GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » SON UÇUŞ

SON UÇUŞ

Tarix: Bu gün, 00:32 Bölmə :Cəmiyyət Baxış: 73


Göy üzü şəffaf və buludsuz, günəşli bir yay səhəri idi. Balaca Zaur həyətdəki qumlu yolla qaça-qaça quşların səmaya qalxmasını seyr edirdi. Hər dəfə bir quş qanad çalanda, elə bil özü də onlarla birlikdə uçurdu; əllərini qanad kimi açıb sevinc içində dövrə vururdu.

— Ana, bax, bir gün mən də quşlar kimi uçacağam! – deyə həyəcanla anasına səslənirdi.

Pəri gülümsəyib oğlunun başını sığallayırdı

— Qoy oğlumun qanadları göylərə çatsın, amma ayaqları həmişə bu torpağa bağlı qalsın.

Zaur torpağın hər daşına, hər çiçəyinə sevgi ilə baxardı. Xəyallarında kəndin üstündən təyyarə ilə uçaraq insanları qorumaq, doğma yurdu və xalqını təhlükədən uzaq tutmaq vardı.

Məktəbdə çox çalışqan idi. Riyaziyyat və fizika dərslərini xüsusi sevirdi. O bilirdi ki, pilot olmaq üçün güclü bilik və mükəmməl dəqiqlik lazımdır.

Müəllimi tez-tez deyirdi

Bu uşaq hələ çox uzaqlara gedəcək. Onun gözləri ancaq göy üzünü görür. O, gözlərini yumanda özünü buludların arasında hiss edir.

Zaurun xatirə dəftərindən: 

“...Uşaqlıqdan göy üzü mənə sirli gəlirdi. Hər dəfə kəndimizin üstündən gurultu ilə keçən təyyarələrə baxanda ürəyim sanki qanadlanırdı.

Dostlarla həyətin ortasında kağız təyyarələr düzəldirdik. Onları havaya buraxıb yarışdırardıq. Bizim oyunlarımız axşama qədər uzanardı. Buludların arxasında gizlənən günəşə, bəzən də ulduzlara baxaraq xəyallar qurardıq. Bəzən də, səmada yolunu itirən təyyarəni xilas edərdik. Mənim ən böyük arzum isə bir gün həqiqətən qanad açıb səmalara yüksəlmək idi. 

Zaman keçdi, biz böyüdük. Uşaqlıq oyunlarımız unudulsa da, içimdəki arzu sönmədi. Mənim üçün artıq yol seçilmişdi – göylərə aparan yol...

İmtahan günləri yaxınlaşanda daha çox çalışırdım. Dərslərdən sonra saatlarla kitabların arasında otururdum, amma hər dəfə qələmi stolun üstünə qoyanda pəncərədən göyə baxır, orada öz gələcəyimi görürdüm...”

Orta təhsilini başa vurduqdan sonra Zaur hərbi məktəbə qəbul olundu. Burada ilk dəfə əli əsl təyyarələrə, helikopterlərə və hərbi qırıcılara toxundu, pilot kabinəsinə oturdu. Sanki uşaqkən gördüyü yuxular gerçək olurdu.

Xatirələrdən...

“Bir gün məktəbdə müəllim bizdən soruşdu:

— Böyüyəndə kim olmaq istəyirsiniz?

Sinif yoldaşlarım bir-bir cavab verdi: həkim, müəllim, mühəndis… Növbə mənə çatanda isə tərəddüd etmədən dedim:

— Mən hərbi pilot olacağam

Müəllim gülümsədi, sinif yoldaşlarımın bəziləri təəccüblə üzümə baxdı. Amma mənim qəlbimdə heç bir şübhə yox idi.

Uçuş məktəbinə qəbul olunduğum günü heç vaxt unutmuram. O xəbəri eşidəndə sanki qanadlarım çıxmışdı. Mən artıq xəyallarımın ilk qapısını açmışdım. Gecələr yata bilmirdim – gözlərimi yumanda sanki göy üzündə uçduğumu görürdüm. Hər səhər gün doğanda həyətə çıxıb səmaya baxır, öz-özümə pıçıldayırdım: “Mən mütləq pilot olacağam”.

Nəhayət, ilk dəfə təkbaşına uçuş günü gəldi. Kabinəyə mindiyim an bütün uşaqlıq xatirələrim gözlərimin önündə canlandı – dostlarla oynadığımız oyunlar, ulduzlu gecələr… İndi isə mən həqiqətən göyə qalxırdım.

Mühərrikin gurultusu bütün vücudumu titrətdi. Təyyarə yavaş-yavaş irəlilədi, sonra sürətləndi və… qəfil yerdən ayrıldı. Mən göydə idim! O an dünyada ən xoşbəxt insan mən idim...”

Elə həmin illərdə o, Sevda ilə tanış oldu. 

Bir gün kitabxanada hərbi aviasiya haqqında kitab axtararkən qarşısında incə bir qız gördü. O da hansısa kitabı götürürdü. Gözləri toqquşdu, gülümsədilər. Sevda Zaurun əlində üstündə təyyarə şəkli olan kitabı görüb soruşdu:

Sən pilot olmaq istəyirsən?

 Zaur: — Elədir, artıq qərarımı vermişəm. Göylər məni çağırır...

O gündən sonra onların arasında təmiz bir məhəbbət başladı. Sevda hər dəfə Zaurun yanına gələndə soruşurdu

— Yüksəklərə qalxanda məni unutmayacaqsan ki?

Zaur: — Mən göylərdə olanda ürəyim həmişə sənin yanında olacaq. Birlikdə uçacağıq...

Onlar gələcəkdən danışar, toylarını xəyal edər, balaca evlərinin pəncərəsindən günəşli səhərlərə boylanacaqlarını təsəvvür edərdilər

 Evləndilər, övladları oldu. Amma həyat onların arzularını başqa bir sınağa çəkdi. Otuz ildən çox işğal altında qalan torpaqlar uğrunda müharibə yenidən alovlandı.

Vətən müharibəsi başlayanda Zaur gənc pilotlara dərs deyirdi. Onlara uçuşun sirlərini öyrədir, atalıq qayğısı göstərirdi. Amma düşmən yenidən hücuma keçəndə dözə bilmədi. Könüllü olaraq döyüşə yazıldı

— Mən sizdən yaşda böyük, təcrübədə üstünəm. İlk öncə mən getməliyəm! – dedi.

Zaur artıq təcrübəli hərbi pilot idi. Hər dəfə kabinəyə oturanda həm xalqının gücünü, həm də uşaqlıq arzularını özü ilə aparırdı. O, yalnız döyüşmürdü – həm də vətənin azadlığı üçün göylərlə danışırdı. 

Son döyüşünə çıxmazdan əvvəl dostlarına dedi:

— Əgər qayıtmasam, bilin ki, göylər məni qəbul etdi. Amma torpaq da azad olacaq. – Mənim qanadlarım Vətən üçündür.

Bir payız günü, idarə etdiyi qırıcı təyyarə döyüşdən qayıdarkən düşmən tərəfindən vuruldu. O, paraşütlə özünü xilas edə bilərdi. Amma qarşıda düşmənin böyük hərbi bazası vardı. Zaur qərarını verdi – qırıcını onların üstünə yönəltdi.

 Həmişə ön tərəfdə saxladığı ailə şəklinə son dəfə baxdı. Orada dörd nəfər gülümsəyirdi – ata, ana, iki övlad. Onun gözlərində yaş yox, qətiyyət vardı.

— Mənim ömrüm Vətən üçündür... – pıçıldadı.

O, döyüş təyyarəsini düşmənin bazasına çaxdı. Sağ qala bilərdi, amma son döyüşü seçdi

Zaurun son uçuşu düşmənin ağır silahlarla dolu mövqelərinin darmadağın edilməsi ilə yadda qaldı. O, öz canını fəda edərək yüzlərlə əsgərin həyatını xilas etdi.

Sevda xəbər aldıqda gözlərindən yaş süzüldü, amma sinəsini dik tutdu:

— Mənim Zaurum göylərdədir… O, məğlub olmadı, qələbəmizi bir addım da yaxınlaşdırdı…

Nəhayət, qırx dörd gün davam edən Vətən müharibəsi qələbə ilə bitdi. Zaur və onun kimi qəhrəmanların qanı bahasına torpaqlar azad edildi.

İndi, o torpaqlara həyat qayıdır. Bir vaxtlar silah səsi eşidilən çöllərdə uşaqların gülüşləri yayılır. Qaçqınlar yurdlarına dönür. Təbiət canlanır – quşlar budaqlarda nəğmə oxuyur, arılar çiçəklərdən bal yığır...

Pilot yoldaşları bir yerdə oturanda Zauru belə xatırlayırlar:

“Zaur yalnız göyün qəhrəmanı deyildi. Bizim hamımıza atalıq qayğısı göstərirdi. Vətəni necə sevməyi bizə o öyrətdi…”

Sevda övladlarına baxıb qürurla deyir:

“Atanız Zaurun son səfəri göylərə idi, amma onun qanadları bu gün də bizim üstümüzdədir…”

Zaurun son uçuşu əslində bir son deyildi. O uçuş azadlığın, qürurun, həyatın başlanğıcı idi. Onun adı torpaqlarla, göylərlə, xalqın yaddaşı ilə birgə yaşayır.

Bəzən, bir ömür son uçuşa sığır…


 P.S. Bu hekayə 44 günlük Vətən Müharibəsi Qəhrəmanı şəhid pilotumuz Zaur Nudirəliyev və onun simasında Vətən uğrunda şəhid olan bütün pilotlara həsr olunur.


Müəllif: Leyla Fərat (Əliyeva Leyla Səməd qızı)

yazıçı, filoloq, tərcüməçi

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Rəsmiyyə ana və oğlu Surxay" dastanı

    "Rəsmiyyə ana və oğlu Surxay" dastanı ...

    10-11-2023, 09:58

  • 
  • Qarabağ qazisi Zaur Həsənov torpağa tapşırıldı

    Qarabağ qazisi Zaur Həsənov torpağa tapşırıldı ...

    29-12-2013, 15:02

  • 
  • ANA ÖĞLUNUN QƏBRİNİ VİDEOYA ÇƏKDİ, KADRA DÜŞƏNLƏR HAMINI ŞOKA SALDI! - VİDEO

    ANA ÖĞLUNUN QƏBRİNİ VİDEOYA ÇƏKDİ, KADRA DÜŞƏNLƏR ...

    14-04-2017, 21:08

  • 
  • “Can atımı, gözü, dodaqları səssizcə “qızım!” deyirdi”

    “Can atımı, gözü, dodaqları səssizcə “qızım!” ...

    12-07-2014, 21:43

  • 
  • Uşaqlarsız bəşəriyyəti belə sevmək olmaz

    Uşaqlarsız bəşəriyyəti belə sevmək olmaz ...

    1-06-2013, 01:10


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (76)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu