GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənilib

Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənilib

Tarix: Dünən, 23:24 Bölmə :Cəmiyyət Baxış: 143

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 30-da davam etdirilib.


 Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra sədrlik edən bildirib ki, əvvəllər məhkəmənin hazırlıq iclasında tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimov məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı prosesdə iştirak edə bilməyəcəyini və bunun nəzərə alınmasını xahiş edib.

Qeyd edək ki, ötən iclasların birində təqsirləndirilən şəxs Ruben Vardanyan məhkəməyə müraciət edərək prosesdə əvvəllər tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimovun məhkəməyə dəvət olunmasını xahiş etmişdi. Məhkəmə də bununla bağlı İslam Ağakərimova bildiriş göndərməklə onu prosesə dəvət etmişdi.

Bundan sonra Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə müraciət edərək iclas protokolu ilə bağlı məlumat əldə etmək istədiklərini deyib. Həmçinin bildirib ki, müdafiə tərəfinin verdiyi vəsatətlərlə bağlı bəzi məhkəmə qərarlarının çıxarışları onlara təqdim olunub, digərlərinin də təqdim olunmasını xahiş edir.

Hakim Zeynal Ağayev iclas protokolları ilə tanışlıq üçün müdafiə tərəfinə bundan sonra da şərait yaradılacağını deyib. Çıxarışlara gəlincə isə bildirib ki, bununla bağlı hansı qərarların surətlərini almaq istədiklərini konkret göstərsinlər.

Proses zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam edib

Zərərçəkmiş Şair Heydərovun hüquqi varisi Camal Heydərov ifadəsində övladının düşmənin açdığı atəş nəticəsində Laçında həlak olduğunu qeyd edib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Devid Cəlilovun hüquqi varisi Sevinc Cəlilova ifadəsində bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində Ağdərədə həlak olub.

Zərərçəkmiş Cavid Zülfüqarovun hüquqi varisi Cavanşir Zülfüqarov ifadəsində oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olduğunu deyib.

Zərərçəkmiş Tofiq Alıyevin hüquqi varisi Fərid Alıyev ifadəsində bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı snayper atəşi nəticəsində Xankəndidə həlak olub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Sirac Abışovun hüquqi varisi Şirzad Səmədov ifadəsində qeyd edib ki, qardaşı Kəlbəcərin Susuzluq kəndində tankəleyhinə minanın partlaması nəticəsində həlak olub. O deyib: "Qardaşım AzTV-nin operatoru idi. Partlayış zamanı qardaşımdan başqa Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyev də həlak olub, dörd nəfər isə yaralanıb".


Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkən Elkin Mirzəhmədov düşmənin açdığı atəşlər nəticəsində Xocalıda qəlpə yaraları aldığını söyləyib.


Zərərçəkən Rauf Hüseynov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib ki, düşmənin minaatandan atdığı mərminin partlaması nəticəsində xəsarət alıb. Həmin vaxt bir neçə nəfər həlak olub.


Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkən Orxan Bələdov ifadəsində deyib ki, düşmən tərəfindən Ağdərə rayonunun Canyataq kəndində onun da içərisində olduğu avtomobilin raketlə vurulması nəticəsində özü və bir neçə nəfər xəsarət alıb.


Zərərçəkən Eltun Məmmədov düşmənin açdığı atəş nəticəsində Şuşanın Daşaltı kəndində yaralandığını söyləyib.


Zərərçəkən Muxtar Əliyev ifadəsində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində Ağdamın Gülablı kəndində sağ ayağından güllə yarası aldığını, bir nəfərin isə həlak olduğunu deyib.


Digər zərərçəkən Nazir Cəlilov Şuşa rayonu ərazisində içərisində olduğu avtomobilin düşmən tərəfindən atəşə tutulması nəticəsində yaralandığını söyləyib.

Zərərçəkən Pərvin Babayev isə düşmənin artilleriya atəşi nəticəsində Şuşa rayonu ərazisində xəsarət aldığını vurğulayıb.

Zərərçəkən Emil Əliyev, Fərhad Rzayev və Əyyub Məmmədov düşmənin açdığı atəşlər nəticəsində Kəlbəcər istiqamətində xəsarət aldıqlarını deyiblər.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkən Vidadi Məmmədov bildirib ki, Laçında minatəmizləmə işləri zamanı düşmənin açdığı atəş nəticəsində xəsarət alıb.

Raqif Əliyev bildirib ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən Ağdərə rayonunun Canyataq kəndində içərisində olduğu avtomobilin raketlə vurulması nəticəsində özü və bir neçə nəfər yaralanıb, bəzi şəxslər isə həlak olub.

Zərərçəkən Əsgər Quliyev ifadəsində qeyd edib ki, düşmənin Şuşa istiqamətində açdığı atəş nəticəsində sağ ayağından xəsarət alıb. Bundan başqa, bir neçə nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb.

Digər zərərçəkənlər - Anar Əziz-zadə, Aydın Verdiyev, Yunis İsmayılov, Valeh Məmmədov, Əli Məhərrəmov, Ceyhun Həsənzadə, Nicat Teymurov, Eltəkin Həsənov, Yəhya Quliyev, Arif Abbasov, Vüsal Hüseynov, Əli Ələkbərov, Zaur Məmmədov, Vasif Osmanov, Mehti Mürsəlov və Əlizamin İsmayılov müxtəlif ərazilərimizdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatları və basdırdıqları minaların partlaması nəticəsində yaralandıqlarını bildiriblər.

Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.


Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin olunub.


Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Trend xatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır./misavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş ...

    17-06-2025, 23:39

  • 
  • Qanlı hücumlar və insanlıq əleyhinə cinayətlər – Vardanyanın məhkəməsində sarsıdıcı faktlar

    Qanlı hücumlar və insanlıq əleyhinə cinayətlər – ...

    10-06-2025, 23:18

  • 
  • Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan 30 gün vaxt istədi

    Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan ...

    27-01-2025, 22:00

  • 
  • Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi+Fotolar

    Zərərçəkənlər danışdı - Vardanyanın ...

    2-09-2025, 23:15

  • 
  • Vardanyan və digərləri məhkəmədə - FOTOLAR

    Vardanyan və digərləri məhkəmədə - FOTOLAR ...

    17-01-2025, 22:09


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (14)
Sentyabr 2025 (560)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu