Gülər Əhmədova işinə görə BDM sədrinində başı ağrıyır; İsmayıl Ağayevin obyektlərinin təftiş olunduğu bildirilir...
Beynəlxalq Diaspora Mərkəzinin (BDM) sədri İsmayıl Ağayevin sabiq deputat Gülər Əhmədova ilə ortaq biznesinin olduğu barədə iddialar səngimək bilmir. Bir müddət əvvəl mətbuatda gedən bu xəbəri İ.Ağayev təkzib etsə də, bundan sonra onun obyektləri, Xızıda yerləşən yanacaqdoldurma məntəqəsi artıq təftiş olunmağa başlanıb. Bu barədə Gunxeber.com-a mötəbər qaynaqdan məlumat verilib. Mənbənin sözlərinə görə, BDM sədrinin mətbuatda adının hallandırılması, onun müsahibələri heç də özünə xeyir gətirməyib. Xüsusilə, G.Əhmədova ilə biznes əlaqələrinin olması barədə yayılan xəbərlər İ.Ağayevə baha başa gəlib. Ona qarşı təzyiqlərə start verilib, obyektləri yoxlanılır. Mənbənin verdiyi ən maraqlı xəbər budur ki, İ.Ağayev istintaqa cəlb oluna və dindirilə bilər. İddiaya görə, onun bu yaxınlarda Baş Prokurorluğa çağırılacağı, G.Əhmədova işi ilə bağlı dindiriləcəyi gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?