Bakıda törədilmiş quldurluq cinayətinin üstü açılıb.
gundemxeber.az lent.az-a istinadən xəbər verir ki, martın 15-də Xətai rayonunda yerləşən "Ailə TV" kabel televiziyası xidmətinin ofisinə silahlı basqın edərək oranın gözətçisi Hüseyn Dünyamalıyevə xəsarət yetirib daha sonra içərisində 3560 manat olan seyfi, eləcə də gözətçinin mobil telefonunu və 150 manat pulunu aparan şəxs müəyyənləşdirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Kamran İsmayılov tutularaq istintaqa təhvil verilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?