Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Rəssamlıq Akademiyasında bədbəxt hadisə baş verib. Tələbə qız binanın ikinci mərtəbəsindən yıxılaraq zədələnib. II kurs tələbəsi Jalə Qasımova hazırda xəstəxanaya yerləşdirilib.
gundemxeber.az bildirir ki, hadisə ilə bağlı yeniçag.az-a Akademiyanın rektoru Ömər Eldarov açıqlama verib:
"Hadisə anbaan kameraya həkk olunub. Dərs qurtarandan sonra tələbələr evə gedib, iki qız auditoriyada qalıb. Qızlardan biri pəncərəyə dırmaşıb, tut yemək üçün yaxınlıqdakı tut ağıcına sarı dartınıb. Birdən başı gicəllənib, müvazinətini saxlaya bilməyib, yıxılıb. Rektor müavini onu dərhal xəstəxanaya çatdırıb. Hazırda reanimasiyadadır. Sabah palataya keçiriləcək. Yaxşı ki, zədələri o qədər də ağır deyil".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?