GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nurəddin Mustafayev 100 min manat rüşvət alıbmı? - Bu müddəa iki vəkili üz-üzə qoydu...

Nurəddin Mustafayev 100 min manat rüşvət alıbmı? - Bu müddəa iki vəkili üz-üzə qoydu...

Tarix: 17-08-2020, 12:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 865
Nurəddin Mustafayev 100 min manat rüşvət alıbmı? - Bu müddəa iki vəkili üz-üzə qoydu...


Ədliyyə generalı Nurəddin Mustafayevin işdən çıxarılması haqda ilginc iddialar var. Vəkillərdən biri generalın 100 min manat rüşvət tələb etdiyi üçün işdən çıxarıldığını deyir. Hətta generalın rüşvət almasını təsdiq edən səs yazısı da var.

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayev işdən çıxarılıb.

Ədliyyə naziri Fikrət Məmmədovun 13 avqust tarixində imzaladığı əmrlə Nurəddin Mustafayev vəzifəsindən uzaqlaşdırılıb. Nazirin bu əmri olduqca maraqlı və gözlənilməz qərar kimi şərh edilib.

Ədliyyə Nazirliyi isə generalın işdən çıxarılmasını belə şərh edib:

“Nurəddin Mustafayev ölkədə gedən islahatlar və kadr dəyişilikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tuduğu vəzifədən azad olunub”.

Geniş müzakirələrə səbəb olan əmrin ardınca vəkil Adəm Məmmədovun sensasion açıqlaması gündəm olub.

Vəkil generalın işdən çıxarılmasının səbəbləri ilə bağlı qeyd etdiyi fikirlərlə geniş müzakirə mövzusu açıb. Adəm Məmmədov bildirib ki, general 100 min manat rüşvət tələb edib. Hətta həmin məbləği alsa da, qarşılığında vəd etdiyi işi görməyib.

Adəm Məmmədov deyib ki, yaxından tanıdığı İsmayıl Kəngərli adlı vəkil general Nurəddin Mustafayevlə danışıqlar aparıb və bu danışıqları qeydə alıb.

Bu işdə qalamqallı iş adamı “Hafka” ləqəbli Hafiz Məmmədovun da adı keçir.

Adəm Məmmədov bildirir ki, vəkil İsmayıl Kəngərli ilə general arasında Hafiz Məmmədovun tələbkar olduğu qətnamənin icrası ilə bağlı müzakirələr olub. Həmin müzakirədə Baş idarə rəisi sənədin icrası ilə əlaqədar 100 min manat pul alıb. Amma nə qətnaməni icra edib, nə də pulu geri qaytarıb.

Adəm Məmmədov deyir: “Generalla danışıqlar vəkil İsmayıl Kəngərli tərəfindən qeydə alındıqdan sonra diskə köçürülərək şikayət ərizəsi ilə birlikdə Prezident Administrasiyasına göndərilib. General və vəkil arasında olan səs yazısı böyük səs-küyə səbəb olub”.

Adəm Məmmədov qeyd edir ki, həmkarı İsmayıl Kəngərli bir müddət bundan əvvəl analoji üsulla Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bir prokurorunun cinayət məsuliyyətinə cəlb edilməsinə, eyni zamanda həmin idarənin bir müstəntiqinin vəzifədən azad olunmasına nail olub.

Vəkillər Kollegiyasında, Ədliyyə Nazirliyində Adəm Məmmədovun bu fikirləri böyük ajiotaj yaradıb.

Digər vəkil barəsində yazılanları təkzib edir.

Bundan sonra vəkil İsmayıl Kəngərli Adəm Məmmədovun ittihamlarına öz "Facebook" səhifəsində cavab verib.

İsmayıl Kəngərli yazır ki, Adəm Məmmədov onun adından həqiqətə uyğun olmayan məlumatları yayaraq şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ləkə vurub.

Vəkil Kəngərli həmkarı barəsində Vəkillər Kollegiyası tərəfindən tədbir görülməsini istəyib:

“Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan xahiş edirəm, hazırkı statusumu rəsmi müraciət kimi qəbul edərək bu tipli qərəzli məlumat yayan vəkil barəsində intizam icraatını başlayasınız”.

Maraqlıdır ki, Adəm Məmmədov sonradan öz "Facebook" səhifəsindən generalla bağlı yazdığı fikirləri silib. İzah olaraq isə yazıb ki, statusu silməsinin səbəbi həmkarlarının çoxsaylı xahişləridir.

Bu məsələnin digər bir tərəfi də budur ki, əgər vəkil İsmayıl Kəngərli generalın səsini gizli yazıbsa, onun özü də məsuliyyətə cəlb oluna bilər.

Digər bir tərəfdən isə Adəm Məmmədov kifayət qədər iddialıdır və dediklərini təkzib etmir.

Bu isə onu deməyə əsas verir ki, həqiqətən də general Mustafayev 100 min manat rüşvət alıb. Onun işdən çıxarılmasının əsas səbəbi budur. Yox, əgər belə deyilsə, bunların hamısı bir təsadüf ola bilər?

Bir general “işlərin yaxşılaşmasına yönəlmiş tədbirlər çərçivəsində” işdən çıxarılır, ardınca bir çox qalmaqallı məhkəmə işləri ilə tanınmış vəkil Adəm Məmmədov generalın 100 min rüşvət aldığını açıq şəkildə deyir və hətta bunu sübut edəcək səs yazılarının olduğunu bildirir.

Musavat.com mövzu ilə bağlı apardığı araşdırma zamanı generalın, həqiqətən, rüşvət iddialarına görə işdən çıxarıldığını dəqiqləşdirə bilib.

Əldə etdiyimiz məlumata görə, genaralın bu əməlinə hüquqi qiymət də veriləcək. Artıq səs yazısı və digər iddialarla bağlı araşdırma aparılır.

Mövzunu diqqətdə saxlayacağıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abel Məhərrəmovun general qardaşı da işdən uzaqlaşdırılıb?

    Abel Məhərrəmovun general qardaşı da işdən ...

    17-11-2018, 12:15

  • 
  • Putindən sərəncam: 4 generalı işdən çıxartdı

    Putindən sərəncam: 4 generalı işdən çıxartdı ...

    7-02-2020, 10:34

  • 
  • Usubov generalın qardaşını işdən çıxartdı və...

    Usubov generalın qardaşını işdən çıxartdı və... ...

    24-10-2018, 11:52

  • 
  • İşdən çıxarılan icra başçısı haqda şok xəbər

    İşdən çıxarılan icra başçısı haqda şok xəbər ...

    17-09-2014, 10:48

  • 
  • 21 illik vəzifə sahibini işdən çıxardı

    21 illik vəzifə sahibini işdən çıxardı ...

    3-09-2013, 17:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu