GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tağı İbrahimov Çovdarov kimi həbsdən buraxıla bilər

Tağı İbrahimov Çovdarov kimi həbsdən buraxıla bilər

Tarix: 13-06-2025, 11:10 Bölmə :Cəmiyyət Baxış: 124


Hüquqşünas  Cinayət Məcəlləsinin 157.5-ci maddəsindən danışdı - vaxtilə MTN-in sabiq idarə rəisi barəsində də seçilmiş həbs-qətimkan tədbiri bu səbəbdən dəyişdirilmişdi...

2024-cü ilin yanvarından həbsdə saxlanılan 60 yaşlı Tağı İbrahimovun səhhətində ciddi problemlər yaranıb. Bu barədə onun hüquqlarını müdafiə edən vəkil, 6 saylı Vəkil Bürosunun üzvü Türkel Süleymanlı məlumat verib.

Vəkilin “Qaynarinfo”ya verdiyi məlumata görə, Tağı İbrahimovun səhhəti ciddi şəkildə pisləşib: “Onun ürək-damar sistemi, qaraciyər və digər xroniki xəstəlikləri üzrə sağlamlıq durumu son dərəcə kritik hal alıb. Xüsusilə yay mövsümündə, temperaturun yüksəldiyi dövrdə bu cür xəstəliklərin daha da ağırlaşdığı, insult və infarkt riskini artırdığı bildirilir. Həbsxana mühitinin yaratdığı fiziki və psixoloji problemlər 60 yaşdan yuxarı şəxslər üçün əlavə təhlükə yaradır”.

Türkel Süleymanlı vəziyyətin ciddiliyini vurğulayaraq bu şəraitin Tağı İbrahimov üçün həyati risk yaratdığını qeyd edib və təcili olaraq onun sağlamlıq vəziyyətinin tibbi ekspertiza ilə qiymətləndirilməsini, eyni zamanda alternativ qətimkan tədbirlərinə keçid imkanının nəzərdən keçirilməsini təklif edib.

Xatırladaq ki, Tağı İbrahimov 30 yanvar 2024-cü il tarixində “Bakı Ağac Emalı” ASC-yə məxsus ərazidə baş vermiş partlayış hadisəsi ilə bağlı saxlanılıb. Həmin ərazi Binəqədi rayonu 7-ci mikrorayon, Xarici dairəvi küçəsində yerləşir və iş adamı Zaur Qulu oğlu Cəfərova icarəyə verilmişdi. Onun tərəfindən mebel sexi kimi istifadə edilən sahədə baş verən partlayış nəticəsində insan tələfatı, xəsarətlər və ciddi dağıntılar meydana gəlib. Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində Tağı İbrahimov saxlanılıb və onun barəsindəki həbs-qətimkan tədbiri seçilib, daha sonra bu tədbirin müddəti məhkəmə tərəfindən uzadılıb. T.İbrahimov bir ildən çoxdur ki, həbsxana şəraitində saxlanılır. Hazırda insan haqları və məhkumların hüquqları ilə məşğul olan təşkilatların diqqətinə çatdırılan bu məsələ yaşı 60-dan yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqi müdafiəsi və humanist yanaşma məsələsini gündəmə gətirir. O da MTN generalı Akif Çovdarov kimi azadlığa buraxıla bilərmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Tağı İbrahimov səhhətinə görə azadlığa buraxıla bilər: “Tağı İbrahimovun həbsi ilə bağlı yaranmış vəziyyət Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş bir sıra hüquqi mexanizmlərin tətbiqi zərurətini gündəmə gətirir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, saxlanılan şəxsin ağır xəstəlikləri varsa və bu xəstəliklər onun cəzaçəkmə şəraitində saxlanılmasına imkan vermirsə, həmin şəxs barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilə və daha yüngül alternativ tədbirlə əvəz oluna bilər. Bunun üçün müstəqil tibbi ekspertiza rəyinin olması vacibdir. Əgər həmin rəy Tağı İbrahimovun real həyati risk altında olduğunu təsdiqləyərsə, istintaq orqanı və məhkəmə bu şəxsin ev dustaqlığı və ya digər alternativ qətimkan tədbirinə buraxılması barədə qərar verə bilər".

Natiq Ələsgərovun sözlərinə görə, Azərbaycan məhkəmə təcrübəsində bu cür hallara nadir də olsa rast gəlinir:  “Misal üçün, keçmiş MTN generalı Akif Çovdarov da səhhətindəki ağır problemlər səbəbindən cəzaçəkmə yerindən azad edilmişdi. Onun işində məhz həkim rəyləri əsas götürülərək qərar çıxarılmışdı. Bu baxımdan Tağı İbrahimov üçün də eyni hüquqi baza mövcuddur. Lakin burada əsas məsələ müstəqil və obyektiv tibbi ekspertiza rəyinin mövcudluğudur”.

Azerforum.com

Natiq Ələsgərov

Natiq Ələsgərov əlavə edib ki, beynəlxalq hüquqi sənədlərdə, o cümlədən BMT-nin Minimum Standart Qaydalarında da 60 yaşdan yuxarı şəxslərin və ağır xəstəlikləri olan məhbusların saxlanma şəraitinə xüsusi diqqət yetirilməsi tövsiyə olunur: “Əgər Tağı İbrahimovun vəziyyəti doğrudan da kritikdirsə, bu halda onun həbsdə saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması) tələblərinin pozulması kimi qiymətləndirilə bilər. İstənilən halda dövlət insan həyatına və sağlamlığına təhdid yaratmamalıdır. Məhbusun səhhəti risk altındadırsa və bu barədə məlumat yayılıbsa, dövlət orqanları məsələyə xüsusi diqqətlə yanaşmalıdır. Yəni Tağı İbrahimov üçün Akif Çovdarov ssenarisi realdır. Hüquqi baza var, presedent mövcuddur, maddi və şəxsi əlaqələr də öz yerində mövcuddur. Amma bu qərarın hüquqi sistemə, dövlətin reputasiyasına və ictimai ədalət hissinə təsirləri də az olmayacaq. Tağı İbrahimovun azadlığa buraxılması "selektiv ədalət" nümunəsi kimi qəbul olunacaq. Tağı İbrahimov azadlığa buraxılarsa, bu qərar digər yaşlı və ağır xəstəlikli məhbuslar üçün də keçərli olmalıdır".


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tağı İbrahimovun 4,5 milyonluq villasını alanın adı bəlli oldu

    Tağı İbrahimovun 4,5 milyonluq villasını alanın ...

    17-07-2014, 02:04

  • 
  • Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda nə deyib – sensasion təfərrüat

    Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda ...

    5-05-2016, 15:06

  • 
  • Tağı İbrahimovun şirkətinin özbaşınalıqları - VİDEO

    Tağı İbrahimovun şirkətinin özbaşınalıqları - ...

    21-08-2020, 15:15

  • 
  • Fədayə Laçının həbs müddəti daha 3 ay uzadıldı

    Fədayə Laçının həbs müddəti daha 3 ay uzadıldı ...

    16-01-2018, 12:20

  • 
  • ATV-nin keçmiş prezidenti Bodrumda çılpaqlar çimərliyi açdı

    ATV-nin keçmiş prezidenti Bodrumda çılpaqlar ...

    10-04-2018, 20:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu