GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başlayıb

Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başlayıb

Tarix: 6-03-2025, 21:36 Bölmə :Cəmiyyət Baxış: 294

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 6-da davam etdirilib.

GUNDEMXEBER.AZ "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iclasda iştirak ediblər.

Məhkəmə iclasında sədrlik edən hakim əvvəlcə təqsirləndirilən şəxs Bako Sahakyana hüquqlarının müdafiəsi üçün dövlət hesabına əlavə vəkil təyin olunması barədə məlumat verərək, müdafiəçisini ona təqdim edib. Bako Saakyan yeni müdafiəçiyə etiraz etmədiyini bildirib.

Məhkəmə iclasının sədri dindirməni başlayarkən təqsirləndirilən şəxslərin hər birinə onlara elan olunmuş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif edib.

Budəfəki məhkəmə iclasında təqsirləndirilən şəxslər Davit Manukyan, Qurgen Stepanyan, Davit Allahverdiyan, Melikset Paşayan, Qarik Matrosyan, Levon Balayan, Madat Babayan sərbəst ifadə veriblər.

Sərbəst ifadə verən Ermənistanda anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, qondarma rejimin qanunsuz silahlı birləşmələrində “komandanın 1-ci müavini”, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri işləmiş təqsirləndirilən şəxs *Davit Manukyan ifadəsində Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib. O, hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirərək deyib: “Birinci müharibə zamanı xidməti mövqeyim, vəzifəm olmayıb. İkinci müharibə zamanı isə olub. Amma bütün bunlar mənim xidməti öhdəliklərimdən qaynaqlanıb. Xüsusilə müharibənin planlaşdırılması... Mənim öhdəliklərimdə, vəzifə borcumda aydın şəkildə yazılıb: “Döyüş hazırlığı ilə məşğul olmaq”. Orada müharibənin planlaşdırılması yoxdur. Bu, anlaşılan deyil, əlaqəsizdir”.

O, Birinci Qarabağ müharibəsi zamanı sıravi əsgər olduğunu xatırladaraq bildirib: “Mən siravi əsgər statusunda olmuşam, döyüş əməliyyatlarında iştirak etmişəm. 1993-cü il fevralın 28-də Ağdərə istiqamətində yaralanmışam. 1994-cü ildə yenidən xidmətə qayıtmışam...Müharibədən sonra da xidmətə davam etmişəm, zabit rütbəsi almışam”.

Təqsirləndirilən şəxs qondarma rejimin “Təhlükəsizlik Şurası”nın iclaslarında iştirak etmədiyini vurğulayaraq deyib: “İclaslarda əsas üzv, müşahidəçi qismində iştirak etməmişəm, onun keçirildiyi barədə də məlumatım olmayıb”.

O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı ilə vurulduğunu da bildirərək qeyd edib: “Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.

Davit Manukyan 2021-ci ilin dekabrında hərbi xidmətdən məzuniyyətə çıxdığını, 2022-ci ilin yanvarında isə vəzifəsini təhvil verdiyini, habelə Ermənistan Resublikasının vətəndaşlarının qondarma rejimin “ordusu”nda hərbi xidmət keçdiyini qeyd edərək diqqətə çatdırıb: “Bir qədər geriyə qayıdım. Orduda 2020-ci ildən sonra kifayət qədər ixtisarlar baş verdi. Diviziyanı da ixtisar aparıb briqada səviyyəsinə saldılar”.

O, həmçinin 2020-2023-cü illər ərzində Qarabağda təxminən 10 minədək hərbi qulluqçunun olduğunu deyib. Bundan başqa, istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini söyləyib.

Təqsirləndirilən şəxs evində tapılmış silahlar barədə də danışıb: “Mənim Xankəndidəki mənzilimdə iki silahım olub. Biri tapança, o birisi isə yivli ov tüfəngi. Hər iki silah Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır.

Təqsirləndirilən şəxs Qurgen Stepanyan 2005-2007-ci illərdə Hadrutda müddətli hərbi xidmət keçidiyini, 2023-cü ildə isə döyüş postuna aparıldığını bildirərək deyib: “Sentyabrın 19-da postdan Xankəndiyə qaçmağa başladıq, yolda sizin hərbçilərlə qarşılaşdıq, onlara təslim olduq”.

Təqsirləndirilən şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini və məhkəmə istintaqı zamanı da cavab verəcəyini bildirib. “Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”, - deyə o əlavə edib.

Digər təqsirləndirilən şəxs Melikset Paşayan ifadəsində ittihamlarla tanış olduğunu bildirib. O, sovet ordusunda xidmət etdiyini, 1993-cü ildə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün qondarma rejimin “hərbi komissarlığı”ndan çağırış aldığını söyləyərək deyib: “1994-cü il atəşkəsinə qədər mən ancaq Ağdamda mövqe qorumuşam. 2020-ci ildə 44 günlük müharibə zamanı isə kənddəki oğlanlarla qərara gəlib mövqeləri qorumağa getdik. Üç-dörd həftə mövqe qoruduq”.

Melikset Paşayan 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı barmağından yaralandığını, sonra isə tutulduğunu bildirib.

Təqsirləndirilən şəxs Qarik Matrosyan ifadəsində Birinci Qarabağ müharibəsində Ağdam rayonunda ön postlarda olduğunu etiraf edərək bildirib: “İkinci Qarabağ müharibəsində isə Əsgəran rayonunda olmuşuq. 44 günlük müharibə zamanı da orada olmuşam”.

Təqsirləndirilən daha bir şəxs Levon Balayan ifadəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı Ermənistan dövlətinin nəzarətində olan qondarma rejimin “ordusu”nda xidmət etdiyini söyləyib.

Təqsirləndirilən şəxs Madat Babayan isə 1992-ci ildə Xocalıda olduğunu etiraf edib. O vurğulayıb: “1992-ci ildə Xocalıda olmuşam. Məni çağırdılar getdim. Dedilər burada meyitlər var, gəl dəfn edək. Mən də aparıb yerini göstərdim”.

Ardınca təqsirləndirilən şəxs Bako Sahakyan söz istəyərək qısa çıxış edib. O, Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərən qondarma rejimin “prezidenti” kimi gördüyü işlərdən danışıb. Habelə ibtidai istintaq dövründə verilən sualları cavablandırması üçün ona geniş imkanların yaradıldığını qeyd edib.

Bundan sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Qarabağın Azərbaycanın suverən ərazisi olmasını və Ermənistanın Qarabağı öz ərazisinə birləşdirmək niyyətini təsdiq edən tarixi sənədləri, yəni:

- DQMV Vilayət Xalq Deputatları Sovetinin “Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi barədə Azərbaycan və Ermənistan SSR Ali sovetlərinə Müraciət haqqında” 1988-ci il 20 fevral tarixli qərarı;

- “DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə verilməsi və bu barədə SSRİ Ali Sovetinə müraciət edilməsi haqqında” Ermənistan SSR Ali Sovetinin 1988-ci il 15 iyun tarixli qərarı;

- SSRİ Ali Soveti Rəyasət Heyətinin “DQMV-nin Ermənistan SSR-in tərkibinə verilməsi haqqında Ermənistan SSR Ali Sovetinin 1988-ci il 15 iyun tarixli qərarının və DQMV Vilayət Xalq Deputatları Sovetinin 1988-ci il 20 fevral tarixli vəsatətinin SSRİ Konstitusiyasına zidd olması barədə” 1988-ci il 18 iyul tarixli qərarı;

- SSRİ Konstitusiyasının 78-ci maddəsi;

- Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə barəsində Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli qərarı;

- 1991-ci il 2 sentyabr tarixli “Dağlıq Qarabağ Respublikasının elan edilməsi haqqında qərar və bəyannamə”ni və digər sənədləri təqdim edib.

Bundan sonra Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Fuad Musayev Ermənsitan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliyin özəyini təşkil edən, 1980-cı illərdə Qarabağda və Ermənistanda yaradılmış 40-a qədər “Böyük Tiqran”, “David Sasunski”, “Arçiv”, “Daşnaksakaner”, “Şuşa”, “Sasun”, “Maral”, “Ağdərə bölüyü”, “Xankəndi alayı”, “Sisiyan bölüyü”, “Hadrut bölüyü”, “Sasna Srer bölüyü”, “Xaçlılar”, “Erkrap-Könüllülər dəstəsi”, “Malatiya”, “Arabo”, “Muş” və digər qanunsuz silahlı birləşmələrin yaradılması, məqsədləri, fəaliyyəti və rəhbərlərinə dair sənədləri təqdim ediblər.

Ardınca təqsirləndirilən şəxs Arkadi Qukasyana tədqiq edilmiş sənədlərə münasibət bildirməsi, qeyd olunan qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla əlaqələri, fəaliyyəti, onun bu birləşmələrin fəaliyyətində iştirakı, Ermənistanda və Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağda yaradılmış “Krunq” təşkilatında fəaliyyəti ilə əlaqədar həbs edilməsi, “böyük Ermənistan” və “Miatsum” cinayətkar ideologiyaları barədə suallar verilib.

Təqsirləndirilən şəxs “Krunq” təşkilatının fəaliyyətində iştirak etmədiyini, həmin dövrdəki həbsinin bu təşkilatdakı fəaliyyətinə görə olmadığını, sadalanan qanunsuz silahlı birləşmələrin rəhbərlərinin adlarının hər kəsə məlum olduğunu, o cümlədən bu gün məhkəmədə tədqiq edilən sənədlərdə bu şəxslərin adının qeyd olunduğunu, lakin özünün həmin adları çəkməyəcəyini bildirib.

Məhkəmənin növbəti iclası martın 10-na təyin olundu. Növbəti proses təqsirləndirlən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyət baxımından verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz vədigərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunur.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən ...

    18-02-2025, 13:48

  • 
  • Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan 30 gün vaxt istədi

    Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan ...

    27-01-2025, 22:00

  • 
  • Vardanyan və digərləri məhkəmədə - FOTOLAR

    Vardanyan və digərləri məhkəmədə - FOTOLAR ...

    17-01-2025, 22:09

  • 
  • Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

    Davit Babayan saxlanma şəraiti barədə: Burada ...

    6-02-2025, 22:52

  • 
  • Dərin anlamlı görüntülər...

    Dərin anlamlı görüntülər... ...

    29-01-2025, 08:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu