150 manat tələb edir. Tələbələrin bildirdiyinə görə dekan öz tələbində çox qəti və konkret olub. Mənbənin məlumatına görə, Fazil Həsənov bildirib ki, tələbəninin bilik səviyyəsindən asılı olmayaraq hər bir tələbə hər imtahana görə 150 manat verəcək. Əks təqdirdə tələbəninin bilik səviyyəsi nəzərə alınmayacaq və tələbə kəsiləcək. Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində təqribən min nəfər tələbə təhsil alır və tələbələr bu semestrdə 5 imtahan verəcəklər. Yəni faktiki olaraq hər bir tələbə bu semestrdə Fazil Həsənova 750 manat ödəmək zorundadırlar və ümumilikdə Nəqliyyat fakültəsinin dekanı Fazil Həsənovun bu semesterdəki gəliri təqribən 750 min manat ola bilər. Fazil müəllimin bu gəlirdən vergi belə ödəməyəcəyini nəzərə alsaq heç də fəna gəlir deyil…Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?