GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rəşad Dağlı ilə həbsxanada görüşən dostundan şok sözlər: Xeyli arıqlayıb, saçları daha da ağarıb...

Rəşad Dağlı ilə həbsxanada görüşən dostundan şok sözlər: Xeyli arıqlayıb, saçları daha da ağarıb...

Tarix: 8-05-2025, 16:26 Bölmə :Cəmiyyət Baxış: 108

Bu günlərdə 11-ci “kolon”da cəza çəkən bir dostumu ziyarət etməyə getmişdim.

Orada təsadüfən qarşıma çıxan bir nəfər məni illər əvvələ - meyxana meydanlarının qızğın çağlarına apardı. Keçmişə səyahət etdirən adam Rəşad Dağlı idi.

Artıq iki ildir ki, buranın sakinidir o da. Səbəbi də hamıya məlumdur - meyxana aləminin tanınmış siması qonşusunu qətlə yetirdiyinə görə zindandadır. Ona 9 il 6 ay həbs cəzası kəsilib. Bir vaxtlar “40 yaşımda sənətdən gedəcəyəm” deyən meyxanaçının həmin yaşda həbsdə ola biləcəyi, bəlkə də, heç ağlının ucundan keçməmişdi.

Tanımaq çətin idi… Üstündən cəmi iki il yarım vaxt keçib, amma əvvəlki illərdə gördüyümüz Rəşaddan, demək olar, əsər-əlamət qalmayıb. Xeyli arıqlayıb, saçları daha da ağarıb. Susqun, ciddi... Əvvəlkindən bir az da çox.
- Şair, Allah qapını açsın!
- Çox sağ olun, Allah köməyiniz olsun!
Aramızda belə bir qısa dialoq keçdi. Yanına gələn vardı.
Məhkumlarla söhbətdə öyrəndim ki, Rəşad Dağlı cəzaçəkmə müəssisəsində idmana başlayıb, çəki itirməsinin səbəbi də bu imiş.
Deyirlər, çox adamla qaynayıb-qarışmır. Əsasən, kamerada olur. Sakit, tək…

Söhbət əsnasında soruşdum ki, Rəşadın yanına həmkarlarından ən çox kimlər gəlir? Dedilər ki, daha çox Orxan Lökbatanlı və Ruslan Müşfiqabad gəlir. Hə, bir də Mehman Əhmədli. Bu an xatırlayıram ki, məhkəmə dövründə də adıçəkilənlər hər prosesdə iştirak edirdilər.

“Bəs Balaəli?”, - deyə maraqlandım. Öyrəndim ki, Balaəli ilə Pərviz Bülbülə əvvəllər daha çox görünürdü. Ya da, bəlkə, mənim həmsöhbət olduğum məhkum onu əvvəllər daha tez-tez görürmüş.

“Zon”un divarları arasında təkcə şair Rəşad Dağlının adı hallanmır. Bura bir zamanlar kreslo sahibi olan məmurların da son dayanacağına çevrilib. Məsələn, bir vaxtlar tədbirlərdəki şeirləri, sonradan maralları ilə də məşhur olan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov, Cəlilabadın keçmiş rəhbəri Namiq Zeynalov da indi eyni dəmir qapıların arxasında günlərini sayırlar. Həyatın enişli-yoxuşlu yolları onları da bura gətirib.

Təəssüf ki, keçmiş vəzifə sahiblərinin “içəri”dəki həyatı ilə az da olsa, maraqlanmağa zamanım yetmədi…

Axşamüstü saat 5-dir, görüş vaxtı bitir. Dostumu, Rəşad Dağlını, səssiz həyatı orada qoyub çıxdım.

Çıxanda ürəyimdə də, dilimdə də eyni dua idi: “Allah hamınızın qapınızı açsın!” /Qafqazinfo/




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ölümə səbəb hansı meyxana olub? - VİDEO

    Ölümə səbəb hansı meyxana olub? - VİDEO ...

    10-11-2022, 12:42

  • 
  • Rəşad Dağlını toyda vurmaq istədilər — VİDEO

    Rəşad Dağlını toyda vurmaq istədilər — VİDEO ...

    21-09-2015, 21:34

  • 
  • Aygün Kazımova əməliyyatdan sonra arıqlayıb tanınma hala düşdü (FOTO)

    Aygün Kazımova əməliyyatdan sonra arıqlayıb ...

    15-03-2018, 19:08

  • 
  • Aygün Kazımova arıqlayıb inanılmaz hala düşdü - FOTO

    Aygün Kazımova arıqlayıb inanılmaz hala düşdü - ...

    16-10-2014, 16:52

  • 
  • Vəkilinə Rəşad Dağlı ilə görüşməyə icazə verilmir - AÇIQLAMA

    Vəkilinə Rəşad Dağlı ilə görüşməyə icazə verilmir ...

    10-11-2022, 17:22


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (226)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu