Nevşehir vilayətinin Avanos rayonunda 11 gündür xəbər alınmayan Azərbaycan vətəndaşı peribacaları arasında ölü vəziyyətdə tapılıb.
Hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Məlumata görə, rayonda yaşayan azərbaycanlı Hüseyn G.-dən 5 gün ərzində xəbər ala bilməyən işəgötürəni M.H. sentyabrın 5-də polisə müraciət edib.
Müraciətdən sonra hərəkətə keçən hüquq-mühafizə orqanları prokurorluğun göstərişi ilə ərazidə axtarış və kamera görüntülərinin araşdırılması işinə başlayıb. Araşdırma zamanı Hüseyn G.-nin Avanosun Yeni məhəlləsində tanışı İ.T.F. ilə birlikdə spirtli içki qəbul etdiyi müəyyənləşib.
Axtarış tədbirləri nəticəsində Hüseyn G.-nin cansız bədəni peribacaları arasında aşkarlanıb. Onun tanışı İ.T.F. isə saxlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?