GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Prosedurdan sonra mənə dedilər ki, o həkim yox, bərbərdir” - ŞİKAYƏT

“Prosedurdan sonra mənə dedilər ki, o həkim yox, bərbərdir” - ŞİKAYƏT

Tarix: 2-05-2025, 19:03 Bölmə :Cəmiyyət Baxış: 140

bitmap-img6


Bakıda qadın etdiyi estetik prosedurdan sonra üzünün pis vəziyyətə düşdüyünü deyir.  

GUNDEMXEBER.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. “Qafqazinfo” həmin qadını taparaq problemi ilə maraqlanıb. 
Çimnaz Nəhmədova açıqlamasında bildirib ki, prosedur üçün “SG Estetik Mərkəzi”nin kosmetoloqu Əmrah Mehdiyevə “MayoMed” klinikasında müraciət edib. Qadının sözlərinə görə, adıçəkilən həkimin yanlış müalicəsi və uğursuz proseduru səhhətinə ziyan vurub: “Əslində, o həkimi 3 ildir, izləyirdim. Əl işlərini bəyənirdim, öz instaqram hesabında tək diqqətimi çəkən şərh bölməsini bağlı saxlaması olub. Ancaq aprelin 30-u dərialtı çapıqların təmizlənməsi prosedurunu etdirmək üçün yanına getdim. Ona ağrıya qarşı çox həssas olduğumu dedim. Ancaq həkim heç bir ağrının olmayacağını bildirərək prosesə başladı. Lakin mənim həmin anda vəziyyətim pisləşdi, prosedur yarımçıq qaldı. Bu prosesi etdikdən sonra tanışlarım dedi ki, o həkim yox, bərbərdir”. 

Şikayətçi, həmçinin qeyd edib ki, bu proses üçün həkimə ümumilikdə 1045 manat ödəniş edib: “Mənə əvvəl məbləği aşağı demişdi. Sonra dəyişdi, nəticədə 1045 manat ödəniş elədim. Hətta ödənişin kartına göndərilməsini istəyərək terminalın işləmədiyini bildirdi. Ödənişə dair qəbzlər məndə mövcuddur. Hazırda üzüm iltihablı və şişkindir, yaşayacağım belə bəlli deyil. Mən üzümü əvvəlki vəziyyətinə qaytarmaq üçün ödənişi geri tələb edirəm. Başqa insanlar da görməlidir ki, onların başına da bu hal gəlməsin”. 

Fotoda: Əmrah Mehdiyev

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Əmrah Mehdiyevlə əlaqə saxladıq. Kosmetoloq saytımıza açıqlamasında iddiaları təkzib edib: “Biz bu məsələni hüquqi müstəvidə həll edəcəyik. Həmin xanım klinikamızda iki dəfə olub. İlk dəfə gəldikdə biz onu uzaqlaşdırmışdıq. İkinci dəfə gəldi, indi də belə problemlə üzləşirik. Dedikləri əsassızdır və bu, sadəcə şər-böhtandır. Müalicənin isə dərhal effekt verməsi təbii ki, qeyri-mümkündür.

Otaqda kamera var. Onun dediklərini sübut kimi təqdim edə bilərik. Prosedura başlamazdan əvvəl ağrıya həssas olduğu üçün bütün tibbi hazırlığı gördük. Bərbər işləmək məsələsinə gəldikdə isə həmin peşə sahiblərinə hörmət edirəm. Ancaq mənim öz sənətim var, bu iddialarda heç bir əsas yoxdur”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, istənilən həkimdən şikayət edilməsi mexanizmi üçün şikayətçinin rəsmi müraciəti daxil olmalıdır: “Şikayətçi həmin klinika (həkimlə) ilə münasibətləri təsdiqedici sənədlərlə birgə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət edərək göndərməlidir. Yalnız bu halda işçi qrupu tərəfindən araşdırma aparılır və ehtiyac yarandıqda plandankənar yoxlama açılır”.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Mühafizəyə tapşırdı ki, gəlin bu qadını atın çölə" - GİLEY

    "Mühafizəyə tapşırdı ki, gəlin bu qadını ...

    31-05-2021, 14:18

  • 
  • “Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB - Estetik əməliyyatın növbəti QURBANI

    “Yasamal Hospital”ın baş həkimi daha bir qadını ...

    4-10-2024, 23:03

  • 
  • Sumqayıtda pul verə bilməyən hamilə qadını xəstəxanadan qovdular

    Sumqayıtda pul verə bilməyən hamilə qadını ...

    31-07-2013, 13:06

  • 
  • “İzmir“ klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT

    “İzmir“ klinikasında pasiyenti bu hala saldılar - ...

    30-04-2025, 17:52

  • 
  • Bakıda həkim ondan şikayətçi olan xəstəni maşını ilə sürüdü - VİDEO

    Bakıda həkim ondan şikayətçi olan xəstəni maşını ...

    16-05-2021, 18:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu