Hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində, iyulun 26-da, saat 16 radələrində baş verib.
Ərazidə yaşayan sakinlər bildiriblər ki, qətlə yetirilən şəxs qəsəbədə nüfuzlu insan olub.
1990-cı il təvəllüdlü Nadir Səfər oğlu Səfərov həmin gün namazını qıldıqdan sonra elə məsciddə dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda yatıb. O, yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Elşad oğlu Məmmədovu saxlayıblar. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir. Ətraflı süjetdə:
Sorğu
Yeni dizaynımız necədir?