GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Amnesty International” Tofiq Yaqublunun azad edilməsinə çağırıb

“Amnesty International” Tofiq Yaqublunun azad edilməsinə çağırıb

Tarix: 12-03-2025, 23:44 Bölmə :Cəmiyyət Baxış: 231

Amnesty International” təşkilatı Azərbaycan hakimiyyətini müxalif siyasətçi Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməyə, fəallara qarşı “amansız təqiblərə” son qoymağa çağırıb.


“Tofiq Yaqublunun məhkum olunması Azərbaycanda hökuməti tənqid etməyə cəsarət edənləri susdurmaq üçün davam edən kampaniyanın daha bir acınacaqlı mərhələsidir”, – “Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib.

Strazers Yaqublunun siyasi motivli ittihamlarla mühakiməsinin ədalətli məhkəmə prosesi ilə bağlı narahatlıqlarla yadda qaldığını əlavə edib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

2023-cü ilin dekabrın 14-də həbs edilən müxalif siyasətçi Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (saxta sənəd hazırlama, istifadə etmə) olunurdu.

O, məhkəmədə son sözündə qeyd edib ki, həbsinin səbəbi siyasi fəaliyyəti ilə bağlıdır.

“Məqsədləri çox aydın və sadədir. Siyasi fəaliyyətimdən əl çəkməyimi və bu oğru, cinayətkar və qeyri-legitim hakimiyyəti ifşa etməyi dayandırmağımı istəyirlər. Dayandırmayacam!”, Yaqublu deyib.

Yaqublunun həbsi Azərbaycanda 2023-cü ilin sonundan başlayaraq çoxsaylı jurnalistlərin və fəalların həbsləri fonunda baş verib. Yerli və beynəlxalq insan hüquqları təşkilatları bu təqibləri “misli görünməmiş repressiya” kimi xarakterizə edib.

“Bu, təcrid olunmuş hal deyil, Azərbaycanda siyasi müxalifətə, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı sistematik təzyiqlərin bir hissəsidir. Ölkə hakimiyyəti dərhal və qeyd-şərtsiz Tofiq Yaqublunu azad etməli və dinc fəallara qarşı amansız təqiblərə son qoymalıdır”, Mari Strazers bildirib.

“Amnesty International” vurğulayıb ki, geosiyasi və iqtisadi maraqlar naminə Azərbaycanın repressiyalarına uzun müddətdir dözümlülk göstərən beynəlxalq ictimaiyyət bu insan hüquqları pozuntularına qarşı qəti və prinsipial mövqe nümayiş etdirməlidir.

Tofiq Yaqublu bundan əvvəl 2020-ci ilin martında saxlanılıb, sentyabr ayında cinayət ittihamı ilə dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib. Yaqublu bu qərarla bağlı aclıq aksiyasına başlayıb və sentyabrın 18-də məhkəmə qətimkan tədbirini dəyişdirərək onu ev dustaqlığına buraxıb.

Dəfələrlə inzibati həbs cəzalarına məhkum edilən Tofiq Yaqublu, həmçinin 2013-cü ildə İsmayıllı hadisələrindən bir gün sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bügünədək Yaqublunun şikayətləri üzrə müxtəlif illərdə çıxardığı bir neçə qərarında onun azadlıqdan məhrum edilməsini qanunsuz hesab edib, siyasətçiyə münasibətdə ədalətli məhkəmə hüququnun pozuntusunu tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Ancaq yerli hüquq müdafiə təşkilatları hazırda siyasi motivli əsaslarla həbsdə edilən 350-dən artıq şəxsin olduğunu vurğulayır./amerikaninsesi.org/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb

    Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb ...

    20-04-2020, 21:57

  • 
  • Avropa Məhkəməsi Tofiq Yaqublunun azad edilməsi barədə qərar verdi

    Avropa Məhkəməsi Tofiq Yaqublunun azad edilməsi ...

    5-11-2015, 19:01

  • 
  • Amnesty İnternational: Seçkilər repressiyalar fonunda keçir

    Amnesty İnternational: Seçkilər repressiyalar ...

    8-10-2013, 22:07

  • 
  • Amnesty International: Azərbaycan hakimiyyəti İlqar Məmmədovun barəsində hökmü tamamilə ləğv etməlidir

    Amnesty International: Azərbaycan hakimiyyəti ...

    14-08-2018, 15:42

  • 
  • Human Rights Watch: Tofiq Yaqublu həbsdən azad edilməlidir

    Human Rights Watch: Tofiq Yaqublu həbsdən azad ...

    21-05-2020, 16:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu