Mətbuatın xəbərinə görə, Gürcüstanın Marneuli (Borçalı) şəhərində gürcü dili tələbi zəminində şirniyyat evində insident baş verib.
Məlumata görə, insident zamanı Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlu "Melodiya" adlı şirniyyat evinə daxil olub və orada çalışan yeniyetmədən gürcü dilində danışmağı tələb edib.
Yeniyetmə gürcü dilində cavab verə bilmədikdə, həmin şəxs onu şillələyib. Bu zaman ətrafda olan vətəndaşlar ilə həmin
şəxs arasında qarşıdurma yaşanıb.
Gürcüstanlı ictimai fəal Samirə Bayramova Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadzeyə açıq məktub ünvanlayıb.
Samirə Bayramova Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadzeyə açıq məktubunda müavinlərdən biri Riçard Qiganinin övladının azyaşlıya qarşı törətdiyi zorakılıq hadisəsini sərt tənqid edib.
Gürcüstanın son illər ən ağır dönəmlərində orada yaşayan Azərbaycan Türkləri heç vaxt separat proseslərdə iştirak etmədilər. Gürcüstanın ərazi bütövlüyü uğrunda əllərindən gələni etdilər. Çox təəssüflər olsun ki, inteqrasiyanın və həmrəyliyin tərəfdarı olan Azərbaycan Türklərinə qarşı gürcü qardaşlarımızın bu tip yuxarıdan
aşağıya baxaraq aqresiv hərəkətləri bizdə narazılıq və narahatçılıq doğurur. Ümid edirik ki, Gürcüstanın siyasi hakimiyyət dairələri millətlərarası münasibətlərdə gərginlik yaradan bu seperatçı qüvvələrin qarşısını alacaqdır.
Biz Gürcüstanda yaşayan Azərbaycan Türklərinin gürcü dilini öyrənmələrinin əleyhinə deyilik. Əksinə, keyfiyyətli tədris olunmadığı üçün onların gürcü dilini zəif öyrənməsinin səbəbi Gürcüstan hakimiyyətidir.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq Gürcüstan hüquq-mühafizə orqanlarının bu məsələdə prinsipial və qəti mövqe nümayiş etdirəcəklərin, millətlərarası münasibətlərdə gərginlik yaradacaq hərəkətlərin qarşısını alacaqlarını gözləyirik.
İctimail fəal Samirə Bayramovaya prinsipial mövqeyinə görə təşəkkür edir, ona mənəvi dəstəyimizi ifadə edirik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?