GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şahmat dahisinin oteldə müəmmalı ölümü – Alyoxin SSRİ-dən gəlmiş Botvinnikə rəqib idi.

Şahmat dahisinin oteldə müəmmalı ölümü – Alyoxin SSRİ-dən gəlmiş Botvinnikə rəqib idi.

Tarix: 11-03-2025, 19:02 Bölmə :Cəmiyyət Baxış: 131
Şahmat dahisinin oteldə müəmmalı ölümü –
Ən yeni tarix. Maraqlı faktlar.
Ölüm onu Portuqaliyanın Eştoril şəhərindəki “Park” mehmanxanasında yaxalayıb.
24 mart 1946-ci ildə mehmanxana xidmətçisi nömrələrdə təmizlik işləri aparanda otaqların birində orta yaşlı kişinin kresloda tərpənməz vəziyyətdə qaldığını görüb.
O, bir neçə dəfə “cənab, sizi narahat edə bilərəmmi” sualını təkrararlasa da, cavab almayıb. Dərhal mehmanxanaya hüquq-mühafizə orqanlarının əməkdaşları və tibbi personal çağrılıb. Ölən şəxsin əyləşdiyi kreslonun qarşısındakı kiçik masada bir neçə boşqab və şahmat taxtası olub. Fiqurlar hamısı səliqə ilə düzülsə də, heç bir gediş edilməyib. Nömrədə şübhə yaradacaq heç nə aşkarlanmayıb.
Tibbi ekspertizanın nəticələrinə görə, ölmüş şəxsə heç bir fiziki təsir göstərilməyib. Nəticələrdə ölümün səbəbi şəxsin qidalandığı zaman qəbul etdiyi ət parçasının nəfəs borusuna düşərək tənəffüsün dayanması göstərilib.
Və təbii ki, həmin şəxsin kimliyi də müəyyənləşdirilib - şahmat üzrə dünya çempionu Aleksandr Alyoxin...
Aleksandr Alyoxin 1892-ci ildə Moskvada zadəgan ailəsində anadan olub. Maddi durumu zəngin olan ailədə Alyoxinin təhsilinə xüsusi diqqət yetirilib.
O, gimnaziyada və imperator məktəbində təhsil alıb.
Artıq 6-7 yaşlarında Aleksandr Alyoxinin şahmata sonsuz həvəsi valideynlərinin və ətrafdakı insanların diqqətindən yayınmayıb. Vaxtını əsasən şahmat məşqlərinə sərf edən Alyoxin 1907-ci ildən, 15 yaşında etibarən beynəlxalq şahmat turnilərinə qatılıb. İlk illər böyük uğurlar qazanmasa da, o, ruhdan düşməyib, daha ciddi şəkildə məşqlərini davam etdirib.
1913-cü ildə Alyoxin ilk böyük uğurunu qazanıb, tanınmış şahmatçı Stepan Levitskiyə 7-3 hesabı ilə qalib gələrək Sxeviningen turnirində birinciliyə sahib olub.
Bir il sonra, 1914-cü ildə Peterburqda keçirilən şahmat üzrə Rusiya birinciliyində Alyoxin növbəti uğurunu qazanaraq qalib titulu qazanıb.
Beləliklə, ardıcıl mötəbər turnirlərdə bir-birinin ardınca qələbələr qazanan Alyoxin tanınmış şahmatçılar tərəfindən ciddi rəqib kimi qəbul edilməyə başlayıb.
1917-ci ildə oktyabr inqilabından sonra Rusiyadakı ictimai-siyasi vəziyyət Alyoxinin həyatına ciddi mənfi təsir göstərib. Zadəgan ailələrinə olan xoşagəlməz münasibət Alyoxinin ailəsindən də yan keçməyib. Sonralar Alyoxin müsahibələrində bu münasibət haqqında belə açıqlama verib:
“Qırmızıların zadəgan ailələrinə münasibəti dözülməz idi. Tanınmış bir şahmatçı kimi mən də hədəfdə idim.
Çıxış yolu tapmaqda çətinlik çəkirdim, digər tərəfdən şahmat karyeramda da problemlər yaranırdı. Bu ərəfələrdə mötəbər turnirlərdə içtirakıma qadağa qoyulurdu.
Mən Rusiyadakı yeni rejimi qəbul edə bilmirdim. Ölkədən çıxmağım isə mövcud dövrdə mümkünsüz idi. Mən məcbur olub bir müddət yeni rejimdə özümə yer etməliydim. Beləliklə də mən dövlət qulluğunda işə düzəldim.
Eyni vaxtda iki vəzifədə işləyirdim, Moskva şəhər İcraiyyə komitəsində və Moskva cinayət-axtarış idarəsində. Bu addımdan sonra mən 1920-ci ildə Moskvada keçirilən Ümumrusiya olimpiadasında iştirak etmək hüququ qazandım və çempion oldum”.
1920-ci ilin sonunda Aleksandr Alyoxin pul müqabiləndə xarici kəşfiyyata işləməkdə ittiham olunub. Bir müddət “ÇK”-da sorğu-suala tutulan şahmatçı çox çətinliklə bu böhtandan yaxasını qurtara bilib.
1921-ci ildə həyat yoldaşı Aleksandra Batayeva ilə nikahını pozduqdan sonra Alyoxin Fransaya mühacirət edib. 1925-ci ildə isə bu ölkənin vətəndaşlığını alıb.
Avropada məskunlaşan Alyoxin dünya çempionu titulunu qazanmaq üçün bütün gücünü səfərbər edib.
O, bütün seçim turlarından qalib çıxaraq bu adın bir addımlığında dayanıb, sonuncu dünya çempionu olan kubalı şahmatçı Raul Kapablankanı mübarizəyə dəvət edib.
“Məğlubedilməz” titulu ilə məşhur olan kubalı şahmatçı dünya çempionu adı uğrunda şahmat taxtasının arxasına keçmək üçün öz şərtlərini diktə edib.
Şərtlərə əsasən iddiaçı, yəni Alyoxin mükafat fondu üçün 10 min dollar və oyunun keçirilməsində sərf olunacaq bütün xərcləri öz üzərinə götürməli olub. Beləliklə, şərtlərlə bağlı şahmat tarixində məşhur olan “London protokolu” imzalanıb.
Alyoxin üçün bu məbləğləri əldə etmək çətin olub. Həmin dövrdə 10 min dollar böyük bir məbləğ sayılıb.
Ruhdan düşməyən Alyoxin sponsor axtarışına başlayıb, bütün mümkün variantlara əl atıb. Nəhayət, çoxsaylı müraciətlərdən birinə real cavab gəlib.
Argentina hökuməti matçın mükafat fondunu və bütün xərclərini öz üzərinə götürüb. Amma matçın Buones-Ayresdə keçirilməsi şərtilə.
Tərəflərin razılığından sonra 1927-ci ilin payızında çempionata start verilib. Şərtlərə görə, qələbə sayında 6 xalı ilk qazanan şahmatçı çempion sayılıb.
İki ay davam edən çempionatda Aleksandr Alyoxin 6-3 hesabı ilə 4-cü dünya çempionu adını qazanıb.
Fransya qayıtdıqdan sonra jurnalistlərə verdiyi müsahibəsində Alyoxin təəsüratlarını belə bölüşüb:
“SSRİ-də hər şeyin mifləşdirildiyi kimi, Kubada da belə bir ənənə yaranıb. Necə ki, Raul Kapabalankanı mifləşdirərək, “məğlubedilməz” etmişdilər.
Heç kim qarşısındakının gücünə bələd olmadan özünü məğlubedilməz saymamalıdır...”
Alyoxinin bu açıqlaması SSRİ-də böyük səs-küyə səbəb olub. SSRİ-nin ədliyyə komissarı Nikolay Krılenko isə Alyoxin haqqında öz sərt fikirlərini gizlətməyib:
“Alyoxinin bu müsahibəsindən sonra bizim onunla heç bir xoş münasibətimiz ola bilməz. O, bizim düşmənimizdir və biz onu düşmənimiz kimi islah etməliyik...”
1937-ci ildə Alyoxin dünyanın şahmat tacına ikinci dəfə sahib olub, o, hollandiyalı şahmatşı Maks Eyveyə böyük xal hesabı ilə qalib gələrək yenidən dünya çempionu olub.
Növbəti dünya çempionatında mövcud şrtlərə görə Alyoxinin SSRİ şahmatşısı Mixail Botvinniklə görüşməsi planlaşdırılıb. 23 mart 1946-cı ildə FİDE növbəti dünya çempionatanın keçirilməsinin əsas şərtlərini rəsmiləşdirib. Səhərisi gün isə yuxarıda qeyd etdiyimiz kimi, Alyoxin Portuqaliyada mehmanxanada vəfat edib.
Alyoxinin müəmmalı ölümü kifayət qədər səs-küyə səbəb olub, qalmaqal yaradıb. Bəzi versiyalara görə, şahmatçı SSRİ-nin xüsusi xidmət orqanları əməkdaşları tərəfindən zəhərlənib.
53 yaşında dünyasını dəyişən Aleksandr Alyoxin Portuqaliyada dəfn olunub. 1956-cı ildə SSRİ tərəfindən Alyoxinin Novodeviçye qəbirstanlığında, doğmalarının yanında yenidən dəfn olunması təklifi səslənib.
Ancaq şahmatşının ikinci həyat yoldaşı Qreys Alyoxina bu təklifə razılıq verməyib. Onun istəyi ilə Aleksandr Alyoxin daha çox yaşadığı Fransada ikinci dəfə dəfn edilib.
Onun məzarüstü daşının üzərinə bu sözlər yazılıb: “Rusiya və Fransanın şahmat dahisi”.
Aleksandr Alyoxin yeganə dünya çempionu olub ki, bu titulu daşıyarkən vəfat edib.
İlham Cəmiloğlu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtda 3 yaşlı uşağın ölümü ilə əlaqədar ekspertizanın rəyi açıqlandı

    Sumqayıtda 3 yaşlı uşağın ölümü ilə əlaqədar ...

    5-07-2016, 16:07

  • 
  • Rasim Əliyevin ölüm səbəbi bilindi - Ekspertizanın rəyi açıqlandı

    Rasim Əliyevin ölüm səbəbi bilindi - ...

    4-11-2015, 19:38

  • 
  • 74 yaşlı qadının müəmmalı ölümü

    74 yaşlı qadının müəmmalı ölümü ...

    5-02-2015, 00:45

  • 
  • Lənkəranda aptekdə ölən kişi ilə bağlı yeni TƏFƏRRÜAT - YENİLƏNİB

    Lənkəranda aptekdə ölən kişi ilə bağlı yeni ...

    27-07-2017, 13:43

  • 
  • Xırdalandakı partlayışda ölən şəxsin kimliyi bilindi

    Xırdalandakı partlayışda ölən şəxsin kimliyi ...

    26-01-2021, 09:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu