GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -MÜƏMMALI TƏRƏFDAŞLIQ

Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -MÜƏMMALI TƏRƏFDAŞLIQ

Tarix: Bu gün, 11:30 Bölmə :Cəmiyyət Baxış: 23


Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur... 


 Biləsuvar Rayon İcra Hakimiyyəti “Baku Buılding” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə daha bir müqavilə imzalayıb. Bu dəfə Ulu öndər Heydər Əliyevin abidəsinin postamentinin, abidəətrafı döşəmələrin və pilləkənlərin təmiri ilə bağlı. 12.09.2025-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında 257.541,35 AZN məbləğində müqavilə bağlanıb...

Xatırladaq ki, “Baku Buılding” MMC Biləsuvar Rayon İcra Hakimiyyəti üçün heç də yad şirkət deyil. Bundan əvvəl də, tərəflər arasında əməkdaşlıq olub. Budəfəki əməkdaşlıq isə müəyyən faktorlarla fərqlənir...            

                       Niyə məhz “Baku Buılding” MMC?!      

Biləsuvarlı oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumata görə, Biləsuvar Rayon İcra Hakimiyyəti ilə “Baku Buılding” MMC arasındakı bu əməkdaşlıq hansısa zərurətlərin məhsuludur...Məlumata görə bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə Biləsuvar Rayon İcra Hakimiyyəti yuxarıda qeyd etdiyimiz iş üzrə tender elan etmədən, bir mənbədən olmaqla “Baku Buılding” MMC ilə müqavilə bağlayıb.

Bu ilginc faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında qanu"nda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur: Biləsuvar rayonunda Ulu öndər Heydər Əliyevin abidəsinin postamentinin, abidəətrafı döşəmələrin və pilləkənlərin təmiri ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa “Baku Buılding” MMC ilə müqavilə bağlamaq hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfdən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

“Baku Buılding” MMC-nə niyə üstünlük verilib? Və s...                   

                         Bu da bir YENİLİK...

Biz Yenixeber.org olaraq, bu və digər suallarımıza cavab almaq istəyi ilə 15.09.2025-cil tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətova online rəsmi sorğu ünvanladıq. Və sörğumuza “cavab” aldıq. “Cavab” sözünü səbəbsiz dırnaqda yazmadıq. Qarşı tərəf suallarımızı cavablandırmağı “unudub” da, redaksiyamızla bağlı bizə sorğu göndərdi(?) 2-3 sualdan ibarət: bir az mənasız, bir az anlaşılmaz, bir az da təhdid qoxulu...

Bu təkcə bizim üçün yox, bəlkə də, mətbuat tarixində bir ilk oldu. İlk dəfə idi ki, belə bir “cavab”ı eşidib, görürdük. Olsun, bu da bir yenilikdir... Hansı səbəblərdən qaynaqlanması məlum olmayan, YENİLİK!  

Bəlkə də, hörmətli qarşı tərəf üçün suallarımız gözlənilməz olub. Ki, bu səbəbdən də cavab yazmağa söz tapılmayıb...Bəlkə də, başları daha da ciddi işlərə qarışıb və bu səbəbdən də cavab yazmağa zaman ayırmağı uyğun bilməyiblər...Bəlkə də,...

Nə isə ümid edək ki, qarşıdakı günlərdə sorğumuz cavablandırılacaq və biz də daha detallı və geniş yazı hazırlaya biləcəyik.

        ***


Yeri gəlmişkən qeyd edək ki, Biləsuvar rayon İcra Hakimiyyətinin tenderləri ilə bağlı idiyədək də, mediada şikayətlər yer alıb: Biləsuvar rayon sakini Sədrəddin Məmmədov 2021, 2022 və 2023-cü illər üzrə Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tenderlərdə "Dövlət satınalmaları haqqında Qanunu"na əməl edilmədiyini iddia edib.
O bildirib ki,Tender komissiyası tenderlərdə iştirak edən müəssisələrin ixtisas uyğunluğunu əvvəlcədən müəyyənləşdirimir. Komissiya bu işə məhəl qoymur:

"Nəticədə keçən 3 ildə rayonun ərazisində görülən işlərdə xüsusən küçələrin asfaltlaşmasında və abadlaşdırma işlərində qalib podratçının maddi-texniki bazası olmadığı halda, yəni asfaltlaşmaya aid asfalt zavodu, asfalt basmaq üçün texnikası, əmək müqaviləsi bağlanılmış təcrübəli işçi qüvvəsi və səriştəsi olmadığı halda özəl müəssisələr əsassız qalib çıxarılmış və onlarla müqavilə bağlanılmışdır. Buna nümunə olaraq 2022-ci ildə ilin sonunda qalib çıxarılan müəssisə 2023-cü ilin yanvar fevral aylarında küçələrə asfalt qoymuş, nəticədə heç üstündən bir həftə keçməmiş qoyulan asfalt dağılıb məhv olmuşdur. Olunan şikayət əsasında görulən işlər mərkəzi orqanlar tərəfindən yoxlanılmış asfaltın yenidən qoyulmasını göstəriş versələr də bu işə məhəl qoyulmamışdır. Axı nə səbəbə Biləsuvar Rayon İcra Hakimiyyəti görüləcək işlər üçün tenderi ilin ortalarında yox, ilin axırında tələm-tələsik keçirir?"

    ***


“BAKU BUILDING” MMC haqqında: Google üzərindən apardığımız araşdırmalarla məlum olur ki, bu şirkətin sahibi Azərbaycanda “tender” kralı kimi tanınan iş adamı Ramazan Mirzəyevin qardaşı Əli Mirzəyevdir. MMC-nin 2019-cu ilin yanvarında yaradılmasının özü çox mətləblərdən xəbər verir. Belə ki, elektron mediada 2018-ci ildə Mirzəyev qardaşları arasında pay bölgüsü üstündə mübahisələrin yaranması barədə xəbərlər yayılıb. Məhz bundan sonra Əli Mirzəyev öz şirkətini yaratmaq qərarına gəlib. Yaratdığı şirkət də qısa zamanda paytaxt daxil, ölkənin bir çox rayonlarında iri həcmli tenderlərin qalibi olub və olmaqda davam edir.

                                 Və son əvəzi…

Cənab Faiq Qürbətova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulu heç bir məmura dədə-babasından qalmış əmanət deyil ki, könülü istədiyi kimi xərcləsin!

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb. Faiq müəllimin indi oturduğu kabinetin qapısı vaxtı ilə döyülmədən açıldığı kimi...(Hərçənd ki, biz heç kimə bunu arzulamırıq. Red.)/yenixeber.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Başçı Biləsuvarı belə sovurur... - FAKT

    Başçı Biləsuvarı belə sovurur... - FAKT ...

    21-04-2020, 13:54

  • 
  • İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...

    İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - ...

    2-12-2020, 11:41

  • 
  • İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar

    İsmayıllı icra başçısından “parlaq” tender – ...

    25-12-2020, 13:05

  • 
  • Mingəçevirdə tender maxinasiyaları - İlham İsmayılov dövlət büdcəsini belə dağıdır

    Mingəçevirdə tender maxinasiyaları - İlham ...

    1-06-2021, 16:56

  • 
  • Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə

    Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq ...

    10-02-2021, 10:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (410)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu