GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir – Son sözü Üç nazirlik deyəcək! VİDEO

288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir – Son sözü Üç nazirlik deyəcək! VİDEO

Tarix: 3-06-2025, 11:35 Bölmə :Cəmiyyət Baxış: 137

288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir –
288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir – Əvvəllər “Son zəng” yaxınlaşanda şagirdlər sevinər, amma məktəb həyatına vida edəcəyinə görə bir az da kədərlənərdilər. Valideynlər isə məzun övladlarına baxar, qürrələnər, qayğılı görünər, onların orta məktəb partasından qalxıb ali məktəbə gedib-getməyəcəyinin fikrini çəkərdilər. Yəni onların bundan başqa fikri-zikri, qayğısı olmazdı.
Ancaq indi belə deyil. Valideynlər bilmirlər ki, onların hazırlıq kurslarının ödənişlərini çatdırsınlar, öz şəxsi ehtiyaclarını qarşılasınlar, yoxsa məktəblərdə “Son zəng” pulu yığılmasına görə başqalarından geri qalmasınlar, uşaqlarının gözü qarşısında xəcalətli olmasınlar. Ona görə də özlərini neçə yerə bölürlər ki, bu tələblərə cavab verə bilsinlər.
İntəhası, sonuncu tələb - “Son zəng” pulu yığılması səbri daşıran son damla olur. Çünki bu, rüşvətdir, qanunsuz təşəbbüsdür. Elm və Təhsil Nazirliyinin 2024-cü ildə məktəblərə ünvanladığı “Məktəbdə "Son zəng" tədbirlərinin təşkili ilə bağlı tövsiyə” sənədində qeyd edilir ki, tədbirlər məktəb daxilində, mənəvi və pedaqoji dəyərləri əsas tutaraq, sadə və təmtəraqsız şəkildə təşkil edilməli, bunun üçün maddi vəsait toplanmamalıdır.
Di gəl, bunu kimə deyirsən? Nazirliyin ötən il verdiyi bu qərara baxmayaraq, hələ də ona məhəl qoymayan, burda bizik Bağdadda kor xəlifə deyərək pul yığdıran məktəblər var.
Misal üçün Lökbatanda yerləşən 288 saylı orta məktəb. Sosial şəbəkələrdə məktəb direktoru Aygün Hüseynovanın səsyazısı da yayıldı, ortaya fakt qoyuldu, “Son zəng” üçün 200 manat pul istənildiyi həmin audioyazıda üzə çıxdı, amma yenə də kar eləmədi.
Hətta “Xəzər” televiziyası süjet hazırladı, məktəbin tərbiyə işləri üzrə təşkilatçısı Eynur Orucovun səsi yayımlandı, səsyazısı efirə verildi, bir daha sübut olundu ki, 288 saylı məktəbdə direktordan tutmuş qulbeçələrinə qədər “Son zəng” pulu tələb ediblər, lakin məktəb rəhbərliyi boz şəkildə “dediyim dedikdir” misalına uyğun olaraq bu faktları təkzib etməyə çalışır. Halbuki Elnur Orucov etiraf edir ki, belə bir müzakirə olub, müxtəlif variantlar nəzərdən keçirilib. Guya söhbət aparılıb, amma pul yığılmayıb. Kimə gəlirsiniz? Pul yığmaq barədə müzakirənin təşkili belə yolverilməz haldır.
Üstəlik, süjetdə adı açıqlanmayan valideynlərdən biri də pul yığıldığını təsdiqləyir, amma məktəb direktoru Aygün Hüseynova hamını yalançı çıxarır, bircə özü düz danışır. Direktor iddia edir ki, məktəbdə belə şey ola bilməz, guya səsyazısı yarımçıqdır.
Bəs od olmayan yerdən tüstü necə qalxıb? Niyə məhz 288 saylı məktəb? Deməli, “Son zəng” üçün pul tələb ediblər, sadəcə, məsələ ictimailəşdiyi üçün Aygün Hüseynova “cümlə xəyanətlərə bais” olmasını üzərindən atmaq istəyir.
Ümumiyyətlə, təkcə bu “Son zəng” ərəfəsində deyil, həmişə 288 saylı orta məktəbdə özbaşınalıqlar, pul yığılması halları olur, maliyyə pozuntularına yol verilir.O cümlədən maliyyə,, maxinasiya"larında direktor müavini Şəhla Mirzəyevanın adı keçir. 9 cu siniflərin atestat qiymətlərinin saxta yolla 500 manat pul dəyırində dəyişdirməsi bildirilir. Sanki bura təhsil ocağı yox, rüşvət, korrupsiya ocağıdır. Elm, bilik öyrədən bir yerin, yəni müqəddəs məkanın pul, rüşvət, yığım məntəqəsinə çevrilməsi artıq mənəvi aşınmadan, təhsil ocağının bazara çevrilməsindən xəbər verir.
Bu da Aygün Hüseynovanın rəhbərliyi altında baş tutan rüsvayçılığın mənzərəsidir – teatrın pərdəsi qalxır və səhnədə baş rolda direktor olmaqla pul yığılması ssenarisi oynanılır.
Bu da azmış kimi, məktəb direktoru Aygün Hüseynova müəllimləri təqib edir. Hətta bunun üçün sinif otaqlarına müşahidə kameraları quraşdırılıb, müəllimlər izlənilir.
Gül Qədirli; ,,məktəbin tədris məsələləri üzrə direktor müavinini – anamı gözümçıxdıya salıb, təzyiq göstərir, ona qarşı təxribatçı, çirkin oyunlar oynamağa tapşırıqlar verir. Bu da Aygün Hüseynovanın məkrli niyyətindən irəli gəlir. O, məktəbin "kraliçası” olmaq istəyir ki, hamı direktora təzim etsin, bir sözünü iki eləməsin. Lakin mənim direktor müavini olan valideynim onun özbaşınalıqlarını, idarəçilikdə yol veriyi bu neqativ halları, qanun pozuntularını qəbul etmir. Buna görə də Aygün Hüseynova 37-ci il repressiyasına bənzər üsullarla – şərləmək, təhdid etmək, hədə-qorxu gəlmək, təxribata və digər çirkin yollara əl atmaqla ona ciddi təzyiqlər göstərir.Müəllimlərə anamın iş otağına girməsini qadağan edib. Burdan ölkənin 1 ci xanımı Mehriban xanım Əliyevaya xahiş edərək müraciət edirəm: 288 saylı məktəbdə baş verən qanunsuzluqları araşdlrmaq üçün Təhsil nazirliyinə komisiyya yaradılması barədə göstəriş verilsin".


ƏLİQULU AYGÜN HÜSEYNOVANIN QULU OLMAĞI SEÇİB.
288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir –
288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir –
Bu arada, hər yerin "qulbeçələri ", köstəpəkləri olduğu kimi, 288 saylı orta məktəbin də bir çömçəqulusu var - adı Əliquludur. Bu şəxs məktəbin təsərrüfat işlərinə məsuldur. Amma özünə aid olmayan işlərə burun soxur. Adam təsərrüfat işlərinə baxır, amma məktəbin vatsap qrupunda yuyulmamış qaşıq kimi ortaya düşüb xanımlar haqda danışır. Heç Əliqulu adına yaraşan iş deyil. Amma çömçəqulu kimi özünə əl qatıb Gül Qədirli barəsində yaşına-başına yaraşmayan şərhlər verir. Adama deyərlər, axı bu mövzulardan sənə nə?! Get məktəbin təsərrüfat işlərinə bax, səliqə-sahmana, ağaca-gülə, invertarların vəziyyətinə, otaqların işıqlanmasına, tavana, döşəməyə bax, gör nə çatır, nə çatmır, şagirdlərin oturacaqları, partaları dəyişməlidir, yoxsa təmizdir? Bax, belə bir işin qulpundan yapışmalı olan Əliqulu vatsapda trolluq edir, başı çıxmayan işlərə qarışır, hələ bu azmış kimi, hədələyir ki, dövlət hər şeyi görür. Pis nümunədir ki, Əliqulunun trol kimi yazdığı rəyləri direktor özü "like" edir.

Bəli, dövlət sənin də, direktorun da fəaliyyətini görür, necə bir qərar veriləcəyini geci tezi var. Sadəcə, bineyi-qədimdən Əliqulu kimi yerini bilməz qullar, nökərlər ortalıqda gəzib. Amma Əlinin qulu olmaq böyük fəxarətdir, o adı daşıyan gərək dərin mənasını qavraya. Əliqulu isə Aygün Hüseynovanın qulu olmağı seçib. Nə deyəsən...

SOKARDAN TƏHSİLƏ UZANAN ƏLLƏR: MƏKTƏBİ KİM İDARƏ EDİR?-RÖVŞƏN NƏCƏFƏ MÜRACİƏT

Verilən məlumatlarda bildirilir ki, direktorun həyat yoldaşı Ramin Hüseynov SOKAR KOMPLES QAZMA İŞLƏRİ TRESTİNDƏ xidməti işlərindən çox məktəbdə pedoqoji fəaliyyətlə məşquldur. ( bu barədə araşdırmalarımız davam edir , xüsusi müraciətimiz olacaq ) Hesab edirik ki, SOKAR rəhbərliyi bu iddialar barədə hüquqi qiymət verərək qanuni tədbirlər görəcək...
Bu təzyiqlər dediyimiz kimi, həm də müəllimlərə yönəlib. Söhbət az əvvəl qeyd etdiyimiz kameraların siniflərdə , müəllimlər otağında quraşdırılmasından gedir. Halbuki sinif otaqlarında kameralar quraşdırılması ilə bağlı nazirliyin məktəblər qarşısında hər hansı tələbi yoxdur. Eyni zamanda, xəbərlərə görə, məktəbdəki bir sıra sənədlərdə saxta imzalar mövcuddur. Nəticə etibarı ilə ciddi maliyyə pozuntularına yol verilib. Bu azmış kimi, direktorun təlimatı əsasında məktəbdə üç əvəz kitabı var. Bu da olduqca ciddi qanun və maliyyə pozuntusudur, cinayət məsuliyyəti yaradır.
Bundan əlavə, 288 saylı orta məktəbdə altı günlük dərs sistemi olsa da, cəmi beş gün keçirilir. Həftənin 6-cı günü isə dərslər ya formal olar, ya da heç olmur. Çünki məktəbdə dərslərə davamiyyət aşağı düşür. Ümumiyyətlə, adi günlərdə də davamiyyət bərbaddır.
Xəbərlərdə o da deyilir ki, hər il bütün siniflərdən pul yığılır, təmir, fond adı altında şagird və valideynlər incidilir. Hətta bir müddət əvvəl məktəbin valideynləri bildirmişdilər ki, Aygün Hüseynova təhsil müəsissəsini idarə edə bilmir.Onların sözlərinə görə, sözügedən 288 saylı məktəbdə təlim-tərbiyə demək olar ki, sıfıra bərabərdir. Yuxarı siniflərin davamiyyəti, aşağı sinif şagirdlərinin məktəbə gəlməməsi direktorun yalnız cibini doldurur.
Dövlət hesabına məktəbə gələn təminat şagirdlərə pulla satılır, ibtidai siniflərdə müəllimlər kitab satışı ilə məşğul olur, orta sinif şagirdləri məcburi qaydada hazırlığa cəlb edilir...
Göründüyü kimi, Aygün Hüseynova erasının başa çatmasının vaxtı yetişib. Son sözü isə Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin o cümlədən Elm və Təhsil Nazirliyinin yoxlamalarının nəticələri deyəcək...Mövzunu davam etdirəcəyik..
Ardı var..
Ülkər Vəliyeva

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məktəb direktorlarının yeni “pul yığımı” üsulu

    Məktəb direktorlarının yeni “pul yığımı” üsulu ...

    8-11-2013, 12:14

  • 
  • "Son zəng"də şagirdlər arasında dava - Bıçaqlanan var

    "Son zəng"də şagirdlər arasında dava - ...

    14-06-2018, 12:56

  • 
  • Bu gün "Son zəng"dir

    Bu gün "Son zəng"dir ...

    31-05-2013, 01:22

  • 
  • Sabah Azərbaycan məktəblərində “Son zəng”dir

    Sabah Azərbaycan məktəblərində “Son zəng”dir ...

    13-06-2018, 12:53

  • 
  • Bakıda 20 minə yaxın məzun üçün "Son zəng" çalınacaq

    Bakıda 20 minə yaxın məzun üçün "Son ...

    3-06-2017, 17:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (24)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu