Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Sumqayıt şəhər sakinləri - 27 yaşlı Oleq Abbasov və 28 yaşlı Rac Axundovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.
İstintaqla müəyyən olunub ki, Oleq Abbasov dostu Rac Axundovla cinayət ələqəsinə girərək vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlaklarını ələ keçirməklə onlara qarşı dələduzluq edib. Onlar zərərçəkmişləri ipoteka krediti düzəldəcəkləri vədi ilə aldadıblar. Özlərini “Bank of Baku” ASC-nin filial müdiri, Mərkəzi Bankın əməkdaşı kimi təqdim edərək kreditin alınması üçün qabaqcadan pulun müəyyən hissəsinin bankın depozit hesabına keçirilməli olması, sonradan kreditlə birgə həmin pulun da qaytarılacağı barədə yalan məlumatlar veriblər.
Onu da qeyd edək ki, Oleq Abbasovun anası İnna adlı qadın Sumqayıt şəhərində falçılıqla məşğul olub. Elə zərərçəkmişlərin bir neçəsi bu qadın vasitəsi ilə Oleq Abbasovla tanış olub. Qadın onlara oğlunun bankda işlədiyini deyib. Bu vasitə ilə də zərərçəkmişlər Oleq Abbasovun toruna düşüblər.
Məhkəmənin hökmü ilə Oleq Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Rac Axundov 3 il şərti cəza alıb. O məhkəmə zalından azadlığa buraxılıb./virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?