Diqqət çəkən məqam azərbaycanlıların üstünlük təşkil etdiyi bölgədə bir nəfər də olsun azərbaycanlının bələdiyyə sahəsində aktiv olmaması və partiya siyahısının ilk onluğunda yer tutmamasıdır.
Buna səbəb nədir?
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O, bildirib ki, “Gürcü arzusu” partiyasının Gürcüstanda yaşayan azərbaycanlılar üçün gördüyü işlər minusdur. Bu, azərbaycanlılara qarşı böyük hörmətsizlikdir. Marneulidə yaşayan azərbaycanlılar illərdir ki, “Gürcü arzusu” partiyasında aktiv deyillər. Təəssüf ki,“Gürcü arzusu” partiyası sadəcə, arzu olaraq qalır. Bu partiya Gürcüstan hökumətinə heç də yaxşı nələrsə bəxş etmir. Yeniliklər yoxdur. İnsanların arzusu kimi qalmaqdadavam edir. Üstəlik, Azərbaycanın Gürcüstandakı səfirliyinin, Azərbaycan nümayəndəliyinin Gürcüstanın daxilli işinə qarışmağa nə imkanı, nə də niyyəti var”. Azərbaycanlı deputatın sözlərinə görə, ermənilər Gürcüstanda da aktivdirlər. “Təəsüflər olsun ki, ermənilərin kompakt yaşadığı yerdə ilk onluqda ermənilər üstünlük təşkil edir. Bu da ermənilərə xüsusi diqqətin olmasından xəbər verir. İctimai işlərdə azərbaycanlıların ilk onluğa düşə bilməməsi burdakı soydaşlarımızın narazılığına səbəb olub. Digər tərəfdən insanlar qorxu altındadır. Saakaşvilinin Ukraynaya getməsini bəhanə edərək bəzi dairələr insanları qorxutmaqla məşğuldur. Onu deyə bilərəm ki, “Gürcü arzusu” partiyası son 5 ildə nüfuzunu itirib. Nə yerli camaat, nə də orada məskunlaşan azərbaycanlılar üçün uğurlu nəsə edib”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?