GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qanlı hücumlar və insanlıq əleyhinə cinayətlər – Vardanyanın məhkəməsində sarsıdıcı faktlar

Qanlı hücumlar və insanlıq əleyhinə cinayətlər – Vardanyanın məhkəməsində sarsıdıcı faktlar

Tarix: 10-06-2025, 23:18 Bölmə :Cəmiyyət Baxış: 228


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 10-da davam etdirilib.


 Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

İclasın əvvəlində təqsirləndirilən Ruben Vardanyan ittiham aktının surətinin ailə üzvlərinə təqdim olunmasına dair məhkəməyə növbəti vəsatətini təqdim edib və əvvəlki iclaslarda verdiyi vəsatətlərə baxılmasını xahiş edib.

Ruben Vardanyanın vəkili Avraam Berman da onun mövqeyini müdafiə edib.

Hakim Zeynal Ağayev isə bildirib ki, hazırda məhkəməyə təqdim olunan vəsatətlərə artıq əvvəlki iclaslarda baxılıb və müvafiq qərarlar qəbul edildiyindən, onlar bu dəfə müzakirəyə çıxarılmır.

Bundan sonra təqsirləndirilən Ruben Vardanyan yenidən məhkəməyə müraciət edərək təqsirləndirildiyi cinayət işi üzrə ittiham aktının rus dilinə olan tərcüməsinin Azərbaycan dili ilə uyğunluğunun ekspertiza keçirilməklə yoxlanılmasına dair növbəti vəsatətini təqdim edib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov deyib ki, təqsirləndirilən dəfələrlə eyni məzmunlu vəsatətlə təkrarən müraciət edir. Ona görə də vəsatət müzakirə predmeti olmamalıdır.

Ardınca məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirə nəticəsində qəbul edilən qərara əsasən vəsatət təmin olunmayıb.

Sonra məhkəmədə zərərçəkənlər ifadə veriblər.

Zərərçəkmişin hüquqi varisi qismində dindirilən Zavur Bədəlov övladı Cavidan Bədəlovun Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Qədim Xəlilovun atası İlqar Xəlilov və Elnur Səmədovun atası Sədaqət Səmədov da övladlarının Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduqlarını deyiblər.

Hüquqi varis qismində dindirilən Niyaməddin Sadıqov övladı Ceyhun Sadıqovun, digər hüquqi varis Teyyub Əzizalıyev isə övladı Seymur Əzizalıyevin düşmənin təxribatı nəticəsində həlak olduqlarını bildiriblər.

İfadə verən zərərçəkmiş şəxs Elbrus Eminov Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması, Baloğlan Feyzullayev isə onlara tərəf atılmış “F1” əl qumbarasının partlaması nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Zərərçəkmiş şəxs Tural Cəbiyev Xocalıda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşə tutulmaları nəticəsində güllə xəsarəti aldığını bildirib.

Zərərçəkmiş şəxs Toğrul Osmanlı Xocalı istiqamətində düşmən tərəfindən atılmış qumbaranın partlaması nəticəsində qəlpə yaraları aldığını deyib.

Hüseyn Hadıyev ifadəsində Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış mərminin partlaması nəticəsində sağ döş qəfəsindən xəsarət aldığını bildirib.

Zərərçəkən Fərzani Nəcəfzadə isə ifadə verən zaman bildirib ki, düşmən tərəfindən snayper tüfəngindən atılmış güllənin sol çiyninə dəyməsi nəticəsində xəsarət alıb. Bundan sonra yanında olan şəxslər onun yarasına sarğı qoyarkən Ermənistan Ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri dron vasitəsilə onların olduğu yerə qumbara atıb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda bildirib ki, qumbaranın partlaması nəticəsində sol əlindən və sol sifət nahiyəsindən qəlpə yaraları alıb.

Fikrət Məmmədov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərminin partlaması nəticəsində özünün və Nəsimi Məmmədovun yaralandığını söyləyib.

Zərərçəkmiş şəxs Elçin Quliyev Kəlbəcər rayonunda Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində özünün, Rəvan Rzazadənin və Emin Cəfərovun yaralandığını, Tural Cahangirovun və Ruslan Lalayevin isə həlak olduğunu söyləyib.

Şükür Zeynalov ifadəsində Ağdərə istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını bildirib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında zərərçəkmiş şəxs atəşlər nəticəsində həlak olanların olduğunu bildirib.

Zərərçəkmiş şəxs Famil Məmmədov ifadəsində Ağdərədə olan zaman yaxınlığına düşən artilleriya mərmisinin partlaması nəticəsində qəlpə xəsarətləri aldığını deyib.

Ruslan Abbasov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.

Ceyhun Şahnamazlı ifadəsində Xankəndidə düşmən tərəfindən drona kustar üsulla yerləşdirilmiş mərminin partlaması nəticəsində yaralandığını bildirib.

Şakir Fətəliyev ifadəsində artilleriya mərmisinin partlaması nəticəsində xəsarət aldığını deyib.

Zərərçəkmiş Əmir Yusifov ifadəsində Kəlbəcərdə minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib.

Zərərçəkən Elgün Aslanlı ifadəsində qeyd edib ki, o, Laçın istiqamətində düşmənin təxribatına məruz qalıb. E.Aslanlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, atəşlərdən yayınmaq istəyərkən atılan mərmilərdən biri onun 5 metr yaxınlığına düşərək partlayıb, nəticədə müxtəlif bədən xəsarətləri alıb.

Elcan Nağıyev isə bildirib ki, Xocalıda düşmən tərəfindən atılmış “F1” qumbarasının partlaması nəticəsində xəsarət alıb.

Zərərçəkmiş şəxs Elmir Qurbanov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində özünün və digər şəxslərin yaralandığını, həmçinin hadisə zamanı bir neçə nəfərin həlak olduğunu bildirib.

Zərərçəkən Nurlan Musayev dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda bildirib ki, düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində o və daha bir neçə nəfər yaralanıb, hadisə zamanı yanında olan Ömər Şirinov isə həlak olub.

Zərərçəkən Səmran Qurbanlı isə Ağdərə istiqamətində yaralandığını deyib. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında bildirib ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin onun yaxınlığında partlaması nəticəsində həmin vaxt yanında olan Xəyal Canbaxışov həlak olub, o isə müxtəlif xəsarətlər alıb.

Zərərçəkmişlər - Ruslan Şıxıyev Laçında, Vüsal İbrahimov və Elgiz İsmayılzadə Ağdərədə, Pərviz Quliyev, Əhəd Xəlilzadə, Murad Xəlilov, Nəsib Ələkbərov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdıqları atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Məhkəmə prosesində, zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası iyunun 17-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur./Musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vardanyan və digərləri məhkəmədə - FOTOLAR

    Vardanyan və digərləri məhkəmədə - FOTOLAR ...

    17-01-2025, 22:09

  • 
  • Zərərçəkən: Tibb məntəqəmiz, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı – VARDANYANIN MƏHKƏMƏSİ

    Zərərçəkən: Tibb məntəqəmiz, həkimlərimiz ...

    8-04-2025, 22:54

  • 
  • Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan 30 gün vaxt istədi

    Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan ...

    27-01-2025, 22:00

  • 
  • “Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı“ - Erməniəsilli şahid

    “Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət ...

    11-03-2025, 17:57

  • 
  • Baş redaktorun məhkəməsində şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb

    Baş redaktorun məhkəməsində şahid barəsində ...

    8-02-2019, 14:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu