GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıya güclü qar yağacaq, çovğun olacaq - Sabahın HAVASI

Bakıya güclü qar yağacaq, çovğun olacaq - Sabahın HAVASI

Tarix: 20-02-2025, 14:28 Bölmə :Cəmiyyət Baxış: 113

Sabah, fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapçast” ASC-nin sahibi Valeri Nikolayeviç Zaxarenkovun zərərçəkən olduğu cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Valeri Zaxarenkov Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək çinli zabitdir. “Aviazapçast” ASC ABŞ sanksiyaları altına düşən Rusiya şirkətlərindəndir. İş üzrə müttəhimlər kürsüsünə  Fransa vətəndaşı olan Konstantin Kuçerlə Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivin çıxarılıb. Konstantin Kuçer xuliqanlıq və külli miqdarda dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur.

 Müttəhim Konstantin Kuçerə qarşı “Aviazapçast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti adından isə 5 milyon 184 min manatlıq iddia qaldırıb. Valeri Zaxarenkov Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir. Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb. Ötən prosesdə Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırıb. Dələduzluq epizodu ilə bağlı sualları cavablandırarkən deyib ki, zərərçəkmiş Valeri Zaxarenkova məxsus şirkətlərlə mülki aviasiya avadanlıqlarının, hissələrinin alqı-satqısı ilə bağlı müqaviləsi olub. O, bu işlə 2017-ci ildə Fransada yaşadığı zamanlardan məşğul olduğunu bildirib. Deyib ki, İspaniyada həyat yoldaşının adına olan şirkət üzərindən aviasiya avadanlıqlarının, hissələrinin alqı-satqısı biznesi ilə məşğul olub. Ukrayna və digər ölkələrdən aviaavadanlıqlar, hissələr alaraq digər ölkələrə satıb. 2019-cü ildə isə Valeri Zaxarenkova məxsus “Aviazapçast” və “Promyshlennye Postavkı Kazakhstan”la müqavilələr bağlayıb. Onlara sifariş etdikləri aviahissələri tədarük edib. İttihamı qəbul etməyən Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırarkən deyib ki, qarşı tərəf ABŞ sanksiyaları altına düşdüyündən onların sifariş etdikləri aviahissələri çatdırmaqla bağlı logistik problemlər yaranıb. Dövlət ittihamçısı konkret hansı aviahissələrdən söhbət getdiyini xəbər alıb. Konstantin Kuçerin vəkili bu sualın ittihama aidiyyəti olmadığını deməklə hakimdən çıxarılmasını xahiş edib. Hakim isə sualı çıxarmadan Konstantin Kuçerə cavablandırmasını tapşırıb. Kuçer deyib ki, Rusiya tərəfi əsasən təyyarələr üçün naviqasiya sistemlərini sifariş edib. Dövlət ittihamçısının həmin sistemlərin hərbi təyinatlı olub-olmamasına dair sualına Konstantin Kuçer mülki təyinatlı olmasını bildirib. Dövlət ittihamçısı növbəti dəfə dəqiqləşdirici sual verib və sifariş olunan naviqasiya sistemlərinin hərbi təyyarələrdə istifadəsinin mümkünlüyünü xəbər alıb. Konstantin Kuçerin vəkili növbəti dəfə suala etiraz edib, işin mahiyyətinə aidiyyəti olmadığını deyib. Hakim sualı çıxarmadan Konstantin Kuçerdən cavablandırılmasını istəyib. Kuçer deyib ki, həmin sistemlər əsasən “AN-132” təyyarələrində istifadə olunur. Həmin təyyarələr isə mülki təyinatlıdır. Onun sözlərindən bəlli olub ki, 2024-cü ilin iyulunda Valeriy Zaxarenkov barəsində hüquq-mühafizə orqanlarına şikayət edənə qədər münasibətləri normal olub. Zaxarenkov və onun şirkətlərinin nümayəndələri hər dəfə Bakıya gəlməzdən öncə onunla əlaqə saxlayıblar. O da hava limanına Valeri Zaxarenkov və onun şirkətlərinin nümayəndələrini qarşılamaq üçün maşın göndərib, Bakıda qalmaları üçün hotel rezervasiya edib. Hadisə baş verən gün isə Valeri Zaxarenkov ona zəng edib Bakıda olduğunu dedikdə buna təəccüb edib. Qəfil gəlişin səbəbi ona görüş zamanı bəlli olub. Konstantin Kuçer deyib ki, görüşdə Oleq Bakinskini Valeri Zaxarenkov və digərləri ilə birgə görəndə bir daha təəccüblənib.

Bakinskinin “Aviazapçast” rəsmiləri ilə tanışlığının olmasından bixəbər olmasını onun özünə də deyib. Bildirib ki, Oleq Bakinskini əvvəldən tanıyır. Rusiyadan gələnlər isə heç zaman Oleqlə tanış olduqlarını bildirməyiblər. Söhbət əsnasında Valeri Zaxarenkov Konstantin Kuçerə ya pulları qaytaracağını, ya da sifarişlər üzrə malları çatdıracağını bildirib. Kuçer isə malların İspaniyada ABŞ sanksiyaları səbəbindən müsadirə edildiyini, pulların isə “Günay Bank”dakı hesablarda olduğunu, bankın da 2023-cü ildə bağlandığını, bu səbəbdən pulları çıxara bilmədiyini deyib. Valeri Zaxarenkovu dediklərinə inandırmaq üçün o, ofisdən kənarda olan, aviahissələrin sifariş olunmasına dair sənədləri, qəbzləri gətirmək üçün çıxıb. 5-10 dəqiqə sonra qayıtdıqda isə Zaxarenkovu orada görməyib. Dövlət ittihamçısının suallarını cavablandıran Konstantin Kuçer deyib ki, o, ofisə qayıdandan sonra orada hər hansı bir qarışıqlıq görməyib deyə Valeriy Zaxarenkovla Oleq Bakinski arasında hər hansı bir mübahisənin olmasını da bilməyib. Bundan sonra Valeri Zaxarenkov sərbəst ifadə verib. Deyib ki, 2019-cü ildə Konstantin Kuçer onun şirkətinə rəsmi qaydada müraciət edərək əməkdaşlıq təklif edib. Qısa araşdırmalardan sonra onunla əməkdaşlıq edib sifarişlər veriblər. İlk sifarişlər yerinə yetirilsə də, sonradan Konstantin Kuçer müxtəlif bəhanələrlə sifarişləri yerinə yetirməyib. Buna görə də “Aviazapçast” nümayəndələri, hüquqşünasları bir neçə dəfə Bakıya gəlib burada Konstantin Kuçerlə görüşüblər. Lakin Kuçer hər dəfə bir bəhanə edib və sifarişləri yerinə yetirməyib. Sifarişlərə görə onun şirkətinin hesabına köçürülən pulları da geri qaytarmayıb. Buna görə də onun özü məsələni araşdırmaq üçün Bakıya gəlib və Konstantin Kuçerlə görüşə gedib. Görüşdə Kuçer Oleq Bakinskini ona özünün şəriki kimi təqdim edib. Söhbəti onunla aparmalı olduğunu deyib. Valeri Zaxarenkovun bu sözləri Oleq Bakinskinin kəskin etirazına səbəb olub. Deyib ki, görüşə Valeri Zaxarenkovun istəyi ilə onunla birgə gedib. Hakim Oleq Bakinskiyə yerindən danışdığına görə xəbərdarlıq edib, Valeri Zaxarenkova isə ifadəsini davam etdirməsini tapşırıb. Zaxarenkovun sözlərindən məlum olub ki, orada Oleq Bakinski onu söyüb-təhqir edib, onunla sekslə məğlub olacağını bildirib. Bundan sonra isə stolun üstündəki su butulkalarını götürərək onun başına tərəf atıb. Həmin vaxt Konstantin Kuçer də su butulkalarını onun baş nahiyəsinə tərəf tullayıb. Əlləri ilə bir neçə butulkanı başına dəyməkdən yayındırsa da, biri alnına dəyib. Zərbənin təsirindən başı yarılıb deyə Sergey Styopin onu otaqdan çıxarıb.

Sonra xəstəxanaya gedib, orada alnına tikiş qoyulub. Oleq Bakinski Valeri Zaxarenkovu yalan danışmaqda ittiham edib. Bildirib ki, ofisdə görüş zamanı Valeri Zaxarenkov Konstantin Kuçerin ünvanına nalayiq söyüşlər işlədib. Həmin vaxt Kuçer ofisdə olmadığından o, Valeriy Zaxarenkovdan söyüş söyməməsini istəyib. O isə yenidən və daha kəskin söyüşlər söyüb və ayağa qalxaraq üzərinə yeriyəndə ayağı stola ilişib və yıxılaraq başından xəsarət alıb. Bundan sonra Sergey Styopin şahid qismində ifadə verib. Bildirib ki, məlum görüş çıx qısa bir müddətdə olub. Görüş zamanı Konstantin Kuçerlə Oleq Bakinski Valeri Zaxarenkovun başına butulka ilə xəsarət yetiriblər. O, Bakıya Konstantin Kuçerdən hesabına ödədikləri pulları almaq üçün gəldiklərini, bu alınmadıqda isə məhkəməyə müraciət etmək niyyətində olduqlarını bildirib. Deyib ki, ofisdə məlum insident yaşandıqdan sonra məhkəməyə müraciət etməyiblər./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR

    Məşhur idmançının məhkəməsidir - SENSASİON ...

    10-01-2025, 11:30

  • 
  • Dələduzluqda ittiham olunan “bank işçisinə” hökm oxundu

    Dələduzluqda ittiham olunan “bank işçisinə” hökm ...

    11-07-2017, 13:16

  • 
  • Bakıda həbs edilən ukraynalı milyoner Oleq Bakinskinin istəyi reallaşmayıb

    Bakıda həbs edilən ukraynalı milyoner Oleq ...

    8-08-2024, 13:18

  • 
  • İlham Əliyev “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunu qəbul edib

    İlham Əliyev “Rusiya Dəmir Yolları” ASC-nin baş ...

    6-05-2019, 12:03

  • 
  • "GünayBank"ın keçmiş sədr müavinə 44 milyon manatlıq ittiham - Cinayət işi

    "GünayBank"ın keçmiş sədr müavinə 44 ...

    22-10-2019, 14:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu