GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dəhşətli cinayətdə şok detal: "Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi"

Dəhşətli cinayətdə şok detal: "Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi"

Tarix: 10-06-2025, 23:10 Bölmə :Cəmiyyət Baxış: 242


Bakıda arvadının boşanmaq istəyini qəbul etməyən kişi onu küçənin ortasında yandırmaq istəyib....


Gundemxeber.Az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, cinayət səbəbindən həbs edilən 44 yaşlı T.Abışovla həyat yoldaşı Aydan (şərti) həm də bibioğlu - dayıqızıdırlar. Onların birgə nikahdan bir azyaşlı qızları var.

Qadın evlilikləri dövründə əri tərəfindən mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Ərinin hər gün içkili halda evə gəlib onu döyməsi qadını boşanmağa vadar edib. Günlərin birində Aydan qızını da götürərək evi tərk edib.

T.Abışov isə arvadının gedişini qəbul etməyib. Əvvəlcə onunla söhbət edib, boşanmaq fikrindən daşınmasını xahiş edib. Aydanın israrla ayrılacağını deməsi isə onu özündən çıxarıb. Mübahisə zəminində o, arvadının baş və sifət nahiyələrinə yumruqla zərbələr endirib.

Bir neçə gün sonra isə daha ağır cinayət hadisəsi baş verib. Bu dəfə T.Abışov şəhərin ortasında arvadına od vurub yandırmaq istəyib. O bu niyyətlə içində benzin olan qabla Aydana məxsus "Nissan" markalı avtomobilə yaxınlaşıb. Həmin vaxt həyat yoldaşının rəfiqələri də maşında olublar. Ər maşına yaxınlaşaraq digərlərinin gözü qarşısında əlindəki tezalışan mayeni Aydanın üstünə və avtomobilin salonuna töküb. Bu zaman "ya mənim olacaqsan, ya da qara torpağın" deyərək bağıran kişi alışqanı yandırmaq istəyib, lakin arxa oturacaqda əyləşən sərnişin cəld tərpənərək aləti onun əlindən alıb, nəticədə baş verə biləcək dəhşətli hadisənin qarşısı alınıb.

Hadisədən sonra T.Abışov polis əməkdaşları tərəfindən saxlanılıb, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, qəsdən sağlamlığa az zərər vurma və əmlakı qəsdən məhv etməyə cəhd maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bundan sonra cütlük boşanıb. Aydan keçmiş ərinə qarşı heç bir tələb irəli sürməsə də, onu bağışlamayıb. O, məhkəmədə keçmiş əri ilə birgə yaşadığı və ayrıldıqdan sonrakı çətin günlərdən, daim təhdid edilməsindən danışıb: "Evə hər gün içkili gəlirdi. Məni döyürdü. Sərxoş olduğu üçün qohumları da onu istəmirdi. Günlərimiz dava-dalaşla keçirdi. Hər gün məni təhdid edirdi. Əhmədin (Red: İkisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürən Əhməd Əhmədov) anasının şəkillərini atırdı. Deyirdi ki, səni bax belə doğrayacağam. Hər dəfə üstümə benzin töküb yandıracağı ilə hədələyirdi. Axırda dediyini elədi… Həmin gün benzini düz belimə tökmüşdü. O an qorxudan ayaqlarım tutuldu, həyəcandan tərpənə bilmədim. Yaxşı ki alışqanı əlindən ala bildilər, yoxsa daha ağır faciə baş verəcəkdi. T.Abışovun qəribə xasiyyəti var. Vurub öldürür, 5 dəqiqə sonra ağlayırdı... Onu başa düşə bilmirdim".

Keçmiş arvadını müttəhim kürsüsündən seyr edən kişi isə onun dediklərinin çoxunu qəbul etməyib: "Mən sadəcə onunla barışmaq istəyirdim. Düzdür, aramızda mübahisələr olurdu. Bu səbəbdən də Aydan çıxıb getmişdi. Amma mən pulsuzluğa düşməməsi üçün maşınımı satıb ona pul göndərdim. Bizim bir qızımız var. Dərdim qızımdır, mən onsuz qala bilmirəm. Ona dedim ki, lap sən çıx get, amma qızım evdə qalsın. Aydanı yumruqla dəfələrlə vurmağıma və benzin töküb yandırmaq istəməyimə gəlincə, bunlar sənəddə yazılan kimi deyil. Mən ona sadəcə şillə vurmuşam. Benzinlə yandırmaq söhbəti də düz deyil. Əlimdəki qabın içindəki də su idi".

İş üzrə dindirilən şahidlər hadisə anını təsdiqləyiblər, təqsirləndirilən şəxsin əlində benzin və alışqan olduğunu deyiblər. Bundan əlavə, məhkəməyə təqdim olunan səs yazılarında T.Abışovun keçmiş həyat yoldaşını açıq-aşkar öldürməklə hədələdiyi aydın olur: "Yananda demə ha, yandırmadı. Sənin üçün 2 litr benzini özümlə gəzdirirəm. Səni su ilə söndürə bilsələr, mənə nə deyirsən de".

Tərəflərin ifadələri və təqdim olunan sübutlar ittihamın əsaslı hesab edilməsi üçün yetərli olub.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə T.Abışov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Azərbaycanlı qadın birgə yaşadığı kişini küçənin ortasında öldürdü: “UŞAĞIMI BOĞMUŞDU…”

    ​Azərbaycanlı qadın birgə yaşadığı kişini küçənin ...

    2-12-2017, 14:30

  • 
  • Azərbaycanlı kişi maşınla arvadının üstündən keçib – ŞOK CİNAYƏT

    Azərbaycanlı kişi maşınla arvadının üstündən ...

    8-12-2014, 20:26

  • 
  • Ərinin onu aldatdığını öyrəndi, boşanmaq istədi... - Bu hala düşdü/ FOTOLAR

    Ərinin onu aldatdığını öyrəndi, boşanmaq ...

    20-02-2018, 20:49

  • 
  • Arvadının masaj salonunda çəkilmiş şəkillərini tapdı... -DƏHŞƏTLİ QƏTLİN DETALLARI + FOTOLAR/VİDEO

    Arvadının masaj salonunda çəkilmiş şəkillərini ...

    30-08-2017, 21:23

  • 
  • Azərbaycanda kişi arvadının başını kəsdi

    Azərbaycanda kişi arvadının başını kəsdi ...

    27-05-2013, 13:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu