GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bazarda qiymətlər bahalaşdı: Əhali narazıdır, satıcılar isə mövsümü əsas gətirir

Bazarda qiymətlər bahalaşdı: Əhali narazıdır, satıcılar isə mövsümü əsas gətirir

Tarix: 24-09-2025, 18:21 Bölmə :Cəmiyyət Baxış: 134

Əhalinin gündəlik qida rasionunda mühüm yer tutan ətin qiyməti artmaqda davam edir. Bu yalnız mal və qoyun ətinə deyil, toyuq ətinə də aiddir. Son vaxtlar toyuq ətinin bahalaşması ilə bağlı sosial şikayətlər çoxalıb. Elə Musavat.com olaraq biz də bir müddət öncə mağazalardan hazırladığımız reportajda bu artımı müşahidə etmişdik. Son illərin inflyasiyası fonunda ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. İndi isə narazılıq dalğası meyvə-tərəvəz bazarına da keçib. Vətəndaşlar son günlərdə bu məhsulların qiymətindən şikayət edir, bahalaşmanın sürətlə artdığını bildirirlər. Bəs qiymətlər ötən illə müqayisədə həqiqətən bu qədər fərqlənirmi? Bahalaşma yalnız mövsümləmi bağlıdır?



Bu suallara cavab tapmaq üçün Musavat.com əməkdaşı “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən bazara baş çəkib və oradakı vəziyyətlə maraqlanıb.
Səhər saatları olmasına baxmayaraq bazarda bolluq müşahidə olunurdu. Mövsümi məhsullarla yanaşı, bəzi qeyri-mövsümi meyvələr də satılırdı. Məsələn, Bakı ənciri 3 manat, qara əncir isə 5 manata təklif olunurdu. Moruğun qiyməti artaraq 4 manata çatmışdı. Üzümün müxtəlif növləri bazarda geniş çeşiddə yer alır, qiymətlər 2 manatdan başlayırdı. Nar və zoğal da eyni qiymətə – 2 manat 50 qəpiyə satılırdı. Şaftalı isə 2 manat 80 qəpiyə təklif edilirdi. Mövsümə uyğun olmayan meyvələrdən olan portağalın qiyməti 5 manat, naringi 2 manat 80 qəpik, ananas isə 8 manat idi.



Bazarda ilk piştaxtaya yaxınlaşırıq. Satıcı Fəxrəndə Əliyeva meyvə qiymətlərinin sabit olduğunu desə də, tərəvəzlərin bahalaşdığını vurğulayır:“Xiyarın topdansatış qiyməti 1 manat 50 qəpikdir, biz 3 manata satırıq. Badımcan əvvəl topdan 50 qəpik idi, indi 1 manat 10 qəpik alırıq, 1.60-a sata bilirik. Lobya da bahalaşıb – 1 manat 80 qəpiyə alırıq, 3.30-a satırıq. Pomidor isə ümumiyyətlə almamışam, dünənkilər xarab olub, hamısını atmışıq. Həm bahadır, həm də çox tez xarab olur”.



Satıcıya bahalaşmanın mövsümləmi, yoxsa keçən illə müqayisədə ümumi artımla bağlı olduğunu soruşduqda isə belə cavab verir: “Bu il qiymətlər həddindən artıq yüksəkdir. Keçən il bu vaxtlar bu qədər baha deyildi”. Bazarda bir qədər irəliləyərək digər piştaxtaya yaxınlaşırıq. Bu dəfə daha zəngin məhsul çeşidi ilə qarşılaşırıq. Satıcı Elxan isə qiymətlərin kəskin artdığını düşünmür: “Pomidorun qiyməti 2 manat 70 qəpikdir, Xaçmaz pomidoru isə 1 manat 30 qəpiyədir. Badımcan 1 manat 30 qəpikdir, cəmi 30 qəpik bahalaşıb. Əksinə, indi mövsüm meyvələri ucuzlaşıb. Məsələn, keçən il üzüm 3 manata idi, bu il 2 manatadır. Tərəvəzin bahalaşması isə mövsümlə bağlıdır. Payız yaxınlaşdıqca qiymətlər artacaq”.



Beləliklə, bazarda qiymətlərdə artım müşahidə olunsa da, bunun səbəbi ilə bağlı fikirlər birmənalı deyil. Bəzi satıcılar bahalaşmanı inflyasiya və məhsul qıtlığı ilə əlaqələndirsə də, digərləri bunu mövsümi dəyişikliklərin təbii nəticəsi kimi dəyərləndirir. Ancaq fakt budur ki, xüsusilə tərəvəzlərin qiyməti son günlərdə nəzərəçarpacaq dərəcədə yüksəlib və bu da alıcılarda haqlı narazılıq doğurur. Mövsüm dəyişdikcə qiymətlərin hansı istiqamətdə dəyişəcəyini isə yaxın günlər göstərəcək.



Ekspertlər isə ilin sonuna qədər inflyasiya ilə bağlı müxtəlif proqnozlar verirlər. Mərkəzi Bank, beynəlxalq institutlar, Maliyyə Nazirliyi inflyasiyanı bir qədər optimist göstəriblər – 5–6 % arasında. Amma ümumilikdə bunun dəyişəcəyi ehtimal olunur. Bu proqnoz da artıq mövcud 5–6 %-lik statistika əsasında düzəliş oluna bilər. Məsələn, yanacaq və enerji qiymətlərində dünya bazarında artımlar ola bilər. Dünya bazarında qida məhsullarının, istər xammal, istərsə də son məhsul formasında qiymətlərində dəyişikliklər baş verə bilər. Nəqliyyat və istehsal xərcləri də dəyişə bilər. Eyni zamanda Azərbaycanın əsas idxal etdiyi ölkələrdə valyutanın dəyərinin dəyişməsi manata çevrildikdə qiymətlərə təsir edir. Yəni bütün bu amillərdən asılı olaraq inflyasiya dəyişə bilər. Ekspertlər bildirir ki, rəsmi inflyasiya 6 %-dən yuxarı olma ehtimalı yüksəkdir. Hazırda real inflyasiyanın daha yüksək olduğunu bildirir


gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mağazalarda və bazarda toyuq əti bahalaşdı

    Mağazalarda və bazarda toyuq əti bahalaşdı ...

    22-02-2017, 11:48

  • 
  • Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI

    Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI ...

    10-11-2015, 13:14

  • 
  • Ət niyə bahalaşdı? — SƏBƏB

    Ət niyə bahalaşdı? — SƏBƏB ...

    13-07-2017, 22:12

  • 
  • GÖMRÜK RÜSUMLARI BAZARI ÇÖKDÜRÜR – Tikinti materialları fantastik bahalaşdı

    GÖMRÜK RÜSUMLARI BAZARI ÇÖKDÜRÜR – Tikinti ...

    22-10-2017, 19:30

  • 
  • Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur

    Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur ...

    11-10-2013, 10:54


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (60)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu