Ermənistanla əməkdaşlıq etdiyinə görə Mübariz Mənsimovun iştirak etdiyi tədbirdə dava olub.
Türkiyədə restoranların birinin açılışında iştirak edən azərbaycanlı iş adamı Mübariz Mənsimov ilə "Uludağ Limonata" şirkətinin rəhbəri Levent Kızıl arasında mübahisə düşüb. “Gündəm Xəbər” bildirir ki, "Ölkə.az"-ın əldə etdiyi məlumata görə mübahisəyə səbəb Mübariz Mənsimovun türk iş adamına Ermənistanla biznes əlaqələri qurmasını irad tutması olub. Türkiyənin məşhur spirtsiz içki markalarından biri olan "Uludağ Limonata"nın Ermənistan bazarına çıxarılmasına görə Levent Kızıla etiraz edən Mübariz Mənsimov Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini xatırladaraq bu işğal nəticəsində 1 milyon insanın doğma el-obasından didərgin düşdüyünü qeyd edib. Bu sözlərə etinasız yanaşan Levent Kızılla daha sonra Mənsimov arasında mübahisə qızışıb və davaya dönüb
Mənsimov Kızıla stəkan atıb və ona fiziki zərbə endirərək tədbiri tərk edib. Qeyd edək ki, Türkiyə mətbuatı hadisəni fərqli təqdim edərək guya Mübariz Mənsimovun aktrisa Nur Fəttahoğlunun həyat yoldaşı Levent Vəziroğluna stəkan atdığını yazıb. Lakin əldə etdiyimiz məluata görə Mübariz Mənsimov ilə Nur Fəttahoğlu və həyat yoldaşı Levent Vəziroğlu yaxın dostlardır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?