İcması rəhbərliklərinə öz minnətdarlığını və rəhbəri olduğu kollektivin dərin təşəkkürünü də çatdırıb.
Raqub Kamal çıxışı zamanı tədbir iştirakçılarına qəzetin 14 illik fəaliyyəti haqqında da geniş məlumat verib və qeyd edib ki, bu mətbu nəşr öz fəaliyyətini bundan sonra daha mükəmməl şəkildə davam etdirəcək. Elə buna görədir ki, redaksiya kollektivi ilə birlikdə keçirəcəkləri növbəti tədbirə – “Dərələyəz”-in 15 illik yubileyinə ciddi hazırlaşırlar.
Baş redaktor onu da bildirib ki, “Dərələyəz” qəzetinin kollektivi həmişə Qərbi Azərbaycana Qayıdış ideyasına sadiq qalaraq, həmyerlilərinin ana Vətənə dönüş arzusunu əsas ideyasına çevirib. Dərələyəz mahalının tarixini, mədəniyyətini, tanınmış şəxsiyyətlərinin həyat və fəaliyyətlərini öz maraqlı yazılarıyla ictimai yaddaşlarda yaratmaq istiqamətində yorulmadan mübarizə aparıb.
Dərələyəz mahalının Keşkənd üzrə İcmasının sədr müavini, tanınmış iş adamı Məhəmməd Rəsuloğlu, “Şərur — Dərələyəz qəzasının kameral təsviri” kitabının müəllifi, tədqiqatçı alim Nazir Əhmədli, BDM-in Mədəniyyət Departamentinin rəhbəri, Keşkənd — Amağu İcmasının sədri Elmira Hüseynova, sabiq polkovnik, tədqiqatçı Kamil Dərələyəzli, əslən Ardaraz kəndindən olan BDU-nun baş müəllimi Sona Çərkəz, Paşalı rayonunun Herher kəndindən olan və uzun illər Elitar Gimnaziyada direķtor vəzifəsində işləyən Əməkdar müəllim Sevda Quliyeva, qəzetin Redaksiya Heyətinin üzvləri Elbəyi Qənbərov, Mehdi Mehdiyev…tədbirdəki çıxışları zamanı, “Dərələyəz” qəzetinin milli dəyərlərimizin qorunmasındakı roluyla bərabər, Qərbi Azərbaycan naminə gördüyü işləri də yüksək qiymətləndiriblər. Onlar həmçinin Qərbi Azərbaycana Qayıdış ideyasının reallaşmasında bu cür media orqanlarının olmasının vacibliyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, belə bir qəzetin fəaliyyəti regionun tarixi yaddaşının yaşadılması, maddi-mədəni irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində bu qəzetin apardığı maarifləndirici işlər isə əvəzsiz və ictimai şüurun formalaşmasında xüsusi rola malik olub.
Tədbirin sonunda Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev və Qərbi Azərbaycan İcmasının Paşalı rayonunun Terp kəndi üzrə İcmasının sədri Ceyhunə Şirəliyeva tərəfindən iştirakçılara, o cümlədən Raqub Kamala Ulu Öndərin şəkli əks olunan xüsusi suvenirlər təqdim olunub. Bundan sonra isə Elmira Hüseynovanın “Dərələyəz” qəzetinin 14 yaşı münasibətilə hazırladığı tort kəsilib. Tədbir başa çatanda iştirakçılar xatirə şəkli çəkdiriblər.
Sorğu
Yeni dizaynımız necədir?