GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -QHT sədri ŞOK FAKTLAR AÇIQLADI

QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -QHT sədri ŞOK FAKTLAR AÇIQLADI

Tarix: Bu gün, 10:11 Bölmə :Cəmiyyət Baxış: 43

QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi


Dövlətə xidmət edən  QHT -ləri gözdən salmaq niyyətinin arxasında hansı maraqlar durur?

Gözlənilən idi: Beş gün əvvəl QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı “QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomiyası- ŞOK FAKTLAR” sərlövhəli yazımıza müxtəlif sferalardan, demək olar ki, eyni məzmunlu reaksiya müşahidə olundu və olumaqdadır. (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/190988-qht-l%C9%99r%C9%99-d%C3%B6vl%C9%99t-d%C9%99st%C9%99yi-ad%C4%B1-il%C9%99-b%C3%BCdc%C9%99-talan%C3%A7%C4%B1l%C4%B1%C4%9F%C4%B1-korrupsiyan%C4%B1n-anatomoyas%C4%B1-%E2%80%93.html )

Sadalanan korrupsiya. özbaşınalıq faktları, kütləvi haqsızlıqlar mövzunu davam etdirməyimizi zərurətə çevirir… 

QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən korrupsiya faktları ilə bağlı mütəmadi paylaşımlar edən, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı Yenixeber.org-un qonağı oldu. Mətanət xanımla söhbətimiz maraqlı detallarla diqqət çəkir…

Xoş gördük Mətanət xanım. 


-Xoş gördük, Yenixeber.org-a dəvətinizə görə minnətdaram.

-Mətanət xanım, QHT-lərə Dövlət Dəstəyi Agentliyində nələr baş verir? Niyə bu qədər narazılıqlar var? Agentlikdən layihə alanlar da bizə zəng edib, baş verənlərlə bağlı müəyyən ittihamlar səsləndirirlər.


-Düzünü desək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə çevriləndə gözləntilərimiz böyük idi. Lakin az müddət sonra daxildə baş verənlər narahatlıq və narazılıqlara səbəb oldu. Köhnə QHT-lərin sayılmaması. Onlar arasında məqsədli intriqaların başlanması, qrant layihələrində yenicə qeydiyyatdan keçmiş QHT-lərə daha çox məbləğ ayrılması, xanım Aygün Əliyevanın qəbulunda olan şəxslərin səs yazılarının və videolarının digər Vətəndaş Cəmiyyəti (CV) üzvlərinə çatdırılması, hansısa dövlət qurumunun ünvanına deyilən tənqidin videosunun həmin qurumun rəhbərinə göndərilməsi hallarının ortaya çıxması QHT-lər arasında şok effekti yaratdı. Axı insanların arasını vurub, bir-birinə düşmən etməklə onları daha yaxşı idarə edə, yönəldə bilərsən. Bunu da QHT Agentliyində gözəl bacardılar.

Müəyyən QHT sədrlərinə tapşırıq verilmişdi ki, digərinin səsini yazıb rəhbərliyə təqdim etsinlər. Yaltaq, işini bacarmayan, xislətində əyilmək, trol olmaq kimi məziyyətlər daşıyan bəziləri bu missiyanı həyata keçirərək, Agentliyin sevimlisinə çevrildilər. 

Mən Aygün Əliyevanın qəbulunda bir dəfə olmuşam. İdarəçiliklə bağlı iradlarımı bildirmişəm. Cavabında şəxsən dedi ki, məni bura göndəriblər təmizlik işi aparım.

-Apara bildimi?


-Sözsüz ki, söhbət layihəsini keyfiyyətli icra etməyi  bacarmayan, cəmiyyətdə pis mənada ad çıxaran,  QHT imicinə ziyan vuranlardan getməliydi. Amma əksinə oldu. Beləliklə QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər. Yadinizdadisa 2022-ci ilin dekabrında bir qrup Vətəndaş Cəmiyyəti təmsilçiləri ekoloqlarla birgə Laçın-Xankəndi yolunu tutmuşdu. Əslində bizlər həm həyatımızı təhlükəyə atmışdıq, həm də çox şərəfli missiyanı daşıyırdıq. Məhz günlərlə orada soyuqda keşik çəkərək, bir addım geri çəkilmədik. Dövlətimiz də sonrakı müddətdə addımlar ataraq digər torpaqlarımızı xalqımızın, ordumuzun köməyi ilə azad etdi. Bu faktlar tarixdə qalacaq, kiminsə bizlərin fəaliyyətini heçə saymaqla deyil! Orada da qəribə, ikrah doğuracaq bir faktın şahidi oldum. Aksiyanın yeddinci günü olardı. Növbəti QHT qrupu oradakıları əvəz etmək üçün gəldi. Avtobusun qapısı açılır, bir qrup qadın düşür, sanki toya gəliblər, makiyaj, saçlar salonda düzəlmiş, deyəcəksiz insan baxımlı olmalıdır, burada nə var ki? Qəribəsi avtobusdan düşənlər xüsusi videoya çəkməyə başlandı, müsahibələr götürülürdü. Soruşdum ki, bu hansı məqsədlə olunur, deyildi ki, cənab Prezidentə video-çarx təqdim olunacaq, çəkiliş bunun üçündür. İnanın, bir daha əmin oldum ki, dövlət maraqlarını heçə sayıb, günlərlə burada olanların haqqını yeyib, Prezidenti aldadanlarla çətin olacaq, sonrakı müddətdə də bunların şahidi olduq. Ola bilər bu fakt əhəmiyyətsiz görünsün, amma bütün yalanlar sonrakı cinayətlərə yol aça bilər. Özü də cənab Prezidenti aldatmaq...

- Təsadüfən rast gəlmişdik, sosial şəbəkədə paylaşım etmişdiz, Şuşa ilə bağlıydı...


-Yəqin “ Heydər Əliyevin Şuşa sevgisi” Respublika  Konfransı adlı layihəni deyirsiz. Təsadüfən bu layihə barədə məlumatlar əlimə keçdi. Həmin layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi. Sənəd hesabatlara hansısa tədbirin fotosunu qoymuşdular. Özü də arxa fona sonradan Heydər Əliyevin fotosunu əlavə etmişdilər. 

Dəhşətə baxın, Heydər Əliyevin Azərbaycan üçün etdiklərini heçə saymaq, Prezident İlham Əliyev bunları vəzifəyə qoyub, ona hörmətsizlik etməyin adına nə deyirsiz? Yəni başqa layihə tapmadılar pulunu icra etmədən silsinlər? Bu ali rəhbərliyə böyük hörmətsizlik idi. 

Onsuz da faktlarla sübut etdik ki, tender oyunlarında çoxlu saxtakarlıqlar var, sənədlərlə korrupsiya faktları sübut kimi hüquq-mühafizə orqanlarına təqdim olundu. Sonradan öyrəndim ki, həmin 35230 manat civarında vəsait geri ödənilib. Burada axı həm də mənəvi tərəf var. Qurd ürəyi yeyiblər ki, onları vəzifəyə təyin edən şəxsin atasının adıyla bağlı layihəni icra etmirlər? Başqa layihə tapmadılar pul silməyə. Əslində bu, adama sataşmaqdır... Görünür onları himayə edənlərə  çox arxayındırlar. Gözləyirdim ki, hər işə müdaxilə edən PA- dan bir minnətdarlıq edərlər ki, vaxtında belə faktların üstü açılıb. Amma görünən odur ki, Agentlik elə bu havadarlara güvənir. 

-Yeni layihə elanları gedir…


- Hazırda QHT Agentliyinin  Müşahidə Şurasının səlahiyyət müddəti aprel ayından bitib. Maraqlısı odur ki, yeni Müşahidə Şurası təsdiq olunmayıb. Sual olunur, Müşahidə Şurası olmadan qərarları kim qəbul edir? Yeni layihə elanını necə verirlər ki, Müşahidə Şurası yoxdur. Yəni bu qədərmi dərəbəylikdir??? Müşahidə Şurasına  gətirilə biləcək bəzi şəxslərin adları çəkilir. Həmin adamlar yalnız 3 aylıq layihənin müsafirləridirlər. Bunların fəaliyyəti haqda axtarış versək heç nə tapmarıq. Nazirlər Kabinetinin qərarları dönə-dönə pozulur. Gah o qərarları rəhbər tuturlar ki, hər QHT öz sahəsi üzrə layihə təklifi təqdim etməlidir, bu dəfə də elan edirlər ki, kim hansı mövzuda istəsə müraciət edə bilər.

Çox heyif ki, xanım  Aygün Əliyeva, PA-nın sektor müdiri Tural Əliyev bu sahəni bilmirlər. Vətəndaş Cəmiyyəti nümayəndələri ilə rəftar yüksək səviyyədə olmalıdır. 

Aygün Əliyeva bəzi QHT-lərə təbii ki, öz adamlarına yüksək  maaş 800-1000 manat  yazmağa icazə verir. Digərlərinə  yalnız 500 manata icazə verilir. Sual olunur, müəyyən təşkilatlar var ki, bütün ili işləyir. İldə bir dəfə layihə alır, 3 aylıq maaş, hər ayına  500 manat, amma öz adamları yalnız ildə bir dəfə layihədən-layihəyə görünürlər, heç bəzən mətbuatda o layihələr barədə məlumatlara da rast gəlmirik, onlara 800-1000 manat.


 Bu böyük ayrıseçkilik, ədalətsizlikdir.  Ən gülməli məsələ iki ildir qalib olunan layihələrdə təşkilat sədrlərinin adlarının yazılmamasıdır. Guya ağıllarıyca həmin adamları himayə etdiklərini bu yolla gizlədirlər. 

-Kimlərə verilir layihələr?


- Artıq əsasən özlərinin, yaxınlarının adlarına olan yeni yaranan təşkilatlara, bəzi nazirlərin, komitə sədrlərinin, icra başçılarının , deputatların, PA və  Milli Məclisdə təmsil olunan şəxslərin həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır qrantlar. Yəni ciddi QHT fəaliyyəti ilə məşğul olanlar sıxışdırılır, yox olurlar, o qədər layihə icra edəndə incidilirlər ki, artıq bir çoxu layihə üçün müraciət etmirlər. QHT Agentliyinə də bu lazımdır.

- Bayaqdan bir neçə dəfə PA-nın adını çəkirsiniz...


-Deyəcəksiz ki, bəs onlar baş verənləri görmürlər? Görürlər və himayə edirlər. 

Vəziyyət görün nə həddə çatıb ki, PA-nın sektor müdiri Tural Əliyev QHT-lərlə görüşlərdən birində deyib ki, mən getdim Ədliyyə Nazirliyində oturdum, siyahı verdim ki, bu QHT-ləri ələyin. Bunlar QHT sektorunu mafiya qanunları idarə edirlər. 


Kim tənqid edir, trol qruplarını həmin şəxsin üstünə salıb, təhqir etdirməkdən çəkinmirlər. Mətbuatda özlərinə, ailələrinə yaraşan yazılar verdirməklə, ağıllarıyca həmin şəxsi çəkindirmək, biabır etmək yolunu tuturlar. Ailə üzvləri, yaxınları ilə təhdid edirlər. Hansı şəxs bunların korrupsiya faktlarını ictimailəşdiri, həmin şəxslə danışmağı, ünsiyyət yaratmağı qadanğan edirlər. 

-Son günlər medal satan QHT-lərlə bağlı məsələ gündəmdədir…


- Ağrılı məsələdir. O şəxslərə yüksək səviyyələrdən icazə verilməsəydi, medal təsis etməzdilər. Hər şeyə müdaxilə edən PA nə əcəb illərlə seyirçi olub. Sadəcə QHT-ləri gözdən salmaq , guya bu sahədə yeniliklər etmək üçün addımlar atılır fonu yaratmaq meyillərindən başqa bir şey deyil. Bunların arxasında öz cib maraqları durur. QHT Şurasının dövründə də QHT-lərlə bağlı neqativ məsələlər baş verirdi. Heç görün mətbuata bir informasiya ötürülürdü? Azay Quliyev, Fərasət Qurbanov çağırar, həmin şəxsi məzəmmət, xəbərdarlıq edərdilər. İndi niyə bu təcrübədən istifadə olunmur? Çünki yenə qeyd edirəm, köhnə QHT-ləri sıradan çıxarmaq lazımdır ki, öz  təşkilatlarına qol-qanad verilsin. Ona görə də bir qrup QHT-nin maliyyə sənədləri hüquq-mühafizə orqanlarına göndərilib. O qədər özlərinə, himayədarlarına arxayındırlar ki, düşünmürlər. Layihə bitəndən sonra Akt imzalanır. Vaxtı ilə bu təşkilat hansısa yeyinti, səhvə yol veribsə axı Agentlik nəzarət edir, son qəbul Aktına da İcraçı direktor tərəfindən imza atılır. Yəni bu qədərmi özünə arxayançılıq var, nəzarət etməmişəm, məsuliyyətsizlik etmişəm, yoxlayın, QHT-ləri məsuliyyətə cəlb edin. Maşallah, gözəl yanaşmadır!

Yazılarınızdan birində belə bir ifadəniz var, “Agentliyin başında oturanlar hələ də, QHT-lərə Dövlət babanın dəstəyini dədə-babalarının yardımı ilə səhv salırlar”. Çox doğru fikirdir. Dövlət, Prezident layihələr üçün ayrılan vəsaiti işlək QHT-lərin ayaqda qalması, təşkilatların möhkəmləndirilməsi, həvəsləndirmə üçün ayırır. Yoxsa QHT ilə  gestapo kimi rəftar et. Bir zamanlar QHT-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, texniki avadanlıqların alınması üçün vəsaitlər ayrılırdı. O avadanlıqlar QHT-nin balansında qalırdı. İndi avadanlıqların alaınmasına qadağa qoyulub. Bəs QHT necə möhkəmlənsin? Layihə bitdikdən sonra bəhanə ilə vəsait kəs, verilən vəsaitin müəyyən hissəsini geri qaytar. O qaytarılan vəsaitlərin taleyi məlum olmasın. Çox əcaib idarəçilikdir.

Ardı var...

Redaksiyadan: Ötən yazımızda qeyd etdiyimiz kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin də, səslənən iddiarla bağlı mövqeyini dərc etməyə hazırıq.

Məlum aktuallığını nəzərə alıb, aşağıdakı suallara da cavab tapmaqla mövzunu davam etdirəcəyik..  

QHT-lərin aldadılması- 26 may 2023-cü il çevrilişinə cəhd nəyə hesablanmışdı?

Yeni yaradılan QHT-lərə böyük məbləğdə qrantlar verilməsi hansı səbəblərdən qaynaqlanır?

 Holland sürücü necə və niyə mina mütəxəssisi oldu? Və s…/Yenixeber.org/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • Azay Quliyev: "Xarici QHT-lərə vəsait ayrılmasını dayandırmışıq"

    Azay Quliyev: "Xarici QHT-lərə vəsait ...

    26-01-2018, 14:05

  • 
  • "Aygün Əliyeva Röya Ayxanın prodüserinin Agentliyə gətirdiyi əməkdaşlara..." - ŞOK FAKTLAR

    "Aygün Əliyeva Röya Ayxanın prodüserinin ...

    15-12-2023, 21:33

  • 
  • ABŞ Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə yardımını QHT-lərə və mediaya ayıracaq

    ABŞ Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə ...

    1-08-2024, 13:11


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (52)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu