GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir

“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir

Tarix: 21-05-2025, 12:44 Bölmə :Cəmiyyət Baxış: 164

Bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun oğlu da işdən çıxarılıb.


Gundemxeber.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, S.Səmədovun oğlu Kamran Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirib. O, müvafiq əmrlə işdən azad edilib.

Bəs “Georgi lenti” taxmağın hüquqi məsuliyyəti varmı?

NATİQ.jpg (75 KB)

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Georgi lenti” və ya digər simvolikaya dair xüsusi bənd yoxdur:

“Lakin bu, belə halların tamamilə hüquq boşluğunda qalması demək deyil. Birincisi, “Georgi lenti” imperiya ruhunun rəmzidir. Saleh Səmədovun sinəsinə taxdığı “Georgi lenti” təkcə onun deyil, ətrafına yığışanların da yaddaş və kimlik böhranıdır. Bu fakt artıq fərdi məsələ deyil. Bu, post-sovet nostaljisinə və Rusiya imperializminin simvollarına göstərilən təhlükəli tolerantlığın nəticəsidir.

“Georgi lenti” Rusiya imperiyasının hərbi ordeni ilə bağlıdır. Lentin ilk versiyası 1769-cu ildə II Yekaterinanın fərmanı ilə yaradılmış “Georgi ordeni”nin bir hissəsi kimi təqdim olunmuşdu. Sonradan bu lent SSRİ-də “Zəfər simvolu” kimi təqdim olunsa da, bu gün Putin Rusiyası bu lenti Qələbə günü yox, müasir rus ekspansionizminin, xüsusilə də Ukraynada işğalın simvolu kimi istifadə edir.

Hamımız şahidik ki, Krımı zəbt edən Rusiya əsgərlərinin sinəsini “Georgi lenti” bəzəyir. Donetsk və Luqansk separatçıları öz bayraqlarına bu lentin rənglərini daxil ediblər. Ukraynada bu lent qadağandır. Avropa İttifaqı və NATO ölkələrinin əksəriyyəti onu Rusiya imperializminin rəmzi kimi tanıyır”.

N. Ələsgərov bildirib ki, Azərbaycan Respublikası qanunlarında “Georgi lenti” ifadəsi birbaşa keçmir. Lakin Konstitusiya və “İctimai asayişin qorunması haqqında” qanunlar bu tip rəmzlərin istifadəsinə dolayısı qadağalar qoyur:

“Azərbaycan Konstitusiyanın 7-ci maddəsində deyilir: Azərbaycan dövləti dünyəvi, hüquqi və unitar dövlətdir. Onun ərazi bütövlüyü və suverenliyi şübhə altına alına bilməz. Konstitusiyamızın 12-ci maddəsində isə deyilir: Dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaqdır.

“İctimai tədbirlərin keçirilməsi qaydaları haqqında” qanuna əsasən, ictimai tədbirlərdə yalnız Azərbaycan dövlət atributlarından istifadə edilməlidir. Başqa bir dövlətin, xüsusən də Azərbaycanın ərazi bütövlüyünə və milli maraqlarına tarixi zərbə vurmuş bir imperiyanın rəmzini sinəyə taxmaq sadəcə nadanlıq deyil, bu, məsuliyyətsizliyin və potensial təhlükənin açıq təzahürüdür”.

Natiq Ələsgərovun sözlərinə görə, İmişlidə baş verənlər göstərdi ki, simvolika sadəcə detal deyil:

“Burada günah tək bir şəxsin üzərinə yüklənməməlidir. Bu, siyasi savadsızlığın göstəricisidir. Azərbaycan cəmiyyəti son 30 ildə qırılmış qürurunu Qarabağ zəfəri ilə bərpa edib. Biz Zəfərimizi öz bayrağımızla, şəhidlərimizlə, igidlərimizlə qazandıq.

“Georgi lenti” isə bu xalqın nə acılarını bölüşüb, nə uğurlarında iştirak edib. Əksinə, o lent bizə 20 Yanvarda rus tanklarını, Xocalının fəryadını xatırladır. Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir. Bələdiyyə, rayon, kənd səviyyəsində tədbirlər idarəsiz qalmamalıdır. Təcili şəkildə siyasi simvolikaya dair maarifləndirmə aparılmalıdır. Ən önəmlisi, bu lenti taxan tək bir adam deyil, o lentə göz yuman hər kəs bu məsuliyyəti daşıyır.

Üçrəngli bayrağın kölgəsində yaşayan millət heç vaxt başqa bayrağın altında boynunu əyməməlidir!”

Qeyd edək ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə Saleh Səmədovun SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb. Onun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb. S.Səmədovun çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olması barədə də məlumatlar yayılıb.

“Bizə desəydilər, əlbəttə ki, belə bir tədbirin keçirilməsinə icazə verməzdik. Adətən tədbir keçirəndə deyirdilər, bu dəfə bizdən heç kimə deməyiblər”.

Bunu “Unikal”a açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev İmişlidə SSRİ bayrağı ilə bağlı davam edən müzakirələr fonunda deyib.

Deputatın sözlərinə görə, “Georgi lenti”ni həmin tədbirə rus əsilli bir şəxs aparıb:

“Dima adlı şəxs gedib “Georgi lenti” verib, SSRİ bayrağını tapıblar və s. Bəlkə Dima deyil, Sergeydir, səhv etməyim. Bizim işçilərin həmin tədbirdəki davranışları savadsızlıqdandır. Onun nə lenti olduğunu soruşsan, bilmirlər. Heç soruşmayıblar ki, sən kimsən, bu lent nədir? Gərək orada deyərdilər ki, nə edirik bu lenti? Azərbaycanın üçrəngli bayrağı var, Şuşada da, Xankəndidə də dalğalanır.

Hər halda burada kimsə maraqlı tərəf olub. Bəlkə də bu işdə kiminsə əli olub, bunu ediblərsə də Salehə qarşı ediblər. O hadisədən sonra Salehi görməmişəm. Deyərdim ki, Saleh bəlkə də təvazökarlığından, utandığından üzə də çıxmır ki, görünsün. İnsandır da, başına gələn başmaqçı olur. Ona görə də çalışırıq ki, belə şeylər təkrarlanmasın”.

Eldar Quliyev tədbirdəki imperializm rəmzlərinin görünməsinin təxribat olub-olmadığı ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Biz rayonlarda illik hesabat keçiririk. Əməkdaşlarımızdan xahiş etdik ki, informasiya versinlər ki, bir qədər ayıq olmaq lazımdır. Yəni belə provokasiyaların qarşısını vaxtında almaq olsun. Bizi istəyənlər də var, istəməyənlər isə daha çoxdur. Cənab Prezident məhz buna görə 9 may paradına Şuşanı azad edən “Yaşma”nın qəhrəmanlarını göndərdi. Paşinyana da göstərdi ki, Şuşanı alan bu igid oğullardır”.

Deputat İmişlidə Ağsaqqallar Şurasının binasının onun olması ilə bağlı yayılan məlumatlara belə reaksiya verib:

“İmişlidə Ağsaqqallar Şurasının binası var, biz ora kirayə gəlmişik. Guya ki, o bina mənimdir. Mənim orada heç evim də yoxdur. Kimi maraqlandırırsa, mən deyim, gedib baxsınlar ki, kim ilə müqavilə bağlanıb və kimə kirayə verilib. Onların binası yox idi. Biz gedib yer tapdıq, onu təmir etdik”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni sədr də “Georgi lenti” taxıbmış... - Foto

    Yeni sədr də “Georgi lenti” taxıbmış... - Foto ...

    14-05-2025, 23:28

  • 
  • İşin içindən FƏRZƏLİ QƏDİROV ÇIXDI... - təhsildəki RUSBAŞLILAR...

    İşin içindən FƏRZƏLİ QƏDİROV ÇIXDI... - ...

    7-05-2022, 10:57

  • 
  • İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan qovula bilər

    İmişlidə rus simvollarını təbliğ edən şəxs ...

    15-05-2025, 11:41

  • 
  • Prezident Xaçmaz və Xızıda açılışlar edib

    Prezident Xaçmaz və Xızıda açılışlar edib ...

    4-05-2018, 16:08

  • 
  • Gürcüstanda baş nazir də qadın ola bilər

    Gürcüstanda baş nazir də qadın ola bilər ...

    19-08-2019, 14:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu