Gundemxeber.az » Ölkə » Cəmiyyət » Keçmiş vəkil Adəm Məmmədov həbsdən buraxılıb
Həbsdə olan keçmiş vəkil Adəm Məmmədov azadlığa buraxılıb.
Gundemxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə vəkili İmran Ələkbərov məlumat verib.
Adəm Məmmədovun həbs müddəti başa çatdığı üçün o bu gün 9 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.
Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.
Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, məhkəmə C.Yusifovun müraciəti əsasında A.Məmmədovun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə, vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27.11.2024 tarixdən 1 illik dayandırılmışdı.
Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin ötən ay keçirilən iclasında məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub
Gundemxeber.az
1-08-2013, 19:23
17-08-2020, 12:29
4-12-2013, 18:37
31-10-2018, 13:46
1-03-2017, 18:00
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?