GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıdan İqdıra, İqdırdan İrəvana: Tarixi həqiqətlərin işığında

Bakıdan İqdıra, İqdırdan İrəvana: Tarixi həqiqətlərin işığında

Tarix: 22-05-2025, 15:36 Bölmə :Cəmiyyət Baxış: 220

2025-ci il mayın 21-də Beynəlxalq Diaspora Mərkəzinin (BDM) ofisində BDM, Qərbi Azərbaycan Dərələyəz İcması və Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) birgə təşkilatçılığı ilə “Tarixi həqiqətlərə dəstək və erməni iddialarına qarşı birlik” mövzusunda tədbir keçirildi.

Tədbirdə BDM sədri İsmayıl Ağayev, ASİMDER başqanı Göksəl Gülbəy, ASİMDER başqanı köməkçisi və eyni zamanda AK Parti İğdır İl Başkan Yardımcısı Erdal Vural, İstisu İcmasının sədri Alı Safolu (Alıyev), Kotanlı rayon icmasının sədri Əbülfəz müəllim, Keşkənd-Amağu icmasının sədri Elmira xanım Hüseynova, Terp İcmasının sədri Ceyhunə xanım Şirəliyeva, Əbil kənd icmasının sədri Zeynal Məmmədov və digər qonaqlar, eləcə də mətbuat nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev əvvəlcə iştirakçıları salamladı və Vətən torpaqlarımızın azadlığı uğrunda Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Türkiyə Respublikasının PKK terror təşkilatı ilə mübarizəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.

Daha sonra İsmayıl Ağayev Beynəlxalq Diaspora Mərkəzinin, Dərələyəz və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, həmçinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası haqqında ətraflı məlumat verdi. O, Türkiyədən gəlmiş dəyərli qonaqlarla, xüsusilə ASİMDER və AK Partinin müxtəlif il başqanları ilə uzun illər ərzində birgə təşkil edilən tədbirlərdən bəhs etdi. ASİMDER başqan köməkçisi və AK Parti İğdır İl Başkan köməkçisi Erdal Vuralı xüsusi olaraq salamladı və ona təşəkkürünü bildirdi. Ağayev çıxışı zamanı Azərbaycan və Türkiyə arasında diasporalararası əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğuladı. O, həmçinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsində birgə fəaliyyətin əhəmiyyətini xüsusi qeyd etdi. Ağayev çıxışında bildirdi ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yalnız siyasi və ya tarixi bir məsələ deyil, bütöv bir xalqın milli kimliyini, tarixi yaddaşını və ata-baba yurduna bağlılığını qorumaq naminə ortaq və strateji yanaşma tələb edən müqəddəs bir missiyadır.

Göksəl Gülbəy çıxışında Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək, bu münasibətlərin diasporalar səviyyəsində də gücləndirilməsinin vacibliyini vurğuladı. O, Beynəlxalq Diaspora Mərkəzi ilə ASİMDER təşkilatının illər boyu apardığı birgə fəaliyyətin önəmini qeyd edərək bildirdi ki, həm Azərbaycanda, həm də Türkiyənin müxtəlif şəhərlərində, eləcə də Avropanın bir çox ölkəsində keçirilən tədbirlər zamanı erməni yalanlarının ifşa olunması, tarixi həqiqətlərin dünyaya çatdırılması üçün yorulmadan mübarizə aparılmışdır. Göksəl bəy çıxışında xüsusi olaraq vurğuladı ki, o illərdə biz Qarabağın işğalı, erməni vandalizmi və bu ədalətsizliyə qarşı səssiz qalan beynəlxalq ictimaiyyət barədə danışırdıqsa, bu gün artıq Azərbaycan xalqının, ordusunun və dövlətinin birliyi nəticəsində baş vermiş 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm zəfərdən, azad edilmiş torpaqlardan və ermənisiz Qarabağdan böyük iftixarla danışırıq. O, bu qələbənin yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün strateji əhəmiyyət daşıdığını və bu mübarizənin uğurla davam etməsi üçün həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.

Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İstisu İcmasının sədri Alı Safolu (Alıyev) çıxışında Qərbi Azərbaycanın yer adları, toponimləri və onların tarixi əhəmiyyətindən danışdı.

