Ermənistanda İrəvan yaxınlığında zəlzələ qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, Ermənistan FHN-dən bildirirlər ki, çərşənbə axşamı gecə saatlarında 2,6 bal gücündə zəlzələ Yexeqnadzor (Dərələyəz) şəhərindən 10 kilometr cənub-şərqdə baş verib.
“Episentrdə zəlzələnin gücü 3 bal olub. Yeraltı təkan 10 kilometr dərində baş verib. Zəlzələ Yexeqnadzor (Dərələyəz) şəhərində və ona yaxın qəsəbələrdə hiss edilib”- deyə FHN-dən bildirirlər.
Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?