Xəbər verdiyimiz kimi bir neçə dəfə Naxçıvanda qazi ailəsinə qarşı özbaşınalıqdan bəhs etmişdik.
Məsələn, həmin məhəllədə vaxtı ilə asfalt yola çıxmağı qadağan etmişdilər. Sonralar bir çox evin yollarını açdılar. Bu Qazinin ailəsinə icazə vermədilər. Min yerə müraciətdən sonra, bu ailənin də yolunu açdılar…
İndi I Qarabağ müharibəsində kəllə-beyin travması alaraq, l qrup əlil statusu qazanan Faiq Firdovsi oğlu Quliyevin ailəsinə yeni qadağalar tətbiq edilir. Belə ki , onlar öz 50 illik şəxsi torpaqlarında, yaşayışlarını təmin etmək üçün dükan tikə bilmirlər.
Səlahiyyətli nümayəndə Rəfael müəllim buna imkan vermir.
Əslində bunu hökumət etməlidir. Bu ailəyə isə nəinki dövlət kömək etmir, əksinə özəl torpaqlarında özlərinin də tikməyinə mane olurlar. Buna Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev şəxsən rəhbərlik edir!
Qeyd edək ki, Şahbuz rayonunda və Naxçıvan şəhərində belə dükanları mərkəzi yoldan yalnız piyada səkiləri ayırır.
F. Quliyev prezidentə, Birinci vitse-prezidentə, Milli Məclis sədrinə dəfələrlə müraciətlər edib.
Lakin şikayətə nədənsə baxan olmayıb ki, olmayıb.
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi olan Fuad Nəcəfli bu haqda Prezident Administrasiyasına niyəsə məlumat vermir ki, vermir. Bu isə çox maraqlı bir faktdır.
Axı, F. Nəcəfli hər dəfə Şahbuzun başçısına tapşırır ki, qazi ailəsidir, bu ailəyə köməklik göstərilsin.
Əgər Rəfayıl onu da saymırsa, nə üçün o, bu barədə cənab prezidentə məruzə etmir?
İş verilmir, mal-heyvan verilmir, şəxsi heyətində dükan tikməyə imkan verilmir.
Vətəndaş nə etməlidir, Bu halda? Bu nə deməkdir bu zaman? Onda vətəndaşlıqdan çıxarın, getsin sivil dövlətlərin birində yaşasın ailəsi ilə də!
Mövzunu, problem layiqli həllini tapana kimi gündəmdə saxlayacağıq./ArazMedia/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?