Kotanlı rayon icmasının sədri Əbülfəz müəllim çıxışında Azərbaycan–Türkiyə münasibətlərinin tarixi köklərindən və Qərbi Azərbaycanda müəllim işlədiyi dövrdə ermənilər tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasətindən bəhs etdi. O, Qayıdış Konsepsiyasına əsaslanaraq inşallah Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdacağına inamını ifadə etdi.

BDM-in Mədəniyyət Departamentinin rəhbəri, Keşkənd-Amağu icmasının sədri Elmira xanım Hüseynova iştirakçıları və qonaqları salamlayaraq Dərələyəz bölgəsinin mətbəxindən danışdı. O, Dərələyəz mətbəxindən hazırladığı təamları qonaqlara təqdim etdi və Azərbaycan–Türkiyə qardaşlığına həsr etdiyi şeirini səsləndirdi.

Terp İcmasının sədri Ceyhunə xanım Şirəliyeva çıxışında Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi layihələr, deportasiya olunmuş soydaşlarımızın haqq səsinin beynəlxalq platformalarda çatdırılması istiqamətində görülən işlər və Terp icmasının bu ümummilli missiyadakı fəal rolu barədə ətraflı məlumat verdi. O, xüsusilə Terp kəndinin tarixi, mədəniyyəti və erməni təcavüzü nəticəsində üzləşdiyi acı taleyi diqqətə çatdıraraq, icma üzvlərinin təşkilatlanması, tarixi yaddaşın qorunması və Qayıdış Konsepsiyasının reallaşmasına töhfə vermək istiqamətində gördükləri işləri tədbir iştirakçıları ilə bölüşdü.

Əbil kənd icmasının sədri Zeynal Məmmədov çıxışında bütün türk dünyasının birgə mübarizəsinin vacibliyindən və bu mübarizənin nəticəsi olaraq Qərbi Azərbaycana qayıdışın mümkünlüyündən danışdı. O, cənab Prezidentin ətrafında sıx birləşərək bu tarixi hədəfə çatmağın vacibliyini qeyd etdi.

BDM-in Hərbi-Vətənpərvərlik Departamentinin rəhbəri Tofiq Həsənovun hazırladığı suvenir eksponatlar – türk birliyinə çağırış və üzərində Ulu Öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin şəkilləri olan hədiyyələr tədbir iştirakçılarına təqdim olundu.

Tədbirin sonunda qonaqlara İrəvan xanlığının bayrağı hədiyyə edildi. Eyni zamanda qərara alındı ki, 2025-ci il iyunun 19-da İğdır şəhərində Zəngəzur mövzusunda böyük bir beynəlxalq konfrans keçirilsin. Bu tədbirdə Beynəlxalq Diaspora Mərkəzi, Qərbi Azərbaycan İcması və Dərələyəz icmasının üzvlərinin iştirakı vacib sayıldı

Sonda Elmira xanımın hazırladığı Dərələyəz mahalına məxsus yeməklər və şirniyyatlar – İrəvan kətəsi, qovud, sulu ərişdə qonaqlara təqdim olundu və tədbirin xatirəsinə ümumi şəkil çəkildi.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev Türkiyədə səfərdədir

    Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl ...

    1-12-2016, 20:02

  • 
  • İsmayil Ağayev dindiriləcək

    İsmayil Ağayev dindiriləcək ...

    30-11-2012, 22:00

  • 
  • Qarabağ İcmasının yeni sədri kimdir? - DOSYE

    Qarabağ İcmasının yeni sədri kimdir? - DOSYE ...

    20-12-2018, 14:44

  • 
  • Deputatlığa namizədə ŞOK İTTİHAM: BDM sədri adam şərləyib tutdurub - Ermənilərə qarşı sona qədər vuruşan şəxsi necə şərləyiblər...

    Deputatlığa namizədə ŞOK İTTİHAM: BDM sədri adam ...

    5-10-2015, 21:46

  • 
  • Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Sankt-Peterburqda yaşayan soydaşlarımıza və Sankt-Peterburq ictimaiyyətinə

    Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ...

    16-05-2016, 19:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu